Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyə XİN Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması ilə bağlı bəyanat yayıb

Türkiyə XİN Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması ilə bağlı bəyanat yayıb

26.08.2022 [14:06]

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması ilə bağlı bəyanat yayıb.

Bu barədə "Report"un yerli bürosuna Türkiyə XİN-dən məlumat verilib.

"10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda ifadə olunan məsələlərə uyğun olaraq davam edən proseslər çərçivəsində Laçın şəhəri, həmçinin Zabux və Sus kəndlərinin avqustun 26-da Azərbaycana qaytarılmasından məmnunluğumuzu ifadə edirik. Bu hadisə həm Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması, həm də regionda münasibətlərin normallaşması istiqamətində mühüm addım hesab olunur. Eyni zamanda bu addım Azərbaycan-Ermənistan münasibətlərinə töhfə verəcək. Türkiyə indiyə qədər olduğu kimi, qardaş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyə davam edəcək", - bəyanatda deyilir.

Paylaş:
Baxılıb: 534 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Bu dəfə Dohada...

30 İyun 09:16  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31