Türkiyə-Azərbaycan “yaşıl enerji” əməkdaşlığı genişlənir
02.09.2026 [09:17]
Azərbaycan və Türkiyə Naxçıvanda bərpaolunan enerji infrastrukturlarının yaradılması istiqamətində işləri intensivləşdirib. Naxçıvanda inşa edilən Günəş elektrik stansiyalarında istifadə olunan fotovoltaik panellərin Türkiyədən tədarükü artıb ki, bu da stansiyanını inşasını vaxtında başa çatdırmağa imkan verir. Bu günlərdə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Türkiyə Xarici İqtisadi Əlaqələr Komitəsinin (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının üzvləri ilə keçirilən görüş də bu bölgədə “yaşıl enerji” sektorunda nəzərdə tutulan planlar müzakirə olunub. Azərbaycanda Türkiyə şirkətləri ilə birgə müəssisələrin yaradılması imkanları, habelə texnologiya transferi və yerli istehsalın təşkili ilə bağlı təkliflər müsbət qarşılanıb.
Naxçıvan regional dəhlizə çevrilir
Türkiyə və Azərbaycan enerji infrastrukturlarının inteqrasiyasını başa çatdırmaq və enerji ixracını, xüsusilə Naxçıvan vasitəsilə həyata keçirmək üzərində işləyirlər. “Yaşıl enerji” zonası elan edilmiş Naxçıvanın yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti burada ekoloji cəhətdən təmiz enerji istehsalına geniş imkanlar yaradır. Proqnozlara görə, Muxtar Respublikanın ərazisində günəşli saatların orta illik miqdarı 2600-2800 saat, hər kvadratmetrə düşən Günəş enerjisinin intensivliyi isə 0,8-1,2 kilovat-saat təşkil edir. Bu isə o deməkdir ki, bütün fəsillərdə Günəş enerjisindən istifadə imkanı mövcuddur. Bölgədə yaradılan yeni enerji infrastrukturları sayəsində Naxçıvanda təmiz enerji istehsalının payı sürətlə artmaqdadır. Yeni Günəş və külək elektrik stansiyalarının tikilib istifadəyə verilməsi istehsal edilən ümumi enerjidə bərpaolunan enerjinin payını kəskin yüksəldib. Ümumilikdə alternativ və bərpaolunan enerji mənbələrində istehsal edilən elektrik enerjisi ümumi enerji istehsalında təxminən 37 faizə bərabərdir.
Mövcud potensiallar Muxtar Respublikanın zəngin alternativ enerji mənbəyinə malik olduğunu təsdiqləyir və bunun nəticəsidir ki, son bir ildə xarici şirkətlərlə əməkdaşlıq sazişləri imzalanıb. “Masdar” şirkəti ilə ilkin mərhələdə gücü 150 meqavat olan Günəş Elektrik Stansiyasının tikilməsi də nəzərdə tutulub. “Czech Engineering” şirkəti isə Sədərək rayonunun Türkiyə ilə sərhədində günəş elektrik stansiyalarının inşası, enerji ötürücülərinin tikilməsi və istifadəsi üzrə əməkdaşlıqda maraqlıdır. Eyni zamanda, Almaniyanın “Notus” şirkəti Naxçıvanda “yaşıl enerji” layihələrini reallaşdırmaq niyyətindədir. Gücü 300 meqavat olan yeni nəhəng Günəş Elektrik Stansiyasının Türkiyə ilə sərhəd xəttinə yaxın ərazidə tikilməsi işləri də sürətləndirilib.
Ötən ay Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı layihə işlərinin gedişi ilə tanış olduğu “Şəms 1” və “Qərbi Üfüq” Günəş elektrik stansiyalarının tikintisi də irəliləyir və bu stansiyalar gələcəkdə elektrik enerjisinin ixracına imkanlarını genişləndirəcək. Ümumilikdə, Naxçıvanda Günəş elektrik stansiyalarının tikintisi üçün 688 hektar ərazi ayrılıb. Layihələrin reallaşdırılması nəticəsində muxtar respublikada bərpaolunan enerji üzrə qoyuluş gücü bir neçə yüz meqavata çatacaq. Yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması perspektivində bu layihələr Naxçıvanın enerji təminatında yeni mərhələnin əsasını qoymaqla yanaşı, muxtar respublikanın enerji istehsalçısı kimi mövqeyini də gücləndirəcək.
Göründüyü kimi, Naxçıvanın “yaşıl enerji” potensialına, xüsusilə bu enerjinin Türkiyə istiqamətində ixracına böyük maraq var. Bu, Naxçıvanın “yaşıl enerji” dəhlizinə çevrilməsi yolunda imkanlarını daha da gücləndirməkdədir. Bu strateji planlar isə ilk növbədə Türkiyə ilə birlikdə icra olunur.
