Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə veriləcək

Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə veriləcək

19.05.2022 [22:50]

Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə veriləcək.

“Report”un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərara əsasən, mayın 20-dən hava nəqliyyatı vasitəsilə aşağıda qeyd olunan ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına müvafiq tələblər nəzərə alınmaqla icazə verilir:

Bolqarıstan Respublikası;

Butan Krallığı;

Cənubi Afrika Respublikası;

Qvatemala Respublikası;

Laos Xalq Demokratik Respublikası;

Livan Respublikası;

Mavriki Respublikası;

Misir Ərəb Respublikası;

Myanma İttifaqı Respublikası;

Nepal Federativ Demokratik Respublikası;

Paraqvay Respublikası;

Şimali Makedoniya Respublikası;

Şri-Lanka Demokratik Sosialist Respublikası;

Vyetnam Sosialist Respublikası.

Paylaş:
Baxılıb: 744 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Sosial

Gündəm

Bişkek görüşü...

02 Sentyabr 11:36  

İqtisadiyyat

Gündəm

Siyasət

İqtisadiyyat

Sosial

Hadisə

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30