Ayətullah Xomeyni xalqı mülki itaətsizliyə və başlıca tətillərə çağırdı...
28.10.2022 [11:05]
Bu çağırış fransız mətbuat orqanları və BBC tərəfindən farsca yayımlanırdı
1979-cu ildə inqilab nəticəsində İranda şah hakimiyyəti devrildi. Həmin il yanvarın 4-də ailəsi ilə birlikdə ölkəni tərk etmək məcburiyyətində qalan
Fərəh Pəhləvi (Məhəmməd Rza Pəhləvinin xanımı, əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvi (Diba) əvvəlcə Misirdə, sonra Mərakeş, Baham adaları, Meksikada yaşayıb. Məhəmməd Rza Pəhləvinin Qahirədə vəfatından sonra Fərəh Pəhləvi ailəsi ilə birlikdə ABŞ-da məskunlaşıb. O, bütün həyatını “Xatirələr. Yıxılan rejimin və bitməyən eşqin hekayəti” adı altında fransız dilində qələmə alıb. Bestsellerə çevrilmiş bu kitabdan bəzi hissələri təqdim edirik:
Fərəh Pəhləvi
Xatirələr
Yıxılan rejimin və bitməyən eşqin hekayəsi
Tərcümə
Nəriman Əbdülrəhmanlı
Şahbanu Fərəh 60-cı illərdə
O qorxunc cüməni müşahidə eləyən günlərdə nümayişlər hələ də keçirilirdi. Şah dəyişiklik tələblərinə lap əvvəldən müsbət cavablar vermişdi, indi rejimin demokratikləşməsinin əsasını qoyacaq ciddi addımlar atması üçün ölkədə sakitliyin bərpa olunması lazım gəlirdi. Bu qarışıq mühitdə qəbul edilən heç bir qərar yerinə yetirilmirdi. Vəziyyət belə olanda, çaxnaşmalara rəhbərlik eləyənlər gerçəkləşən islahat qanunlarının yerinə yetirilməsini qəti istəmədikləri kimi, xüsusilə, vəd edilən seçkilərin keçirilməsinə qarşı da çıxırdılar.
Daha sonra Şah bunları yazacaqdı:
“Əgər fövqəladə vəziyyət qanunları lazım gələn sərtliklə həyata keçirilsəydi, məhkəmələr fasiləsiz işləyəcəkdilər. Əslində, fövqəladə vəziyyət hadisələri hazırlayanları çox narahat eləməyən bir cəhd olmaqdan o tərəfə getmədi. Əsgərlərimiz yalnız başıpozuqların, talançıların, ya da silahlı dəstələrin üzərinə atəş açdılar.
Bu dəstələrə əmrlər məscidlərdən verilir, əlaqələr də məscidlərdə qurulurdu. Sonra da təhrikçilərin qatı islamla sovet tipli sosializmin çox yaxşı münasibətdə olduqlarını bəyan elədikləri meydana çıxdı. Bu heyrətamiz ideya bizim ölkəmizə Livan və Liviyada öyrədilmiş xalqın mücahidləri tərəfindən gətirilmişdi.
Qərb ölkələrindəki solçu mətbuat qorxunc rejimin heç də terrorçu rejim olmadığını, əsl yırtıcı rejimin onlara görə, polis və SAVAK tərəfindən qurulan rejim olduğunu dilə gətirirdi. Bunu iddia eləyən eyni qəzetlərə görə, Şahın həbsxanalarında hələ yüz mindən artıq müxalifətçi varıydı. Həqiqət budu: siyasi müxalifətçilərin sayı
3164-ü qəti keçmədi. 1978-ci ilin noyabrında həbsxanalarda olan üç yüz məhbusun hər birinin də günahı var.
İçində olduğumuz inqilabdan əvvəl şəraitin diqqətlə düşünülüb təşkil olunduğuna heç şübhə yoxuydu. Fövqəladə vəziyyət qanunlarının qüvvədə qaldığı ən başlıca şəhərlərdə vəzifələri hadisə törətmək olan xüsusi hücum dəstələri təşkil edilmişdi. Bu dəstələr şəhər döyüşləri üçün istifadə edilən avtomatik silahlar, partlayıcılar və bu kimi bir yığın silahla təchiz olunmuşdu.
Bir müddət sonra onlara səfirliklərə və dövlət idarələrinə hücum eləmələri üçün əmr verildi. Məqsədləri ölkəni ən qısa müddətdə xaosun astanasına gətirmək idi.”
Ərim ölkənin müxtəlif qrupları arasındakı bağları yenidən gücləndirmək məqsədiylə həmişə elədiyi kimi, bəziləriylə söhbət aparırdı. Danışdığı adamların çoxu ona güc tətbiqi barədə məsləhət verirdilər, o da hökmdarın öz xalqına atəş açdırdığı təqdirdə rəhbərlik haqqını itirəcəyini xatırladıb məsləhətlərini rədd eləyirdi.
