Bir ölkədən 40, 28 ölkədən 400
27.04.2022 [10:23]
Rusiya 40 alman diplomatını niyə “persona non qrata” elan etdi?
N.BAYRAMLI
Rusiya öz diplomatlarının Almaniyadan çıxarılmasına cavab verib. Belə ki, rəsmi Moskva Almaniyanın Rusiyadakı diplomatik nümayəndəliklərinin 40 əməkdaşını “persona non qrata” elan edib. Almaniyanın səfiri Gez Andreas von Geyr Rusiya Xarici İşlər Nazirliyinə çağırılaraq ona bu barədə nota təqdim edilib.
Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi başlayandan bir sıra ölkələrlə Rusiya arasında diplomatların qarşılıqlı olaraq qovulması “ənənə” halını alıb. Məsələ ilə bağlı politoloq Ramiz Alıyev qəzetimizə açıqlamasında bildirib ki, Almaniya hökuməti aprelin 4-də Rusiya diplomatik qurumlarının 40 əməkdaşını “persona non-qrata” elan etmişdi. Rusiya bu addımı qeyri-dost addım kimi qiymətləndirdi. Onun sözlərinə görə, rəsmi Moskva Almaniyaya qarşı adekvat cavab verdi: “Rusiya tərəfi Almaniyanın xarici işlər naziri Annalena Berbokun rus diplomatlarının qovulması qərarı ilə bağlı arqumentlərini əsassız hesab edir. Eyni zamanda, Almaniya da Rusiyanın anoloji qərarını düzgün saymır və bəyan edir ki, alman diplomatların heç bir günahı yoxdur. Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi başlayandan Rusiyanın diplomatik missiyalarının 400-ə yaxın əməkdaşı 28 ölkədən qovulub. Qovulan rus diplomatlarının sayına görə Almaniyadan başqa, Polşa, Sloveniya, Slovakiya, Xorvatiya, Fransa, İtaliya və İspaniya öndə gedir. Rəsmi Moskva isə cavab tədbiri olaraq, 150-dən çox diplomatı ölkədən çıxarıb. Daha çox Polşa, Hollandiya, Belçika, ABŞ, Monteneqro, Estoniya, Latviya, Slovakiya, Bolqarıstan və Latviya səfirliklərinin əməkdaşları “persona non-qrata” elan edilib”.
Politoloqun fikrincə, bu hadisələr ABŞ və Avropanın Rusiya Federasiyasına təsir və təzyiq formalarından biridir: “Bu səbəbdən də Rusiya tərəfi bunu hibrid müharibə hesab edir və diplomatlarının Qərb ölkələrində tam işləyə bilmədiyindən şikayətlənir. Rəsmi Moskva hesab edir ki, Qərb kəşfiyyat xidmətlərinin total nəzarəti yerli dairələrin nümayəndələri ilə ünsiyyəti xeyli çətinləşdirir, həm də yerli nümayəndələr ehtiyatlanırlar ki, onları Rusiya ilə işbirliyində günahlandıra bilərlər. Bütövlükdə, Rusiya ilə Qərb arasında diplomatik münasibətlərin əvvəlki səviyyəyə qayıtması uzun və çətin olacaq. Təkcə aprel ayında Almaniya, Litva, Latviya, Estoniya, Fransa, İtaliya, İspaniya, Avstriya, Danimarka, İsveç, Çexiya və Sloveniya rusiyalı diplomatların ölkədən çıxarıldığını elan ediblər. Eyni zamanda, Latviya hakimiyyəti iki Rusiya konsulluğunu bağlayıb. Bütün bunların fonunda diplomatik gərginliyin azalması yaxın vaxtlarda real görünmür. Bu, yalnız Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsini dayandırandan sonra mümkün ola bilər. Müharibənin isə nə vaxt bitəcəyini söyləmək çətindir. Çünki bəzi dövlətlərin sülh təşəbbüslərinə baxmayaraq, Rusiya və Ukrayna arasında razılığın əldə edilməsi mümkün deyil. Burada Rusiyanın və Ukraynanın öz şərtləri var. Belə olduğu təqdirdə tərəflər arasında sülhün əldə edilməsi imkanları sıfıra bərabərdir. Ukraynanı birmənalı olaraq dəstəkləyən Qərb dövlətləri isə Rusiyaya qarşı mümkün addımları atmaqda davam edir”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

