Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bayden “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin dayandırılması müddətini uzadıb

Bayden “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin dayandırılması müddətini uzadıb

24.06.2022 [13:31]

ABŞ-ın Azərbaycana birbaşa hərbi yardımını qadağan edən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin dayandırılması müddəti növbəti dəfə uzadılıb.

“Report”un xəbərinə görə, bu barədə ABŞ Prezidenti Cozef Bayden müvafiq qərar imzalayıb.

Qeyd edək ki, 907-ci düzəliş ilk dəfə Senator Con Makkeyn tərəfindən təklif edilib, ancaq qəbul olunmayıb. Bundan sonra, yenidən, Senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqressmen Ueyn Ouens tərəfindən Konqresdə irəli sürülüb. Senator Riçard Luqar düzəlişin qəbul edilməsinin əleyhinə çıxış edib. Buna baxmayaraq, düzəliş, erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində 1992-ci ilin oktyabrın 24-də Konqres tərəfindən qəbul edilib.

O vaxt senator olmuş Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynayıb və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış edib.

2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib.

Paylaş:
Baxılıb: 663 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30