Su ehtiyatları azalır: İçməli su problemi yarana bilər?
03.11.2022 [10:59]
Azərbaycanda su ehtiyatları azalmaq üzrədir. Bu barədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Azərbaycanda Yaşıl Transformasiya üzrə Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda konfransda deyib.
Onun sözlərinə görə, dünya əhalisinin böyük hissəsi su qıtlığından əziyyət çəkir və gələcəkdə bu problemin daha da kəskinləşəcəyi gözlənilir. Ölkəmizdə də iqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarının azalması tendensiyası müşahidə olunur.
Nazir qeyd edib ki, su ehtiyatlarının səmərəli istifadəsi, itkilərin azaldılması, yeni su mənbələrinin yaradılması, idarəetmənin elektronlaşdırılması və digər istiqamətlərdə genişmiqyaslı tədbirlər həyata keçirilir: “Su ehtiyatlarından səmərəli istifadə ilə bağlı geniş maarifləndirmə işləri aparılır. Sosial-iqtisadi inkişafla əlaqədar ətraf mühitin artan təsirlərdən mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasında bütün maraqlı tərəflər iştirak etməlidir. Özəl sektor və vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlıq qurulmalıdır. Ətraf mühitin deqradasiyasına səbəb ola biləcək fəaliyyətlərin qarşısının alınması istiqamətində tədbirlər daha da gücləndirilməlidir. Yaşıl iqtisadiyyata keçid mərhələsində suya qənaət, xammaldan təkrar istifadə, kənd təsərrüfatında ekoloji təmiz istehsal prinsipləri, sənayedə ətraf mühitə dost texnologiyaların tətbiqi, su hövzələrinin, bioloji müxtəlifliyin və meşələrin qorunması kimi məsələlərdə daha məsuliyyətlə hərəkət etməli, beynəlxalq əməkdaşlığı gücləndirməli, ekoloji problemlərin həllinə gətirib çıxara biləcək bütün imkanlardan istifadə etməliyik.
2030-cu ilə qədər dayanıqlı inkişaf gündəliyi kontekstində görüləcək bu tədbirlər təkcə Azərbaycanın deyil, bütün dünyada, regionda dayanıqlı inkişafa təkan verəcək. Bu fəaliyyətin həyata keçirilməsində BMT nəzdindəki təşkilat və proqramlardan daha geniş əməkdaşlıq imkanları olacaq”.
“Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının “Yeni Azərbaycan”a açıqlamasına görə, qlobal iqlim dəyişmələrinin içməli su mənbələrinə müəyyən təsirləri var. Qurum rəsmisi bildirib ki, bu gün şəhərlərimizdəki bəzi qəsəbələri təmin edən su mənbələrində məhsuldarlığın azalmasını müşahidə edirik: “Məsələn, Şamaxı, Ağsu, Tovuz şəhərlərinin mənbəyində su ehtiyatlarının azalması nəticəsində məhsuldarlıq aşağı düşüb. Ona görə də “Azərsu” ASC-nin tədbirlər planına uyğun olaraq, ötən illərdə adıçəkilən şəhərlərdə alternativ su mənbələri yaradılıb və əhalinin istifadəsinə verilib. Eyni zamanda istismar etdiyimiz bəzi subartezian quyularında su səviyyəsinin azalması və məhsuldarlığın aşağı düşdüyünü hiss edirik. Su ehtiyatlarının azalması fonunda vaxtilə bəzi kəndlər və qəsəbələrin təbii su mənbələri olan bulaqların quruması ilə bağlı bizə vətəndaşlardan müraciətlər gəlir. Siyəzən, Lerik, Yardımlı, Şabran, Tovuz, Oğuz, Quba və Xaçmaz rayonlarının bəzi kəndlərində vaxtilə mövcud olan bulaqların quruması və məhsuldarlığın azalması nəticəsində vətəndaşlar “Azərsu”ya müraciət ediblər. Onlar dədə-babalarının istifadə etdikləri bulaqlarda məhsuldarlığın azaldığını, hətta yay aylarında qurumaq üzrə olduğunu bildiriblər. Ona görə də quruma müraciət edərək xahiş ediblər ki, həmin kəndlərlə bağlı müvafiq layihələr icra edək.
Ümumi durum belədir ki, bu gün su ehtiyatlarının azalması əhalinin içməli su təchizatına elə də ciddi təsir göstərməyib. Çünki hazırda Azərbaycanda ümumi şirin su ehtiyatlarının təxminən 2 faiz civarı içməli suya yönəldilir. Taxtakörpü su anbarı, Xanbulançay su mənbəyi, həmçinin mənbə kimi istifadə etdiyimiz Mingəçevir su anbarı əhalinin içməli su təminatına dayanıqlı şəkildə töhfələr verir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20