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan kabeli
Qeyd edək ki, bir müddət əvvəl İstanbulda Azərbaycan ilə Türkiyə arasında “Azərbaycan (Naxçıvan)-Türkiyə Enerji İnterkonnektoru” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihələrinin həyata keçirilməsi ilə bağlı geniş məsləhətləşmələr də keçirilib. Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK) tərəfindən aparılan araşdırmaların nəticələri olduqca ürəkaçan dəyərləndirilib. Naxçıvandan Türkiyəyə ilkin mərhələdə 1 QVt həcmində elektrik enerjisi ötürülməsinin perspektivli olduğu bildirilib. Layihənin gələcəkdə yalnız Azərbaycandakı mənbələrdən deyil, Mərkəzi Asiyadan da Türkiyəyə elektrik enerjisinin nəqlinə imkan yaradacağı qeyd edilib. Azərbaycan və Türkiyədən olan investorların layihədə iştirakı perspektivləri dəyərləndirilib.
Hazırda diqqətçəkən digər strateji hədəf “Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti layihəsi”nin sürətləndirilməsidir. Ötən ay Türkiyədə keçirilən tədbirdə layihə üzrə müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, texniki-iqtisadi əsaslandırma, Birgə Müəssisənin yaradılması və digər məsələlər razılaşdırılıb ki, bu da enerji marşrutunun yeni fazaya daxil olması kimi səciyyələndirilə bilər. Xatırladaq ki, “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi və Bolqarıstan Respublikasının Energetika Nazirliyi arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” 4 aprel 2025-ci il tarixində Bakıda imzalanıb. Həmin sənəddən irəli gələrək hazırda Naxçıvan-Türkiyə-Avropa marşrutunun “Cəbrayıl” və Şərqi-Zəngəzur enerji qovşağı ilə əlaqələndirilməsi nəzərdə tutulur. Cəbrayılda inşa olunmuş 330 kilovoltluq yarımstansiya və elektrik verilişi xətlərinin eynilə Naxçıvanda tikilməsi, bu enerji sistemlərinin inteqrasiyası, Türkiyə ilə sərhəddə çevirici yarımstansiyanın tikintisi qarşıda duran məsələlərdir. Həmin istiqamət azad ərazilərdəki bərpaolunan enerjinin adıçəkilən regional xəttə inteqrasiyasını təmin etməklə enerjinin Ermənistan və yaxud İran üzərindən Naxçıvana, oradan Türkiyə və Avropaya ötürülməsini hədəfləyir. Belə olan halda artıq Ermənistan da “yaşıl dəhliz”ə cəlb edilmiş olur və Azərbaycanın enerji humanizmi nəticəsində Avropa ailəsinə qoşulur.
Avropa Komissiyasının dəstəklədiyi layihə
Qeyd edək ki, “Şərq-Qərb Yaşıl Enerji Dəhlizi”nin tərkib hissəsi olan “Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan” kabeli Avropanın bərpaolunan enerjiyə artan tələbatı fonunda daha ön plana çıxmaqdadır. Həmin ssenari üzrə bir neçə ay əvvəl “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” təsis edilib və “yaşıl enerji” sahəsində vacib əməkdaşlığın digər ölkələrlə birgə inkişaf etdirilməsi qərara alınıb. Bura Qazaxıstan, Özbəkistan və Macarıstan daxildir. Bu təşəbbüsləri dəstəkləyən Avropa İttifaqının Enerji Komissarlığı təmiz enerjiyə keçidin ən etibarlı qollarından biri olan “yaşıl enerji”yə böyük önəm verdiyini bəyan edib. Bir neçə ay əvvəl Azərbaycanda səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin layihəyə dəstəyini ifadə etməsi bu təşəbbüsün Avropanın enerji təhlükəsizliyi və “yaşıl enerji” keçidi baxımından strateji əhəmiyyətinin yüksək siyasi səviyyədə qəbul edildiyini bir daha təsdiqləyir. Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensenə ünvanlanmış “Yaşıl Enerji Dəhlizi” layihəsinin Avropa İttifaqının Qarşılıqlı Maraq Kəsb edən Layihələr və Ümumi Maraq Kəsb edən Layihələr üzrə 3-cü siyahısına daxil edilməsi məqsədilə layihənin həyata keçirilməsinə dəstək və sadiqlik haqqında Birgə Məktub”un imzalanması isə ən mühüm iqtisadi hadisə kimi dəyərləndirilə bilər.
Beləliklə, Azərbaycan və Türkiyə arasında həyata keçirilməkdə olan “yaşıl enerji” dəhlizi quruculuğu iki qardaş ölkə arasında əməkdaşlığın yeni mərhələsi olmaqla, Naxçıvanı regional oyunçuya çevirəcək, Avropa qitəsinin enerji təchizatında geoiqtisadi mövqeyini təyin edəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41

