Hikmət Hacıyev: “Azərbaycan Cənubi Qafqazın inteqrasiyalı modelini təklif edir”
28.04.2022 [14:05]
“Azərbaycan Cənubi Qafqazın inteqrasiyalı modelini təklif edib. Hazırda region çox dağınıqdır, ona görə də insanlar arasında daha çox əlaqələr, daha çox təmas qurmaq lazımdır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada beyin mərkəzlərinin “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı konfransının açılışında deyib.
“Biz buna hazırıq, indi top Ermənistandadır”, - H.Hacıyev bildirib. Onun sözlərinə görə, Azərbaycanın Ermənistana əsas mesajı ərazi bütövlüyü və suverenliyinin tanınmasıdır: “Ermənistan buna hazırdırmı? Biz hazırıq”.
O, həmçinin iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin həllinin vacibliyini qeyd edib. “Biz artıq bu prosesin yaxın vaxtlarda başlayacağı ilə bağlı müəyyən siqnallar alırıq”, - H.Hacıyev əlavə edib.
“Danışıqlarda digər mühüm məqam kommunikasiyaların açılmasıdır. Orta dəhliz yeni reallıqlarda xüsusi əhəmiyyət kəsb edir. Ermənistan bunun bir hissəsi ola bilərmi? Əlbəttə ki, hə. Amma biz Ermənistanın qərar verməsini gözləyə bilmərik, ona görə də Azərbaycan İranla danışıqlar aparıb və paralel nəqliyyat marşrutunun qurulması imkanları barədə razılığa gəlib”, - prezidentin köməkçisi vurğulayıb.
H.Hacıyev onu da xatırladıb ki, Azərbaycan həmçinin regional “3+3” formatının inkişafını da təklif edib.
O, Qarabağın erməni əhalisi ilə bağlı məsələyə də toxunaraq Azərbaycanın onları öz vətəndaşı hesab etdiyini söyləyib: “Biz Xankəndi sakinlərini Azərbaycan vətəndaşları hesab edirik. Azərbaycanda bütün dinlərə hörmətlə yanaşılır, bütün dini məbədlər qorunub saxlanılır, amma işğal illərində yüzlərlə məscid dağıdılıb və ya başqa məqsədlər üçün istifadə edilib”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

