QHT-lərlə bağlı Parlamentə layihə təklifləri verilib
20.05.2022 [10:19]
G.ABBASOVA
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra vətəndaş cəmiyyəti institutları ölkənin iqtisadi, sosial və mədəni həyatında mühüm rol oynayıb. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması dövlət ilə QHT-lər arasında əməkdaşlığın inkişafının bir nümunəsinə çevrilib. Dövlət səviyyəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərdən biri ötən gün Bakıda baş tutan Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumudur. “Şuşa ili” çərçivəsində ilk dəfə baş tutan forumun iştirakçıları ölkədə QHT-lərə göstərilən yüksək münasibətdən və iki ölkə arasındakı həmrəylikdən danışıblar.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib ki, Azərbaycan və Türkiyə həmrəyliyi dünyada sülhün, əməkdaşlığın qarantıdır: “Forum gələcəkdə türk xalqları arasındakı əlaqələrə də müsbət təsir göstərəcək. Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu ilk dəfədir təşkil olunur və gələcəkdə hər il keçiriləcək”.
Prezident Administrasiyasının Qeyri Hökumət Təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev deyib ki, dövlət orqanlarının QHT-lərlə yaxından əməkdaşlıq etməsi, qərarların qəbulu və sifarişlərin icrası prosesində onların iştirakına şərait yaradılması mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Azərbaycan dövləti ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm verir. Hazırda ölkədə ictimai təşkilatların fəaliyyətini tənzimləyən əlverişli hüquqi baza mövcuddur.
V.Quliyev bildirib ki, hər il Qeyri-Hökumət Təşkilatları (QHT) ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün Milli Məclisə layihə təklifləri verilir: “Bu il də müxtəlif təkliflər verilib. Təkliflər QHT-lərə qeydiyyatın sadələşdirilməsi, onların maliyyə əldə etməsi və regionlarda tədbirlərin keçirilməsi və başqa məsələləri əhatə edib”.
Türkiyə Daxili İşlər Nazirliyi Vətəndaş Cəmiyyəti ilə əlaqələr Baş İdarəsinin rəhbəri Ahmet Türköz Azərbaycan bayrağının Qarabağda dalğalanmasına və Azərbaycanda olduğuna görə sevindiyini söyləyib: “Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün işlər görülür. Ölkələr arasında iş birliyinin və ortaq layihələrin həyata keçirilməsi olduqca vacibdir”.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi rəhbərinin müşaviri Orxan Qazigil İkinci Qarabağ müharibəsi dövründə və ondan sonra Türkiyə və Azərbaycan münasibətlərinin daha da inkişaf etməsindən danışıb: “Qarabağda düşmənin törətdiyi vandallıqları görüb məyus olduq, amma Prezident İlham Əliyevin tapşırığı ilə başlayan quruculuq işlərini görüb sevinirik”.
Azərbaycan Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov qeyd edib ki, Gənclər Fondu 2018-ci ildən Türkiyənin Gənclər və İdman Nazirliyi ilə bir neçə layihə həyata keçirib: “Eyni zamanda fondun dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri Türkiyədə təcrübə keçiblər, Türkiyədə gənclər üçün mövcud olan yataqxanaların, kampusların təcrübəsi öyrənilib. 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Gənclər Fondu böyük nümayəndə heyəti ilə Azərbaycana gəldi və Gəncəyə, Bərdəyə səfər etdi. Həmin dövrdə Türkiyə-Azərbaycan gənclərinin ortaq platforması təsis edildi və bu platforma erməni yalanlarının ifşasında mühüm rol oynadı. Bu forumdan sonra da hər iki ölkənin qeyri-hökumət təşkilatlarının üzərinə mühüm vəzifə düşəcək”.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov xatırladıb ki, Vətən müharibəsi gedişində Azərbaycan jurnalistləri peşə borclarını yerinə yetirməklə yanaşı, silaha sarılaraq Vətənin müdafiəsinə qalxıb və onların əksəriyyəti dövlətin yüksək mükafatları ilə təltif olunublar: “Vəzifə borclarını yerinə yetirərkən şəhid olan jurnalistlər də var və Azərbaycan jurnalistləri birinci dəfə deyil ki, erməni terrorunun qurbanı olurlar. İndi Azərbaycan mediası öz işini qalib ölkənin və müasir çağırışların tempinə uyğunlaşdırmaq üçün yeni konseptual yanaşma sərgiləməlidir. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində yorulmaz fəaliyyəti media nümayəndələrinin öz peşə borclarını yerinə yetirərkən istinad etdikləri mötəbər mənbə və dəyərli nümunədir”.
Forumun yekunu olaraq bəyanat qəbul edilib. Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti institutları arasında dialoqun, əməkdaşlığın və birgə fəaliyyətin genişləndirilməsinə, qarşılıqlı maraq doğuran müştərək layihələrin və proqramların reallaşdırılmasına yardım etməklə ölkələrimiz arasında dostluğun və əməkdaşlığın inkişafına töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında “Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandum”u imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

