İstintaqsız həyata keçirilən edamların sayı artdı
01.11.2022 [11:23]
Əvvəli ötən sayımızda...
1979-cu ildə inqilab nəticəsində İranda şah hakimiyyəti devrildi. Həmin il yanvarın 4-də ailəsi ilə birlikdə ölkəni tərk etmək məcburiyyətində qalan Fərəh Pəhləvi (Məhəmməd Rza Pəhləvinin xanımı, əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvi (Diba) əvvəlcə Misirdə, sonra Mərakeş, Baham adaları, Meksikada yaşayıb. Məhəmməd Rza Pəhləvinin Qahirədə vəfatından sonra Fərəh Pəhləvi ailəsi ilə birlikdə ABŞ-da məskunlaşıb. O, bütün həyatını “Xatirələr. Yıxılan rejimin və bitməyən eşqin hekayəti” adı altında fransız dilində qələmə alıb. Bestsellerə çevrilmiş bu kitabdan bəzi hissələri təqdim edirik:
Fərəh Pəhləvi
Xatirələr
Yıxılan rejimin və bitməyən
eşqin hekayəsi
Tərcümə Nəriman
Əbdülrəhmanlı
...İndi artıq Ayətullah Xomeyninin yaxınlarda geri qayıdacağından bəhs olunurdu. Bizi müşaiyət eləyən zabitlərdən biri gəlib, Şaha ölkəni zülmətə sürükləyəcək fanatik liderin təyyarəsini İrana çatmadan vurub salmaq təklifi verdi. Ərim bunu qəti şəkildə rədd elədi. Həmin fikir təzə deyildi, hava qüvvələrindəki zabitlər biz hələ Tehranda olanda, Şaha eyni planı təklif vermişdilər, ərim də hələ onda bunu qəbul eləməmişdi. Fevralın 1-də radiodan inqilabın “rəhbəri”nin Tehrana daxil olduğunu öyrəndik. Dərhal İranda bir neçə adamı tapmaq istədim, ancaq kral II Həsən mənə müdaxilə eləməmək, iki gün ərzində sakitliyimi qorumaq xahişini bildirdi; bu da mənə olduqca böyük kədər verdi. Şahpur Bəxtiyarın vəzifəsinin başında olduğu, ona baş komandanlığını əmanət elədiyi ordunun hökumətə sadiq qaldığı diqqətimi çəkdi. Ayətullah adamların ruhuna rəhbərlik eləməyi bacaracaqdımı? Cavabın mənfi olduğu çox tez ortaya çıxdı. Din adamı Bəxtiyarın islahat təklifini qulaqardına vurdu, öz hökumətini qurdu, rəhbərliyinə Bəxtiyarın köhnə dostu Mehdi Bəzirganı gətirdi. Fevralın 7-də bu ilk İslam Hökumətinə dəstək nümayişləri başladı. Şahpur Bəxtiyar Xomeyninin proqramını “qarğaşa yaradan və ortaçağa meylli” proqram olmaqda suçladı. Ancaq fevralın 11-də ordunun qərargah heyəti neytrallığını elan eləyəndə, asilər heç çətinlik çəkmədən kazarmalara girdilər, bütün silahları ələ keçirdilər və bir il ərzində çox ağır sınağa tab gətirən əsgərlər axırda hər şeyi qoyub qaçdılar.
