Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Parlament 20 qanun layihəsini qəbul etdi

Parlament 20 qanun layihəsini qəbul etdi

23.06.2022 [09:55]

Deputat təklif etdi - dərslər sentyabrın 1-də başlasın

Günel ABBAS

İyunun 22-də Milli Məclisin növbədənkənar sessiyasında növbəti plenar iclası keçirilib. Hökumət üzvlərinin iştirakı ilə baş tutan toplantının gündəliyinə 20 məsələ daxil edilib.

Əvvəlcə “Azərbaycan Respublikasının 2022-ci ilin dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxışında bildirib ki, təhlillər 2022-ci il üzrə dövlət büdcəsinin icrasına qlobal çağırışlar və risklərə münasibətdə tam əməl olunduğunu göstərir. Hesablama Palatasının sədri gəlirlərin əsas mənbə kimi hüquqi və fiziki şəxslərin dəyər vergisindən əldə olunduğunu bildirib. Neftin və qazın qiymətində artımın büdcəyə daxilolmalara müsbət təsir göstərdiyini vurğulayan V.Gülməmmədov bunun qarşıya qoyulan tapşırıq və vəzifələrin həyata keçirilməsi üçün münbit şəraitin formalaşmasına imkan verdiyini qeyd edib.

Maliyyə naziri Samir Şərifov bildirib ki, dövlət büdcəsinin gəlirləri əhəmiyyətli dərəcədə artaraq 12 milyard 442 milyon manat və yaxud 110,8 faiz icra edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 707 milyon manat və yaxud 27,8 faiz çoxdur. Onun sözlərinə görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə qeyd olunduğu kimi 7,2 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 11 faiz artıb. Maliyyə naziri qeyd edib ki, yeni dəyişikliklərlə dövlət büdcəsinə gəlirlərin 53 faizi neft, 46,8 faizi isə qeyri-neft sektorunun payına düşəcək. O bildirib ki, 2022-ci ilin ötən beş ayında icmal büdcənin göstəricilərində də nəzərdə tutulan proqnozlarla müqayisədə əhəmiyyətli dəyişikliklər qeydə alınır. Gəlirlər isə ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 27 milyon manat və yaxud 24,2 faiz artıb.

Parlamentin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, yenilənmiş dövlət büdcəsində pandemiya ilə bağlı bəzi müavinət xərclərinin azaldılması nəzərdə tutulur. Komitə sədrinin sözlərinə görə, müavinətlərə ayrılan vəsaitin azaldılması pandemiyanın təsirinin azalması ilə bağlıdır.

Deputat Fazil Mustafa isə tədris ilinin başlanma tarixi ilə bağlı maraqlı mövqedən çıxış edərək bildirib ki, ölkəmizdə müəllimlərin yay tətili avqustun 24-də bitir və onlar sonrakı dönəmdə maaş alırlar. Deputat dərslərin 15 sentyabrdan başlanmasını istilərlə əlaqələndirənlər haqda da danışıb: “Bu zehniyyətli insanları Afrikada nazir olmağa göndərsəniz, onlar isti olduğunu əsas gətirib, ümumiyyətlə, Afrikada il ərzində dərsləri qadağan edərlər. Müəllim avqustun 24-dən sentyabrın 15-dək maaş alırsa, onda 1 sentyabrdan dərs desin, maaş alsın da. Onsuz da onlar sentyabrın 1-dən məktəbdə boş olurlar”.

Spiker Sahibə Qafarova deputatın müəllimlərin sentyabr ayının əvvəlindən məktəbdə heç bir işlə məşğul olmadığı ilə bağlı fikirlərinə iradını bildirib. O qeyd edib ki, müəllimlər həmin tarixlərdə dərslərin başlaması ilə əlaqədar hazırlıq görürlər.

Müzakirələrin ardından “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə, “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Sonra “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “İnvestisiya fəaliyyəti haqqında”, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda əsas kimi qəbul edilib.

Ardınca Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Yanğın təhlükəsizliyi haqqında”, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Telekommunikasiya haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Pambıqçılıq haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda təsdiqlənib.

Daha sonra Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, 17. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri birinci oxunuşda səsvermə yolu ilə qəbul edilib.

Beləliklə, parlamentin növbədənkənar sessiyasının növbəti iclası başa çatıb.

Paylaş:
Baxılıb: 84 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

13 il öncə...

25 İyun 10:35

Xəbər lenti

Siyasət

MEDİA

Prezident bu gün

Prezident bu gün

25 İyun 10:11

Xəbər lenti

Siyasət

4-cü səfər...

25 İyun 10:01  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30