Səfirliklərə qarşı təcavüz və Azərbaycana artan təzyiqlər barədə QHT-lərin müzakirəsi keçirilib
20.09.2022 [11:10]
QHT-lərin müraciəti əsasında Agentliyin ofisində Səfirliklərə qarşı təcavüz və Azərbaycana artan təzyiqlər barədə QHT-lərin müzakirəsi keçirilib.
Tədbirdə Agentliyin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsi və təşviqi" istiqaməti üzrə qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.
Tədbirə açılış nitqi ilə başlayan Agentliyin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların gedişində Ermənistanın davamlı olaraq qeyri-konstruktiv mövqe tutması, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik etməsi, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrə əməl etməkdən boyun qaçırması və buna paralel olaraq regionda vəziyyəti gərginləşdirməyə xidmət edən təxribatçı addımlar atmaqdan çəkinmir. Son günlər səfirliklərə qarşı təcavüzdə ermənilərin növbəti iyrənc əməllərinin nümunəsidir. Özündə vandalizm və terror elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə də cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir.
Sonra çıxış edənlər qeyri-hökumət təşkilatlarının sədrləri – Rauf Zeyni, Radə Abbas, Tofiq Əli-zadə, Nüşabə Məmmədova, Təranə Hüseynova, Samir Adıgözəlov, Vəli Əlibəyov, Vüqar Qədirov, Mehriban Abdullayeva, Cəsarət Hüseynzadə, İlahə Əliyeva bildiriblər ki, son günlərdə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına qarşı bu ölkədəki erməni icmaları tərəfindən hücumlar törədilməsi ciddi narahatlıq doğurur. Hər birimiz bu sahədə aktiv olmalı, dövlətimizin yanında olaraq bütün dünyaya bu vəhşilikləri çatdırılması istiqamətində təbliğat aparmalıyıq.
Tədbir qarşılıqlı diskussiya şəkilində davam edib və bu istiqamətində görüləcək işlərlə bağlı təkliflər irəli sürülüb.
Sonda Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI səsləndirilib.
Bəyanatda deyilir:
“Biz - Azərbaycanın QHT-ləri olaraq Azərbaycanın xarici ölkələrdəki (Fransa, Livan) diplomatik nümayəndəliklərinin binalarına qarşı bu ölkələrdəki erməni diasporunun radikalları tərəfindən törədilən hücumları və vandalizm aktlarını kəskin şəkildə pisləyirik. Özündə terrorizm elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə də beynəlxalq cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir. Qeyd etmək istəyirik ki, diplomatik nümayəndəliklərin statusunu və funksiyalarını müəyyən edən əsas beynəlxalq hüquqi sənəd-1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq, nümayəndəliyin sakitliyinin pozulmasının və ya nüfuzuna xələl gətirilməsinin qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir. Təəssüf hissi ilə bildiririk ki, Azərbaycan səfirliklərinə qarşı törədilən hücumlara verilən reaksiya qaneedici deyil. Hadisələrin üzərindən bir neçə gün keçməsinə rəğmən təxribatların qarşısının alınmasına cavabdeh olan qurumlar yetərli açıqlamalar vermirlər, hadisələrin törədicilərini cəzalandrmırlar.
Bizlər - Azərbaycan QHT-ləri olaraq erməni qruplarının cinayətkar hərəkətlərini qətiyyətlə pisləməklə yanaşı, müvafiq ölkələrdə bu cür təxribatların qarşısının alınmasına cavabdeh olan qurumların öz vəzifələrinə məsuliyyətlə yanaşmasını gözləyirik. Qanunun aliliyi prinsipini rəhbər tutaraq radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının aidiyyəti dövlətlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edirik.
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri olaraq belə hesab edirik ki, Azərbaycan səfirliklərinə hücumların məsuliyyətini bu ölkələr bir dövlət kimi qəbul etməli, Azərbaycan xalqının narahatlığını başa düşməli, baş vermiş hadisəni ciddi araşdırmalı, cavabdehlərin tapılıb cəzalandırılmasını təşkil etməli, nəticələr barədə Azərbaycan hökumətinə və xalqına məlumat verməlidirlər.
Bizlər, həmçinin, erməni icmalarının Azərbaycan səfirliklərinə hücum təşkil etdikləri ölkələrdəki QHT və KİV nümayəndələrinə müraciət edərək, proseslərə həssas yanaşmağa, baş verənlərə laqeyd olmamağa çağırırıq. Cinayət cəzasız qalarsa, başqa yerlərdə başqa formalarda da təkrarlana bilər.”
Xəbər lenti
Hamısına baxMüsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26

