ATƏT PA-da 5 baza prinsipi səsləndirilib
05.04.2022 [10:18]
Deputat: Qurum Azərbaycanın sülh gündəliyini dəstəkləməlidir
Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Azay Quliyev aprelin 2-dən 5-nə kimi Danimarkada səfərdə olub. Qeyd edək ki, o, həm də bu qurumun vitse-prezidenti və büro üzvüdür. Deputat səfər çərçivəsində ATƏT PA-nın Büro iclasında da iştirak edib. İclasda qurumun məsul şəxslərinin məruzələri dinlənilib, ictimai-siyasi vəziyyət müzakirə olunub.
Toplantıda məruzə ilə çıxış edən Azay Quliyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, tədbir gözləntilər baxımından ümumi mənada pozitiv keçib: “Burada əsasən üç məsələ müzakirə olundu. Onlardan biri Ukraynadakı vəziyyətlə əlaqədar olaraq ATƏT PA-nın mövqeyi və qəbul edəcəyi qərarlarla bağlı idi. İclasda Ukraynadakı humanitar vəziyyət və dinc əhalinin öldürülməsi müzakirə olundu. Müxtəlif istiqamətlərdə fikirlər səsləndirildi. Öz çıxışımda bildirdim ki, Azərbaycan hər zaman proseslərin sülh yolu ilə həllinin tərəfdarı olub. Eləcə də ölkəmizin Ukraynaya humanizm prinsiplərinə əsaslanan yardımını diqqətə çatdırdım.
Burada təhlükəsizliklə bağlı müzakirələr də aparıldı. Bu müzakirələrdə Ermənistana sülh müqaviləsinin bağlanması məqsədilə təklif edilən “5 baza prinsipi” məsələsini səsləndirdim. Əsas prinsipləri sadaladım və bildirdim ki, Azərbaycan hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin, suverenliyinin və sərhədlərin toxunulmaması əsasında müqavilə imzalamağa hazırdır. Eyni zamanda, Azərbaycan BMT nizamnaməsinə, Helsinki yekun aktına istinad edərək ölkələrin bir-birinə qarşı ərazi iddialarından vaz keçmələrinin və bunu rəsmi şəkildə bəyan etmələrinin tərəfdarıdır”.
Deputat qeyd edib ki, prosesdə ATƏT PA müsbət rol oynamalı və Azərbaycanın sülh gündəliyini dəstəkləməlidir: “Belə məqamda Dağlıq Qarabağ ifadəsindən qaçılmalıdır. Köhnə normativlərə istinad etmək olmaz. Aprelin 6-da Brüsseldə keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü haqqında Avropada praqmatik fikirlər söylənilir. Qeyd edim ki, artıq rəsmi təşkilatlar Azərbaycanın haqq işinə anlayışlı yanaşır və sülh quruculuq prosesindən çıxış edən ölkə kimi hörmətlə qarşılanır.
İclasda xüsusi nümayəndə kimi Balkanlarda gedən ciddi prosesləri də diqqətə çatdırdım. Gələn ay Albaniya, Monteneqro və Şimali Makedoniyaya səfər edəcəyəm. Səfərim zamanı müəyyən təkliflər səsləndirəcəyəm, o təkliflərdən biri də Balkan ölkələri də daxil olmaqla Cənub Şərqi Avropa ölkələrinin parlament platformasını yaratmaqdır. Əsas məqsəd parlamentlərarası prosesləri təşviq etmək, təhlükəsizlik məsələlərinin təmin olunmasına öz töhfəmizi verməkdir. Çünki Balkanları hər hansı üçüncü qüvvənin təsirinə məruz qoymaq olmaz. Balkan ölkələrinin strateji seçimi Avropaya inteqrasiya yoludur və buna hörmətlə yanaşılmalıdır”.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10

