Beş il əvvəl
12.05.2022 [11:10]
İslam dünyasının nəbzi Azərbaycanda döyündü
Günel ABBAS
Beş il əvvəl bu gün Azərbaycanda IV İslam Həmrəylik Oyunlarının açılış mərasimi baş tutdu. Ölkəmizdə 10 gün davam edən İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) tərəfindən keçirilən çoxmillətli və çoxidmanlı tədbirdir. İƏT üzvü ölkələri arasında 4 ildən bir “İslam sülhdür” devizi altında həmrəylik Oyunlarının keçirilməsində məqsəd müsəlman ölkələrinin əlaqələrini genişləndirmək, İslamla bağlı təxribatların əsasının olmadığını sübuta yetirmək, islamofobiyaya qarşı mübarizə aparmaqdır. İlk Oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilmişdir. İHİF Baş Assambleyası Səudiyyə Ərəbistanında dördüncü İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Azərbaycanda keçirilməsinə qərar verdi.
Sülh və həmrəylik tərəfdarı olan Prezident İlham Əliyevin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması ilə bağlı sərəncamı da siyasi müdrikliyin təntənəsi kimi tarixə yazıldı. İƏT-in Baş katibi məhz bu addımı yüksək qiymətləndirmiş və 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin beynəlxalq ictimaiyyətə mühüm mesaj olduğunu qeyd etmişdir. “İslam Həmrəyliyi İli”ndə keçirilən, İslam dəyərlərinin təbliğinə yönələn beynəlxalq siyasi, elmi, mədəni tədbirlərin hər biri milli-mənəvi dəyərlərimizi dünya ictimaiyyətinə çatdırmaqla Azərbaycanın keçdiyi inkişaf yoluna da baxışdır. Həmin ilin ən çox yadda qalan hadisəsi isə IV İslam Həmrəyliyi Oyunları oldu.
İslam Həmrəyliyi Oyunları Azərbaycana nə qazandırdı?
İslam Həmrəyliyi Oyunlarında 54 dövlətin 3 000-dən çox idmançısı 21 idman növü üzrə mübarizə apardı. Bakıya rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə gəldi. İndiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmamışdı. Atletlər 269 dəst medal uğrunda mübarizə apardılar. “Bakı-2017”də iştirak edən ölkələr arasında Azərbaycan idmançıları xalqımızı parlaq qələbələri ilə sevindirərək 75 qızıl, 50 gümüş və 37 bürünc medalla (cəmi 162 medal) birinci oldular. İdman arenalarında Azərbaycanın dövlət himni 75 dəfə səsləndi, dövlət bayrağı 162 dəfə qaldırıldı.
Azərbaycanın bu sahədəki təcrübəsinin müsbət nəticələri Forumlarda yüksək qiymətləndirildi. Həmrəylik Oyunlarının möhtəşəmliyi barədə bu gün də danışılır. Xəzərdən start götürərək Azərbaycanın 15 regionunu əhatə edən su səyahəti ilə başlanan IV İslam Həmrəyliyi Oyunlarının-İslamiadanın bağlanış mərasimi isə öz əhatəliliyi ilə seçilmişdir. Bağlanış mərasimində çıxış edən Oyunların Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın vurğuladığı kimi, Azərbaycan növbəti tarixi qələbəyə imza atdı. 10 gün ərzində İslam aləminin idmançıları dostluq və birliyin möhtəşəm təntənəsi çərçivəsində bir araya gəldilər.
Bununla yanaşı, xalqımız qonaqpərvərliyini və mehribanlığını bir daha nümayiş etdirdi. Azərbaycan sübut etdi ki, böyük idman ölkəsidir və qazanılan qələbələrlə fəxr edir. Təbii ki, ölkəmizdə keçirilən tədbirlərdə Azərbaycan haqqında deyilən xoş sözlərin hər biri müsəlman dövləti kimi bəşəri dəyərlərə sadiqliyinə, siyasi, iqtisadi, mədəni inkişafına heyran qalan qonaqların səmimi etiraflarıdır. Bu etiraflarda İslami dəyərlər haqqında müsbət fikirlər də əksini tapır.
Qeyd edək ki, Prezident İlham Əliyevin elan etdiyi “İslam Həmrəyliyi İli” çərçivəsində bir sıra tədbirlər keçirildi. Onlardan biri də İspaniyanın paytaxtı Madriddə keçirilən “İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” adlı konfrans idi. Bu konfrans dünyada sülhə inamın artması istiqamətində atılan addım kimi dəyərləndirildi. Dünyanın aparıcı dini mərkəzlərinin liderlərinin konfrans çərçivəsində qarşılıqlı görüşləri də məhz bu inamın güclənməsinə xidmət etmişdir.
İslam dəyərlərinə mənəvi sərvətimizin ayrılmaz tərkib hissəsi kimi hörmətlə yanaşan, qoruyan, təbliğ edən Azərbaycan dünyəvi, müasir, dünyaya açıq olan dövlətdir. Ölkəmizdə radikalizm, fundamentalizm, etnik separatçılıq kimi təhlükə mənbəyi yoxdur. Bunun səbəbi təkcə inzibati addımlar deyil, cəmiyyətdə mövcud olan birlik və həmrəylikdir. Radikalizmə qarşı ən etibarlı təminat olan sosial ədalət, maddi rifah, savadlılıq, düzgün siyasətə olan inamdır.
Bu prinsiplərin dövlət siyasətində prioritet kimi daim diqqətdə saxlanıldığı Azərbaycan ölkə vətəndaşlarının rahat, təhlükəsiz həyatını təmin edən kifayət qədər güclü dövlətdir.
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50

