Elşad Nəsirov: “SOCAR Türkmənistanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır”
07.06.2022 [17:23]
“Azərbaycan ilə Türkmənistan arasında ikitərəfli əlaqələr sürətlə inkişaf edir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Azərbaycan və Türkmənistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr edilmiş tədbirdə çıxışı zamanı bildirib.
“İkitərəfli münasibətlərin bütün spektri üzrə əməkdaşlıq genişləndirilir. Azərbaycan BMT Baş Assambleyasının Türkmənistanın təşəbbüsü ilə irəli sürülən, bəzən həmmüəllif kimi çıxış etdiyi qətnamələri hər zaman dəstəkləyib və dəstəkləməkdə davam edir. Həm Azərbaycan Türkmənistan üçün, həm də Türkmənistan bizim üçün qardaş ölkə və qardaş xalqdır”, - o qeyd edib.
E.Nəsirovun sözlərinə görə, son illər iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın inkişafını təmin edən, 100-dən çox sənədi özündə birləşdirən hüquq-müqavilə bazası yaradılıb: “Xəzər dənizindəki “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə Anlaşma Memorandumunun 2021-ci il yanvarın 21-də imzalanması neft-qaz sektorunda ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ oldu”.
Vitse-prezident qeyd edib ki, imzalanmış sənədlər arasında Azərbaycan, Türkmənistan və İran arasında 2021-ci il noyabrın 28-də imzalanmış svop qaz tədarükünə dair üçtərəfli saziş də mühüm yer tutur və bu sənəd regiona gələcəkdə daha da böyük inkişaf vəd edir.
“Dostluq” layihəsi SOCAR-ın xüsusi rol oynadığı Azərbaycan-Türkmənistan əməkdaşlığının çoxşaxəli genişlənməsi üçün platformaya çevriləcək. Mən həqiqətən ümid edirəm ki, qardaş Türkmənistanla əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədilə yaxın vaxtlarda şirkətin filial və ofisini aça biləcəyik”, - Nəsirov bildirib.
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25

