İstanbulda nə baş verdi?
30.03.2022 [10:22]
Ukrayna və Rusiyanın nümayəndə heyətlərinin görüşündə hansı məsələlər müzakirə edildi?
Ukrayna ilə Rusiyanın danışıqlar üzrə nümayəndə heyətlərinin növbəti görüşü Türkiyənin İstanbul şəhərində baş tutdu və 3 saat davam etdi. Bəs görüşdə hansı məsələlər müzakirə edildi və nəticə əldə olundumu?
Ukraynanın yazılı təkliflərində hansı məsələlər yer alıb?
Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski qeyd edib ki, danışıqlar konstruktiv keçib. O, Ukraynadan neytral və qeyri-nüvə statusu istəyini təsdiqləyən yazılı təkliflər aldıqlarını bildirib. Medinskinin sözlərinə görə, təklifdə Ukraynanın bloklara qoşulmayacağı, hər hansı kütləvi qırğın silahını, o cümlədən kimyəvi və bakterioloji silahları, xarici ölkələrin bazalarını və qoşunlarını öz ərazisində yerləşdirməyəcəyi əksini tapıb. Eyni zamanda, Ukrayna Krımı və Sevastopolu hərb yolu ilə geri qaytarmaqdan (15 illik) imtina edir. Təkliflərdə Ukraynanın təhlükəsizliyinin təminatçısı olan ölkələrin də siyahısı yer alıb. Vladimir Medinski söyləyib ki, Rusiya Ukraynanın Avropa İttifaqına qoşulmasına qarşı deyil. O, Ukraynanın Donbas və Krımı hərb yolu ilə qaytarmaqdan vaz keçdiyini bildirib.
Müzakirənin nəticələri dövlət başçıları səviyyəsində görüş üçün kifayətdir
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak isə “müzakirənin nəticələri dövlət başçıları səviyyəsində görüş üçün kifayətdir”, - deyə vurğulayıb. Onun sözlərinə görə, görüşdə həm Rusiya ilə münasibətlərdə, həm də təhlükəsizliyə təminat verən ölkələrlə bağlı müəyyən məsələlər müzakirə olundu, humanitar dəhlizlərlə əlaqədar fikir mübadiləsi aparıldı.
Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivlik azaldılacaq
Yeri gəlmişkən, Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin deyib ki, Rusiya Müdafiə Nazirliyi Ukraynada Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyini azaltmaq qərarına gəlib. O, Ukraynanın bitərəf və nüvəsiz statusuna, habelə bu ölkəyə təhlükəsizlik zəmanətinə dair danışıqlarda irəliləyiş əldə olunması nəzərə almaqla, habelə “qarşılıqlı etimad əldə etmək” məqsədilə bu addımı atdıqlarını diqqətə çatdırıb.
Ukrayna nümayəndə heyətinin hüquq qrupunun rəhbəri, diplomat Oleksandr Çalı bildirib ki, Ukrayna hərbi-siyasi ittifaqlara qoşulmadan blokdankənar statusu təmin etməyə hazırdır.
Ukraynanın hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya isə vurğulayıb ki, ərazi və sərhədlər məsələsində heç bir güzəşt olmayacaq.
Ən məhsuldar görüş
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da görüş haqqında danışıb. O deyib ki, ən vacib məsələ münaqişənin qısa vaxtda həllidir. Müharibə artıq dayanmalıdır: “Müharibə başladıqdan indiyə qədər bu, ən məhsuldar görüş oldu. Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşündə bəzi mövzularda müəyyən razılıqlar əldə olundu. Əvvəlcə xarici işlər nazirləri, sonra isə liderlər səviyyəsində görüş keçirilə bilər”.
Xəbər lenti
Hamısına baxMüsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26

