Prezidentin imzası ilə...
22.09.2022 [10:21]
Qadınların əməyi qadağan olunmuş peşələrin sayı azaldılır
Əsası Ulu Öndər tərəfindən qoyulan qadın siyasəti yeni mərhələdə
Qadınların orta aylıq əmək haqqı kişilərin orta aylıq əmək haqqına yaxınlaşacaq
Günel ABBASOVA
Azərbaycanda bütün sahələrdə qadının rolunun artırılması ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi ilinə təsadüf edir. Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Ümummilli Lider cəmiyyətdə qadının rolunun yüksəldilməsi məsələsini həmişə diqqət mərkəzində saxlamaqla qadınların dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmasına çalışıb. Ümummilli liderimiz Heydər Əliyev qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab edirdi.
Bu gün həmin siyasəti ləyaqətlə davam etdirən Prezident İlham Əliyev ölkənin ictimai-siyasi həyatında qadınların rolunun artırılmasına önəm verir. Prezident İlham Əliyevin sərəncamları ilə müxtəlif sahələrdə fərqlənmiş bir çox qadınlar yüksək mükafat və fəxri adlara layiq görülürlər. Qadınların ictimai-siyasi həyata daha çox cəlb olunması, uşaqların hüquqlarının təmin edilməsi və onlar üçün zəruri şəraitin yaradılması üçün ciddi işlər görülür. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamı olaraq ölkə rəhbəri İlham Əliyev tərəfindən aparılan islahatlar nəticəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Ali Qanunverici orqana xanımlar rəhbərlik edir.
Məlumdur ki, hər hansı bir dövrdə qadına münasibət ilk növbədə ölkə başçısının qadın siyasətindən asılıdır. Milli müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları bu gün də dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək vətənimizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına layiqli töhfələrini verirlər. Azərbaycan qadınları bu gün həm siyasi, həm də iqtisadi çətinliklər dövründə cəmiyyətin həyatında çox fəal rol oynayaraq övladlarının sabahı uğrunda səylə çalışırlar. Onların geniş fəaliyyəti üçün ölkədə hər cür şərait yaradılmaqdadır. Bu fəaliyyətlərin əhatə dairəsinin daha da genişləndirilməsi üçün mütəmadi sərəncamlar imzalanır, müvafiq qanunlara dəyişikliklər edilir.
Bu mənada Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan Əmək Məcəlləsində dəyişiklik layihəsini olduqca mütərəqqi hesab etmək olar. Qanun layihəsində edilən dəyişikliyə əsasən, ölkəmizdə qadınların əməyi qadağan olunan peşələrin sayı azaldılır. Məlumdur ki, Azərbaycanda qadınlara qarşı ayrı-seçkiliyin bütün halları qanunvericiliklə qadağan olunub. Cəmiyyət həyatının bütün sahələrində gender bərabərliyinin və qadın hüquqlarının təmin olunması, müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Dövlət başçısının imzası ilə Milli Məclisə daxil olan “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində də əmək münasibətlərində iştirak sahəsində gender bərabərliyi prinsipinə tam əməl olunması, qadınların əmək bazarında iştirakı ilə bağlı maneələrin aradan qaldırılması üçün qanunvericiliyə dəyişikliklər nəzərdə tutulub.
Qanun layihəsinə əsasən mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan 674 peşə (vəzifə) və iş yeri azaldılaraq 204 müəyyən ediləcək, eyni zamanda, qadağan edilən peşə (vəzifə) və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq ediləcək. Nəticədə, respublikada əmək münasibətlərinin və məşğulluq imkanlarının gender bərabərliyi prinsipləri əsasında qurulmasında, kişi və qadınlara bərabər rəftar və bərabər məşğulluq imkanlarının yaradılmasında əsaslı dönüş yaranacaq.
Layihədə diqqət çəkən əhəmiyyətli məqamlardan biri də ölkə üzrə qadınların orta aylıq əmək haqlarının kişilərin orta aylıq əmək haqqına yaxınlaşmasının təmin edilməsidir. Bu nüans uzun illərdən bəri qadına qarşı formalaşan qəlibləşmiş münasibətə bir növ cavabdır. Bu, ölkə rəhbərliyi tərəfindən qadınlara həyatın bütün sahələrində göstərilən dəstəyin bariz nümunəsidir.
Bundan əlavə, layihədə nəzərdə tutulan digər dəyişikliklə hamilə və ya bir yaşınadək uşağı olan qadınlar qadağan edilən peşələrdə işləyə bilməyəcək. Məcəlləyə dəyişiklik qadağan edilən peşə (vəzifə) və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq ediləcək. Qeyd edək ki, əmək münasibətlərində iştirak sahəsində gender bərabərliyi prinsipinə tam əməl olunması, qadınların əmək bazarında iştirakı ilə bağlı maneələrin aradan qaldırılması üçün qanunvericiliyə dəyişikliklər nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
Gündəm
31 Avqust 13:08
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21

