İranın uranı... ABŞ-ın planı...
10.03.2022 [11:12]
Nicat
Bu yaxınlarda İranla nüvə sazişi imzalana bilər. Sazişə əsasən İran öz nüvə potensialını sülh məqsədləri ilə inkişaf etdirməli, cavabında isə İslam ölkəsinə qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılmalıdır. Yaxın vaxtlarda sövdələşmənin imzalana biləcəyi ilə bağlı məlumatlar son vaxtlar mediada davamlı olaraq yer alır, lakin ekspertlər bu məlumatlara ehtiyatlı nikbinliklə yanaşırlar. Rusiya, Çin, Böyük Britaniya, Fransa, Almaniya, Avropa İttifaqı və ABŞ nümayəndələri üç ildən artıqdır ki, İranla növbəti nüvə silahı yaratmaqdan imtina etmək məqsədilə danışıqlar aparırlar.
Baş tutmayan saziş
İran və altılıq (ABŞ, Fransa, Böyük Britaniya, Çin, Rusiya Federasiyası və Almaniya) hələ 2015-ci ilin 14 iyulunda Müştərək Kompleks Fəaliyyət Planı imzalayıblar. Və bununla da Tehran müstəsna olaraq dinc nüvə proqramını həyata keçirmək, 15 il ərzində 300 kq-dan artıq olmayan az zənginləşdirilmiş urana sahib olmaq imkanını, yüksək zənginləşdirilmiş uran və silah dərəcəli plutonium istehsal etməmək, nüvə sentrifuqalarının sayını 19 mindən 6,1 minə endirmək, Fordodakı zənginləşdirmə zavodunu texnologiya mərkəzinə çevirmək, MAQATE müfəttişlərinə öz nüvə obyektlərinə baş çəkməyə və Arakdakı reaktordan yalnız dinc məqsədlər üçün istifadə etməyə icazə vermək öhdəliklərini öz üzərinə götürdü.
Altılıq isə qarşılığında tətbiq edilən sanksiyaları aradan qaldırmağa razılıq verdi. İran razılaşmanın şərtlərini pozarsa, sanksiyalar 65 gün ərzində yenidən tətbiq edilə bilər.
Lakin Trampın prezidentlik dövründə əldə olunmuş ən yüksək nailiyyətlərdən biri hesab olunan bu razılaşmanı “dəhşətli müqavilə” adlandırıb. Nəticədə 2018-ci il may ayının 8-də haqqında danışılan müqaviləni “yalan üzərində qurulan” adlandırıb və sazişdən çıxdığını rəsmi şəkildə bəyan etdi. O, həmin il aprelin 30-da İranın nüvə silahı hazırlamaq üzrə gizli proqramının mövcudluğuna dair sübutları dərc edən İsrailin məlumatlarını rəhbər tuturdu. İsrailin o vaxtkı baş naziri Benyamin Netanyahu İsrail kəşfiyyatının keçirdiyi əməliyyat nəticəsində məlum olduğunu iddia etmişdi. Onun sözlərinə görə, İrandan “yarım ton material”, o cümlədən 55 min sənəd və 183 məlumat CD ələ keçirilib.
Uranın zənginləşdirilməsinə qayıdış
İranın JCPOA-da nəzərdə tutulmuş məhdudiyyətlər səviyyəsindən yüksək olan uranın zənginləşdirilməsi prosesi dərhal deyil, yalnız bir il sonra, 2019-cu ilin iyulunda başlayıb. Bu isə bir sıra xarici dövlətlərin narahatlığına səbəb olub.
Ekspertlərin fikrincə, hazırda İran bir neçə ay ərzində 90%-lik uran zənginləşdirmə imkanına malikdir. Buna baxmayaraq, nüvə silahının istehsalına getmək üçün bir neçə il vaxt lazım olacaq.
Bəzi analitiklər hesab edirlər ki, ABŞ uranın zənginləşdirilməsi məsələsində İrana qarşı əvvəlki sərt mövqeyində müəyyən yumşalmalara getməyə məcburdur. Bu, yeni regional və qlobal situasiya, xüsusilə də Ukrayna böhranına görə Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla əlaqədardır. Başqa sözlə, Moskva sanksiyalara cavab olaraq ABŞ-ı urandan məhrum edə bilər. Bu səbəbdən Vaşinqton Tehranla yeni nüvə sazişi imzalamaqda maraqlıdır. Hər halda, proseslərin gedişatını zaman göstərəcək. Bu, daha çox postmüharibə reallıqlarından, daha dəqiq desək, Rusiya-Ukrayna qarşıdurmasından sonra yaranacaq şəraitdən və şərtlərdən asılı olacaq.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08