Ertəsi gün ordunun neytrallıq bəyanatına qarşı çıxan general Əbdül Əli Bədri və general Əmin Bəyləri qətlə yetirildi. Asilərin davamlı təhdidlərindən qorxan Şahpur Bəxtiyar İrandan qaça bildi. Böyük cəsarətlə Fransada İran İslam Respublikasına qarşı fasiləsiz mübarizə apardı, amma 1991-ci il avqustun 6-da faciəvi şəkildə öldürüldü. 11 fevral 1979-cu il ?? Şah və ətrafımızdakı bütün iranlılar, Mərakeşdəki villada Tehran radiosunu həyəcanla dinləyirdik. Girişdəki hollu keçəndə, bunları eşitdim: “İnqilab baş tutdu, diktatorun qalası yıxıldı”. Bir neçə saniyə qalib gəldiyimizi güman elədim. Mənə görə, yaxşılar biziydik, onlar da əlbəttə, pisliyin qalasıydılar. Təəssüf ki, onlar qalib gəlmiş, ərimin qurduğu son hökuməti devirmişdilər. Küçənin ortasında qətlə yetirilən zabitlər və fanatik dinçilərin əmrləriylə olan edamlara aid ilk xəbərlər ertəsi gündən etibarən bizə çatmağa başladı. Ruhdan düşən Şah otağına çəkilib heç kəslə danışmadı. Bir müddət sonra öldürülən aviasiya generalı Nadir Cahanbaninin arvadına, çox sevimli dostuma zəng eləyə bildim. İnqilab keşikçisinin həqarətinə məruz qalanda, general ona sillə vurmağa cəsarət eləmiş və öldürülmüşdü. Dostum telefonda hıçqıra-hıçqıra ağlayırdı, mən lazımi sözlər tapıb, təsəlli verməli olsam da, əlimdən onunla birlikdə ağlamaqdan başqa heç bir şey gəlmədi. O axşam dərin ümidsizliyə qapılıb bu bir neçə sətri yazdım: “Artıq mübarizə aparacaq gücüm qalmadı. Qəlbimi bürüyən ümidsizliklə yavaş-yavaş ölümə sürüklənməkdənsə, cəsarətlə ölkəm üçün dərhal ölmək istərdim. Allahım, məni eşidirsən, mənə yoluma davam eləmək gücünü ver”. Şah artıq səhifənin çevrildiyini, uzun müddət keçmədən İrana geri dönməyə ümid eləyə bilməyəcəyimizi tamam anlayanda, bizi Tehrandan gətirən “Boinq-707”nin əsgərlərdən ibarət heyətini topladı və onlara istədikləri qərarı qəbul eləməkdə sərbəst olduqlarını söylədi. Ölkəyə qayıtmaq istəyən mühafizəçiləri də eyni şəkildə sərbəst buraxdı. Təyyarənin İrana geri verilməsini istəyirdi, üstəlik, bu adamlar ailələrini orda qoymuşdular. Şah onlara belə dedi: “Biz nə vaxt geri qayıdacağımızı bilmirik, ancaq siz artıq ailələrinizin yanına qayıtmalısınız. Qayıdanda, hər hansı sorğu aparılarsa, sizi təhdid altında bizi müşaiyət eləmək məcburiyyətində qaldığınızı deməyə icazə verirəm”. Məiyyətimizdəki adamlarla da eyni söhbəti apardı, bəziləri İrana qayıtmağı qərara aldılar, digərləri Avropaya, ya da Amerikaya sığındılar. Tehrana gedəndə heyət bizi İrandan çıxardığı üçün cəzalandırılmadı. General oğlu olan pilot sonradan “xalqın mücahidləri”nə qoşuldu, amma ondan əvvəl tarixin istehzasına bax ki, Xomeyninin iki köhnə ortağını - Əbu Həsən Bəni Sədr və Məsud Rəcavini İrandan çıxaran da eyni pilotuydu. İranda kəskin mübahisələr nəticəsində istintaqsız həyata keçirilən edamların sayı artdı. Qısa müddətdən sonra Şahın istintaqa cəlb olunmasına görə, İrana qayıtmağımız tələbini qoymağa başladılar. Bu vəziyyətdə Mərakeşdə qalmağa davam eləyə biləcəkdikmi? Fevralın 14-də inqilab keşikçilərinin Tehrandakı Amerika səfirliyinə hücuma qalxıb səfirliyi ələ keçirdiklərini və bir neçə saat ərzində oranı əllərində saxladıqlarını, daha sonra Ağayi Bəzirganın tələbinə görə, səfirliyi tərk elədiklərini eşidəndə, bizim üçün sürgün qapılarının getdikcə daralmaqda olduğunu açıqca anladıq. O zaman uşaqlarımızın yaşadığı Amerika hələ bizi qonaq saxlamağı düşünəcəkdimi? İrandakı yeni iqtidar bizi qəbul eləyə biləcək ölkələrin vətəndaşlarını həm Tehranda, həm də o ölkələrin öz sərhədləri içində belə, təhdidə məruz qoyanda, hansı ölkə bu cəsarəti göstərə bilərdi?
Ardı növbəti sayımızda...
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27

