Üç ölkənin parlamentariləri Şuşada...
24.05.2022 [10:18]
Qarabağda Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib
Nardar BAYRAMLI
Mədəniyyətimizin beşiyi olan Şuşa şəhəri mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. İşğaldan azad edilmiş Şuşa bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edir. Mayın 22-də isə bu tarixi məkanda Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib. Milli Məclisin nümayəndə heyətinə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinə parlamentin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç, Gürcüstan nümayəndə heyətinə isə bu ölkə Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze başçılıq ediblər.
İclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş ərazilərini müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edib. Komitə sədri bildirib ki, bu görüş bizim Şuşada ilk görüşümüzdür. S.Seyidov diqqətə çatdırıb ki, Ermənistan işğal altında saxladığı ərazilərdə Azərbaycanın tarixi, maddi-mədəni irsini dağıdıb, şəhərlərimizi və kəndlərimizi məhv edib. Təsadüfi deyil ki, bu əraziləri Qafqazın Xirosiması adlandırırlar. O, qeyd edib ki, həmin ərazilərdə bərpa-quruculuq işləri aparılır və hələ görülməli işlər çoxdur. Komitə sədri bu görüşün Şuşada keçirilməsinin önəmindən danışaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərlərinin və Şuşa Bəyannaməsinin imzalanmasının tarixi əhəmiyyətini qeyd edib.
Çıxış edən Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze bu görüşün təşkilinə görə təşəkkürünü bildirərək qeyd edib ki, bu format bizim inkişafımız üçün gözəl zəmin yaradır. Belə tədbirlər regional əməkdaşlıqda parlamentlərin rolunu nəzərdən keçirmək baxımından mühüm əhəmiyyətə malikdir. Nikoloz Samxaradze parlamentlərdə fəaliyyət göstərən dostluq qruplarının, beynəlxalq parlament təşkilatlarında əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi rol oynadığını qeyd edib. Gürcüstan parlamentinin komitə sədri ölkələrimiz arasında həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrinin regional əməkdaşlıqda rolu və ölkələrimiz arasında iqtisadi əməkdaşlığın perspektivləri barədə də fikirlərini bölüşüb.
Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komitəsinin sədri Akif Çağatay Kılıç bu formatda keçirilən görüşlərin əhəmiyyətini qeyd edib, bu görüşün Azərbaycanın işğaldan azad olunmuş Şuşa şəhərində təşkilinə görə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Ermənistanla münasibətləri normallaşdırmağa çalışır: “Biz öz gələcəyimizi təmin etmək üçün səylərimizi birləşdirməliyik. Parlamentlər və onların nümayəndələri öz xalqlarının təmsilçiləri kimi gələcək naminə çalışmalıdırlar. Türkiyə Azərbaycanı dəstəkləyir və inanır ki, tezliklə iki ölkə arasında münasibətlər yaxşılaşacaq, regionda davamlı sülh və sabitlik yaranacaq”.
Hər üç ölkənin deputatları belə birgə iclasın azad edilmiş ərazilərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsinin əhəmiyyətindən danışıblar. İclasda iştirak edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva qəzetimizə açıqlamasında bildirib ki, Şuşa şəhərində bu formatda iclasın keçirilməsi böyük önəm kəsb edir. Onun sözlərinə görə, artıq bütün dünya 44 günlük müharibənin reallıqlarını qəbul edir: “Artıq tarixi şəhərimiz olan Şuşa şəhəri beynəlxalq tədbirlər məkanı kimi özünü təsdiqləyib. Burada yerli və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ənənə halını alıb. 2022-ci ilin Azərbaycanda “Şuşa ili” elan olunduğunu nəzərə alsaq, belə tədbirlərin keçirilməsi xüsusilə əlamətdardır. Şuşada keçirilən tədbirlərə gələn xarici qonaqlar da erməni vandalizmini öz gözləri ilə görürlər. Ermənilər 28 illik işğal dövründə Şuşanı nə qədər özününküləşdirməyə çalışsalar da, buna nail olmadılar. Şəhər öz milli və tarixi keçmişini, qürurunu qoruyub saxladı. Şuşa Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz sayəsində işğaldan azad olundu. Hazırda Şuşanın bərpası istiqamətində böyük işlər görülür. Burada beynəlxalq tədbirlərin keçirilməsi də göstərir ki, bütün dünya Qarabağın, Şuşanın Azərbaycan xalqına məxsus olduğunu aydın şəkildə dərk edir. Prezidentimizin dediyi kimi, biz bu torpaqlara əbədi qayıtmışıq”.
Millət vəkili qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin Şuşada keçirilən VII üçtərəfli iclasında səmərəli müzakirələr aparıldı: “İclas iştirakçıları, xüsusilə Türkiyə və Gürcüstan parlamentariləri toplantının Şuşada keçirilməsindən məmnunluq ifadə etdilər”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

