Heydər Əliyev Fondunun bərpa etdiyi daha bir abidə - Mehmandarovlar malikanə kompleksi
12.05.2022 [10:20]
Fond həm ölkə, həm də dünya əhəmiyyətli abidələrin bərpasında maraqlıdır
Günel ABBAS
Mehmandarovlar malikanəsi Azərbaycan mülki memarlıq tarixinin ən uğurlu və özünəməxsus nümunələrindən biridir. XVIII əsrdə Mehmandarovlar ailəsinə məxsus olmuş yaşayış kompleksinə Böyük yaşayış binası, Kiçik yaşayış binası və ailə məscidi daxildir. Daha sonralar isə məscidə gedən yolun üstündə bulaq tikilib. Daş divarlarla əhatələnmiş kompleks sovet dövründə Şuşa Şəhər Xəstəxanası kimi fəaliyyət göstərib. İşğaldan sonra böyük bina tamamilə dağıdılıb. Mehmandarovların kiçik yaşayış binası isə həmin dövrdə işğalçılar tərəfindən Şuşa Tarix Muzeyi kimi istifadə edilib. Şuşa işğal edildikdən sonra kompleks əhatəsində yerləşən məscid də Geologiya Muzeyi kimi istifadə edilib. Ümumilikdə işğal dövründə Mehmandarovların malikanə kompleksinə ciddi ziyan dəyib və dağıdılıb. Mülkün böyük yaşayış evi yerlə-yeksan edilib. 2020-ci ildə Şuşa şəhəri işğalçılardan azad edildikdən sonra Mehmandarovların malikanə kompleksində təmir-bərpa işləri aparılmağa başlayıb. Hazırda Heydər Əliyev Fondu tərəfindən sürətli, dinamik şəkildə aparılan bərpa işləri öz nəticələrini verməkdədir.
Mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin hazırkı mərhələsi ilə tanış olublar. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib. Məlumata görə, işğal dövründə ciddi ziyan dəyən, ermənilər tərəfindən dağıntılara məruz qalan malikanə kompleksində mütəxəssislər qiymətləndirmə işləri aparıb, bunun əsasında bərpa prosesi icra olunur. Kompleksə məscid, kiçik və böyük yaşayış evləri daxildir. Ötən müddətdə Fond tərəfindən həyata keçirilən işlər çərçivəsində evin dam örtüyü orijinala uyğun quraşdırılıb, binanın tökülmüş bütün daşları, eyvanları, həmçinin kompleksə daxil olan məscidin uçmuş günbəzləri, damı və mehrabı bərpa edilib. Kompleksin həyətində bulağın bərpası yekunlaşıb, landşaft işlərinə isə hazırlıq işləri görülür. Qeyd edək ki, bərpa-quruculuq prosesi Şuşanın orijinal memarlıq üslubuna uyğun aparılır.
Heydər Əliyev Fondunun fəaliyyətində ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, yeni mədəniyyət ocaqlarının yaradılması mühüm yer tutur. 2000-2014-cü illər ərzində fond Azərbaycanda və xarici ölkələrdə bu istiqamətdə mühüm layihələr reallaşdırmışdır. Fondun xarici ölkələrdə tarixi mədəniyyət abidələrinin bərpası və yeni mədəniyyət obyektlərinin inşası sahəsində fəaliyyəti çoxşaxəlidir. Müxtəlif ölkələrdə tarixi abidələrin bərpası, dünyanın ən qabaqcıl ölkələrində Azərbaycanın dahi şəxsiyyətlərinə abidələrin ucaldılması məhz bu xüsusda görülən işlərdəndir. Bu gün Azərbaycanda da bərpa olunmuş və yenidən qurulmuş belə tarixi abidələrin sayı yüzlərlədir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

