Şpitsbergen adasına görə...
09.07.2022 [11:24]
Norveçlə Rusiya arasındakı gərginlik aradan qalxıb
Nicat
Norveç Rusiya ilə Şpitsbergen adasına görə yaranan gərginliyin aradan qalxdığını bildirib.
“La Tribune”nin yazıdığına görə, adadakı rus şaxtaçılara göndərilən yüklərin Norveç sərhədini keçməsinə icazə verilib. Artıq yüklərin böyük hissəsi avtomobillərdən gəmiyə yüklənərək adaya yola salınıb. Norveç Xarici İşlər Nazirliyi məsələnin müsbət yöndə həll olunmasını təqdir edib.
Şpitsbergen adası Norveçin ərazisi olsa da, 9 fevral 1920-ci ildə Parisdə imzalanmış Şpitsbergen paktına görə Rusiya adada iqtisadi fəaliyyət həyata keçirə bilər.
Şpitsbergen paktı özündə nələri ehtiva edir?
Şpitsbergen arxipelaqı planetimizin şimal torpaqlarından biridir. Şimal qütbündən cəmi 1020 km. uzaqlıqda yerləşir. Araşdırmaların nəticələri göstərir ki, bu arxipelaq XII əsrdə Rusiyanın şimalından gələn mühacirlər - pomorlar (-red. Ağ və Barens dənizlərinin sahillərində yaşayan yerli rus əhalisi) tərəfindən kəşf edilib. Onlar kəşf etdikləri Qrumant adlanan torpağın Qrenlandiya olduğuna inanırdılar. İkinci dəfə arxipelaq 1596-cı ildə holland dənizçi Villem Barents tərəfindən kəşf edilib və onu “kəskin dağlar” mənasını verən Şpitsbergen adlandırıb. Lakin yalnız pomorların kəşfi nəticəsində arxipelaq dünya sivilizasiyasının bir hissəsinə çevrildi. Əsrlər boyunca Şpitsbergen heç kimə məxsus olmayıb, baxmayaraq ki, bu arxipelaqda Rusiyanın xüsusi maraqları həmişə tanınıb və bu gün də tanınır. Amma Rusiyanın iştirakına icazə verilməyən 1920-ci il Paris Sülh Konfransının qərarına əsasən, arxipelaq “xüsusi şərtlərlə” Norveçin suverenliyinə verildi. Şpitsbergen neytral ərazi elan edildi. Qərarda “arxipelaq heç vaxt hərbi məqsədlər üçün istifadə edilməməlidir” yazılır. Norveçlilər 1194-cü il tarixli köhnə İslandiya Vikinq dastanından bir hissəni əsas götürərək onu Svalbard adlandırdılar: “Svalbard (yəni soyuq torpaq) tapıldı!”
1925-1932-ci illərdə Sovet İttifaqı alqı-satqı yolu ilə Şpitsbergendə ümumi sahəsi 260 kvadratmetr olan dörd torpaq sahəsi aldı. Sonradan idarəetmə hüquqlarının əldə edilməsi üçün Arktikugol dövlət tresti yaradılır. İkinci Dünya müharibəsindən əvvəl Şpitsbergen adalarında Norveçin Longir, Olesun və Sveaqruva kəndlərindəki mədənlərdə və Sovet kəndlərində - Barentsburq, Qrumant, tikilməkdə olan Piramida qəsəbəsində kömür əldə olunurdu.
İkinci Dünya müharibəsinin başlaması ilə əlaqədar 1955 sovet vətəndaşı arxipelaqdan Arxangelskə, 932 norveçli isə Böyük Britaniyaya təxliyə edilir. Elə həmin dövrdə bütün sovet və qismən Norveç mədənləri, texnikası sıradan çıxarıldı, kömür ehtiyatları yandırılır. Müharibə illərində alman hərbi meteoroloji qrupları və Norveç-İngiltərə döyüş qrupları daim arxipelaqda olublar. Alman təyyarələri və gəmiləri sovet və norveç yaşayış məntəqələrini dağıdır??lar. Lakin müharibədən sonra həmin qəsəbə və mədənlər bərpa edilir.
Hazırda mədənlərdə kömür hasilatı Norveç dövlət şirkəti “Store Norske Spitsbergen Kulkompani” (iki şaxta işləyir. - NVO), eyni zamanda Rusiyanın Arktikugol dövlət tresti tərəfindən konsessiya altında (yalnız Barentsburq mədəni, Grumant və Pyramiden isə) həyata keçirilir.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