Elə buna görə də Şah ölkəyə müraciətlə çıxış eləməyi qərara aldı; çıxışında ağlının səsini yox, qəlbinin səsini dinləyəcəkdi, çünki nümayişçilər ağlın səsinə qulaqlarını qapamışdılar. Şah son dərəcə təmkinli və təsirli çıxış elədi, hətta bəzi səhvlər buraxdığını da boynuna aldı. Bu çıxışdan sonra məndə xalqın başa düşəcəyinə və vəziyyəti anlayacağına inam oyanmışdı. Həqiqətdəsə, onun xalqa müraciəti dərhal gücsüzlük etirafı kimi yozuldu. Aylardan bəri davam eləyən gərginlikdən süst düşmüşdük, artıq tədbirlərimizin nə qədər qətiyyətli və təsirli alındığını ölçəcək vəziyyətdə olmadığımıza şübhə yoxuydu. Bizi çoxdan ölümə məhkum eləmiş olan adamlara əl uzatmağa davam eləyirdik.
Oktyabr ayında şəxsi dəftərlərimdən birində bu bir neçə sətri yazmışdım:
“Artıq ümid qalmadığını düşünürəm. Hər cəbhədə döyüşmək lazım gəlir. Bu gün vəziyyət o qədər də pis deyil, amma mən bədbin və son dərəcə yorğunam. Əlimdən gələni eləməyə cəhd göstərirəm. Gücümü qorumalıyam. Duruş gətirməyin yeganə yolu budu?. Uşaqlar üçün narahatlıq keçirirəm.”
Bir az irəlidə belə davam eləmişəm:
“Adamlarla danışmağı bacarmaq məcburiyyətindəydik, başqa çözüm yolu yoxdu. Sanki hamımız, bütün iranlılar ağlımızı itirmişik, sanki odumuz sönüb, ağlımıza gələni sayıqlayırıq. Səhərdən axşama qədər telefonun yanındayam; danışdığım adamlardan məlumat alıram, onların bildiklərini saf-çürük eləyirəm, planlar qururuq. Od düşəndə, bu kabusdan qurtulmaq üçün bir yol tapılmayacaqmı?”
Noyabrın 5-də, bazar günü minlərlə nümayişçi axın-axın Tehrana gəldi. İki ay əvvəl Jalə Meydanında ölən adamlara görə mənəvi cəhətdən çox pis hala düşən Şah bu dəfə asayişi təmin eləmək vəzifəsini yerinə yetirənlərə üsyançılara mane olmaq, ancaq həqiqətən çətin olduğu təqdirdə atəş açmaq əmri vermişdi. Əsgərlər və polislər hadisələri cilovlaya bilmədilər və asilər qabaqlarına çıxan hər şeyi taladılar: kino-teatrları, bankları, dövlət təşkilatlarını. İnformasiya Nazirliyi də talandan qurtula bilmədi və İngiltərə səfirliyi başlayan yanğında qismən zərər çəkdi. Ordu tərəfindən qorunan Amerika səfirliyi eyni taleyi bölüşməkdən güclə qurtuldu.
Həmin günün axşamı Cəfər İmami-Şərif Şaha istefa ərizəsini verdi, Şah bu istefanı qəbul elədi.
Oktyabr ayının ortalarında Abadan müəssisələrində işləyənlər tətilə başlamışdılar və o gündən etibarən sığındığı Neauphle - Chatean adlı Paris qərargahından Ayətullah Xomeyni artıq xalqı mülki itaətsizliyə və başlıca tətillərə çağırmağa başladı. Bu çağırış fransız mətbuat orqanları və BBC tərəfindən farsca yayımlanırdı (Fransa hökuməti Xomeyninin sığınma tələbini qəbul eləməzdən əvvəl ərimlə danışmış və o da bu din adamının Fransada, Liviyada və Əlcəzairdəkindən daha az zərərli olacağını düşünüb müsbət cavab vermişdi). İngilis radiosu onun bütün xəbərdarlıqlarını yayımlamaq üçün böyük cəhd göstərirdi. Elə Neauphle - le - Chatean qonağı da “BBC mənim səsimdi”- deyib, bu həqiqəti qəbul eləyirdi. 1941-ci ildə eyni radio Şahın ölkədən getməsi üçün səkkiz ay kampaniya aparmışdı. Hökmdar da doğrudan, ölkəni tərk eləməyə məcbur olmuşdu, belə ki, bunu xatırlayan iranlılar 1978-ci ilin axırlarında belə deyirdilər: “Əgər BBC Şaha qarşı kampaniya başlayırsa, rejimin sonu yaxınlaşır.” Tətil təhdidinin ölkəni xaosa çatdırdığını düşünən Şah hərbi hökumət qurmağa məcbur oldu. Hər nəyin bahasına olursa-olsun, iqtisadiyyatın çökməsinin qarşısını almaq və ölkədə çarxların yenidən işləməsini təmin eləmək lazım gəlirdi.
