Azərbaycan sahibkarları Prezidentə müraciət edib
25.04.2022 [12:40]
Bu gün Bakıda keçirilən və "Sahibkarlar Günü"nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfransın iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
"Report" xəbər verir ki, müraciəti iş adamlarının adından "Azərbaycan Nar İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin sədri Fərhad Qaraşov oxuyub.
Müraciətdə deyilir:
Möhtərəm cənab Prezident!
Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu müasir Azərbaycanın hərtərəfli inkişaf strategiyası Zati-aliləriniz tərəfindən müdrikliklə və uzaqgörənliklə davam etdirilir. Məhz 20 il bundan əvvəl – 2002-ci ildə Ulu Öndərin 25 aprel-də yerli sahibkarlarla, 14 mayda isə xarici iş adamları ilə görüşlərindən sonra Azərbaycan iqtisadiyyatının, həmçinin sahibkarlığın inkişafında ciddi dönüş baş vermiş, mühüm qərarlar qəbul edilmişdir. İqtisadiyyatın davamlı və dayanıqlı inkişafını təmin edən islahatlar aparılmış, sağlam bazar münasibətləri, azad rəqabət mühiti və güclü özəl sektor formalaşmışdır.
Dövlətimizin genişmiqyaslı dəstək tədbirlərinin nəticəsidir ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti genişlənir, bütün regionları əhatə etməklə yeni istehsal və xidmət sahələri yaradılır, ixrac potensialı artır. Hazırda ümumdaxili məhsulun 83 faizdən çoxu özəl sektorun payına düşür.
Sahibkarlığın inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlər nəticəsində nüfuzlu beynəlxalq biznes hesabatlarında ölkəmizin reytinqi davamlı olaraq yaxşılaşır. Özəl sektorun inkişafına yüksək diqqət və qayğınızın daha bir əyani göstəricisi olaraq hər il 25 aprel tarixinin Azərbaycan Respublikasında “Sahibkarlar Günü” kimi qeyd edilməsi biz sahibkarları qürurlandırır, sahibkarların cəmiyyətdə nüfuzunu yüksəldir və yeni uğurlara ruhlandırır.
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
2020-ci ildə Sizin rəhbərliyinizlə rəşadətli Ordumuzun qazandığı böyük Zəfər nəinki milyonlarla azərbaycanlını, türk dünyasını, bütün azərbaycansevərləri qürurlandırır. Bu gün hər bir sahibkar anlayır ki, Azərbaycanın tərəqqisi və gələcək inkişafı üçün genişmiqyaslı tədbirlər davam etdirilməlidir.
44 günlük Vətən müharibəsi dövründə Sizin ətrafınızda sıx birləşərək “Dəmir yumruğ”un bir parçası olmağı bacarmış Azərbaycan sahibkarları Qarabağın yenidən firavanlığına qovuşması, işğaldan azad olunmuş torpaqlarımızın iqtisadi cəhətdən dirçəlməsi üçün səylərini daha da gücləndirirlər.
İnanırıq ki, rəhbərliyinizlə Qarabağın hər bir guşəsini birlikdə quracağıq, köçkünlərimizin doğma yurd-yuvalarına qayıdışı tezliklə təmin olunacaqdır.
Biz, Ulu Öndərin sahibkarlarla görüşünün 20 illiyinə həsr olunmuş Konfransın iştirakçıları ölkəmizdə yaradılan əlverişli işgüzar mühitdən yararlanmaqla yeni uğurlara nail olacağımıza inanır və Sizi əmin edirik ki, rəqabətədavamlı istehsalın genişləndirilməsi, dövlətimizin daha da qüdrətlənməsi və dünya miqyasında nüfuzunun daha da artması üçün bütün gücümüzü səfərbər edəcək, əhalinin rifah halının yüksəldilməsi yolunda var gücümüzlə çalışacağıq.
Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, azad, müstəqil və demokratik Azərbaycan dövlətinin daha da möhkəmlənməsi, xalqımızın əmin-amanlığı naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

