/ / Fahrettin Altun: Qarabağ müharibəsi dövründə göstərdiyimiz həmrəylik sosial mediada da özünü büruzə verdi
Fahrettin Altun: Qarabağ müharibəsi dövründə göstərdiyimiz həmrəylik sosial mediada da özünü büruzə verdi
14.05.2022 [13:34]
Şanlı Zəfərlə nəticələnən Qarabağ müharibəsi dövründə göstərdiyimiz həmrəylik sosial mediada da özünü büruzə verdi. Biz informasiya cəbhəsində Azərbaycanla birgə mübarizə apardıq. Nəticədə şanlı Zəfərin qazanılmasına töhfəmizi verdik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun İstanbulda keçirilən Türk Dövlətlər Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 4-cü toplantısında çıxışı zamanı ifadə edib.
Bu tədbirin mövcud əməkdaşlıqları daha da inkişaf etdirəcəyini deyən F.Altun bildirib ki, TDT yarandığı gündən ötən 13 il ərzində təşkilat təkmilləşərək beynəlxalq quruma çevrilib. Liderlər bu təşkilatın inkişafı və birliyi istiqamətində mühüm addımlar atıblar. Ölkələrimizin birliyinin daha da möhkəmləndirilməsinə töhfəmizi verməliyik. Media sahəsinin inkişafı isə bu sahəni təmsil edənlərin əlindədir.
“Bu il dördüncüsü keçirilən toplantı ilə müştərək yol xəritəmiz və yeni əməkdaşlıq imkanları dəyərləndirilir. Xüsusilə sosial mediada dezinformasiya ilə mübarizə toplantımızın əsas mövzularındandır. Təəssüflə qeyd etmək istərdim ki, biz bu dezinformasiyaya məruz qalan ölkələrdən biriyik. Bu çağırışla birgə mübarizə və onun qarşısının alınması hər birimiz üçün çox vacibdir. Burada, eyni zamanda, televiziya və film sahəsi üzrə birgə layihələrimizin təkmilləşdirilməsi məsələləri də müzakirə olunacaq. Türkiyənin kommunikasiya modelinin türk dünyasına inteqrasiyası barədə addımların atılması nəzərdə tutulur. Türk coğrafiyasında son zamanlar baş verən mənfi hadisələr türk birliyinin vacibliyini bir daha ortaya qoydu. Bu gün türk dünyasına qarşı yönələn dezinformasiya “müharibəsinə” və “faşizminə” məruz qalırıq. Bu, bizim ortaq problemimizdir. Biz xüsusilə rəqəmsal platformalarda insanlığa xidmət edəcək yeni layihələr inkişaf etdirmək əzmindəyik. Dəyişməyən tək amil həqiqətdir və biz bunun qorunması üçün əlimizdən gələni edəcəyik”, - deyə o qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23