* * *
Təhlükəli gedişin qarşısını ala biləcək bir generalın seçilməsi üçün ərim danışıqlarını davam etdirirdi. Bəziləri onu sərtliyilə tanınan və üsyançıların “Jalə Meydanının qəssabı” adı verdikləri general Üveysini çağırmağa təhrik eləyirdilər. Mən bu fikrə qarışmırdım. Qərar ancaq generallarını tanıyan və həmişə yalnız ölkənin xeyrini düşünən Şaha aid idi. Ərim axırda Baş Qərargah rəisi general Qulam Rza Əzharini seçdi. Keçid hökumətinin rəhbər təyin olunan general Şaha siyasi çözüm hazırlamaq üçün lazım olan vaxtı təmin eləyəcəkdi. Böyük mədəniyyət və düşüncə sahibi olan general Əzhari elmli və dialoq aparmağa hazır adam kimi tanınırdı. Vəzifəsinə başlayanda, ilk gördüyü işlərdən biri orduya çatana qədər hər təbəqədən çoxlu adamın israrla istefaya göndərilməsini istədikləri sabiq baş nazir Ağayi Hüveydanı həbs eləmək oldu (Daha əvvəl Şərifi-İmaminin rəhbərliyi dövründə bir çox nazir tutulmuşdu, digərləri də ağayi Hüveydayla eyni zamanda həbs olundular). General Əzhari ağayi Hüveydanın mühakimə edilməsinin ölkədəki qarışıqlığı artıran yanlış anlamaların qarşısını alacağını düşünürdü.
“Bu təhlilin həqiqəti təhrif elədiyinə çox fikir verməmişdim, - deyə ərim yazacaqdı, - ancaq mən ağayi Hüveydanı hələ eyni qədər təqdir eləsəm də, o müxalifətin əsas hədəflərindən biri idi. Əslində, onun şəxsində əsl vurmaq istədikləri hədəf mənidim.”
Əlbəttə, ərim ağayi Hüveydanın həbs edilməsini istəmirdi, bu məcburiyyət onu səmimi şəkildə yaralayırdı. Bir çox mülki və hərbi adamın iştirak elədiyi yığıncaqda qərara alındı, hamı ağayi Hüveydanın istintaqa çəkilməsinə tərəfdar idi, axırda Şah da ortaq qərara qoşuldu. Aradan bir müddət keçəndən sonra mənə bu yığıncaq zamanı telefonla danışdığı adamın Milli Asayiş naziri general Moqhadam olduğunu və onun qənaətinə görə, “Ağayi Hüveydanın həbs edilməsinin axşam süfrəyə qoyulacaq çörəkdən daha vacib olduğunu söyləmişdi.”
Bu yığıncaqda mən də iştirak eləmişdim. Ağayi Hüveydanın həbs olunmasına qarşı söz almadım, amma həmin qərar ürəyimi sızıldadırdı. Ölkəni kökündən qoparıb, başqa yerlərə sovuracaq bu qasırğadan qorunmaq üçün mümkün olmayanı belə sınaqdan keçirməyi düşünürdük. Siyasi və hərbi vəzifəlilər də ağayi Hüveydanın belə döyüşdən alnıaçıq çıxacağı qənaətindəydilər.
Əmir Abbas Hüveydanın həbsxanada İslam İnqilabı tərəfdarları tərəfindən faciəli şəkildə öldürülməsi mənə bu gün də faciə kimi görünür, amma yalnız siyasi səbəblərlə həbs olunmasının belə nəticə verəcəyini heç kim ağlına gətirə bilməzdi.
Tarixin zalım olduğu əvvəlcədən təxmin edilməyəcək həqiqət olsa da, bu mənim əzabımı heç cür azaltmır.
General Əzharinin hökumət başçısı təyin edilməsinin dərhal xeyirli təsiri də oldu. Abadandakı müəssisələr ye-nidən işləməyə başladılar, nümayişlər möcüzəli şəkildə başa çatdı və Tehran küçələri az-çox yenə əvvəlki görünüşünə qayıtdı. Ayətullah Xomeyninin noyabrın 12-də keçirilməsini əmr elədiyi başlıca tətil uğursuzluğa düçar oldu.
Ardı növbəti sayımızda...
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

