Şuşa Realnı məktəbi yeni dövrdə
12.05.2022 [10:21]
XIX əsrin nümunəvi maarif ocağı bərpa olunur
G.QABİLQIZI
Ulu Öndərin doğum günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya səfər ediblər. Dövlət başçısı və birinci xanım burada bir sıra tarixi əhəmiyyətli abidələrin, binaların təmir-bərpa işləri ilə tanış olublar. Həmin binalardan biri də xalqımızın maariflənməsində, təhsilində böyük rolu olan Şuşa Realnı Məktəbidir.
1992-ci ildə Şuşa şəhəri işğal olunduqdan sonra Şuşa Realnı Məktəbi yandırılaraq xarabazara çevrilmişdi. Vətən müharibəsində qələbəmizdən sonra Şuşa Realnı Məktəbinin təmir olunması həm tariximiz, həm də xalqımız üçün olduqca əhəmiyyətlidir. Bu məktəb xalqın maariflənməsi, elmə yiyələnməsi işində müstəsna xidmətlər göstərib. 1881-ci il sentyabrın 20-də fəaliyyətə başlayan Realnı Məktəbin 6 sinfi olub. Hazırlıq və üç əsas sinifdən ibarət bu məktəbə ilk dəfə 159 şagird qəbul edilib.
Şuşa məktəbi dövrünün nümunəvi maarif ocağı sayılırdı. Mütəxəssislər Şuşadakı tədrislə maraqlananda aydın olmuşdu ki, məktəbdə üzrlü və üzrsüz dərs buraxanların ümumi faizi 7,64-dür. Ümumiyyətlə, bu faiz xalqın elmə, maarifə həvəsinin əvvəlki illərə nisbətən artdığını göstərirdi. 1890-cı ildə Tiflis məktəblərində alman dili məcburi dil kimi öyrədilirdisə, Şuşa məktəbində bu, könüllülük prinsipi ilə aparılırdı. Yeni açılan bu məktəblərdə ədəbiyyatın tədrisinə xüsusi diqqət yetirilirdi. Ona görə ki, ədəbiyyat əsas tərbiyə vasitəsi kimi yetişdirmək qüdrətinə malik idi.
Realnı Məktəbin Mirzə Salah bəy Zöhrabbəyov,Yusif bəy Məlikhaqnəzərov, Haşım bəy Vəzirov kimi tanınmış müəllimləri, İsmayıl bəy Şəfibəyov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Cabbar bəy Vəlibəyov, Qara bəy Əliverdilər, Ələkbər bəy Əliyev, Feyzulla Əliquluzadə, Xudadat bəy Əzizbəyov, Xudadat bəy Məlik-Aslanov, Cavad bəy Məlik-Yeqanov, Əbdüləli Orucov, Rüstəm bəy Axundov, Xan Şuşinski, Əbdüləli bəy Muxtarov, Həsən bəy Bağırbəyov, Muxtar bəy Muradov, Soltan bəy Vəlibəyov kimi şagirdləri olub. Şübhəsiz, Şuşa Realnı Məktəbi təmir-bərpa işlərindən sonra fəaliyyətə başlayacaq və xalqımız üçün ziyalı şəxsiyyətlər yetişdirməyə davam edəcək. Sevindiricidir ki, məktəb fəaliyyəti dövründə öz şagirdlərinə müstəqil Azərbaycan tarixini, mədəniyyətini, dövlətçilik irsini elə Azərbaycan dilində tədris edə biləcək.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

