Kəndi şəhərə gətirdilər
10.03.2022 [11:10]
“Kənddən şəhərə” yarmarkası fəaliyyətə başlayıb
Ötən həftədən etibarən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı və Abşeron ərazisində üç fərqli ünvanda “kənddən şəhərə” həftəsonu yarmarkaları başlayıb. Yarmarkaların təşkilində əsas məqsəd yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
MÜŞFİQƏ
Budəfəki yarmarkalarda ümumilikdə 40-dan artıq regiondan 100-ə yaxın fermer tərəfindən 50-dək çeşiddə təbii kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçirilir.
Satışa çıxarılan məhsulların keyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən ödənişsiz şəkildə faydalana bilərlər.
Biz də Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanına (metronun “Gənclik” stansiyasının çıxışı) yollandıq. Müşahidələrimizə görə, alıcı qüvvəsi az idi. Gördüyümüz qədərilə, yarmarkalar karantin rejiminin tələblərinə əməl olunmaqla keçirilirdi. Yarmarkada iştirak edən fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla da təmin olunmuşdular.
Yerpulu vermirik
Regionlardan öz məhsullarını satmaq üçün yarmarkaya gətirən satıcılar vəziyyətdən razıdırlarmı? Ağstafadan gələn Taleh Qapçıyev bizi görən kimi “Allah bərəkət versin” deməyə başladı. Taleyi üzünə gülən satıcı yarmarkanın ikinci günündə artıq bütün məhsullarını satmışdı: “150 kilo kartof gətirmişdik. Hamısını ucuz qiymətdən - 80 qəpikdən satdıq. İnşaallah, gələn həftə də yarmarkaya gəlməyi düşünürük. Öz məhsullarımızı satırıq. Yerpulu və tərəzidən istifadə üçün pulu vermirik. Şükür, xeyir elədi”.
Haşimi düyüsü ilə əvvəlki aşların ətrini alacaqsınız
Yarmarkada alıcıların daha çox qarşısına toplaşdığı piştaxtalardan biri də Haşimi düyüsünün satıldığı yer idi. Bu gün “Made in Azerbaijan” brendi ilə xarici bazarlara satılan Lənkəran düyüsünə maraq olduqca böyük idi. Satış rəhbəri Quliyev Namiq deyir ki, düyünün bir neçə sortu - Haşimi, qırmızı düyü, qara düyü var: “1000 ha ərazidə əkirik. 200 kilodan 75 kilosu qalıb. Yəqin ki, günün sonuna kimi hamısı satılar. Qiymətləri isə olduqca münasibdir. Belə ki, Haşimi düyünün kilosu 4 manat, yumru düyü 2 manat, qırmızı düyü isə 2 manat 50 qəpikdir”.
Satıcının sözlərinə görə, Haşimi düyü??nü çox dəmləmək olmaz. Düyünün özünün xüsusi spesifik ətiri var: “Aş dəmləmək üçün düyünün üzərinə iki barmaq su töküb qaynatmaq lazımdır. Qaynayan kimi qazanın qapağını örtüb 15-20 dəq dəm almasını gözləmək lazımdır. Sonra qazanın altını söndürün. 10 dəqiqə qapağını açmayın”.
Təki hər kəs alıb evinə apara bilsin
Müsahibimizlə sağollaşıb, yarmarkadakı gəzintimizə davam etdik.
Bundan başqa, Göygöldən gələn məhsulların qiymətləri ilə tanış olduq. Belə ki, motal pendirin qiyməti 12 manat, pendir 6-7 manat, balın kilosu 25 manata, bəhməzin bankası 10 manat, nehrə yağı 12 manat, kənd çolpası 8 manat, yumurta isə 25 qəpikdir.
Daşkəsən sakini Abbasov Firudin isə yarmarkaya süd məhsulları gətirib. 50 kilo pendirdən yarısını satıb. Məhsulların qalanını isə, ayın 12-də təşkil ediləcək yarmarkada satmağı planlaşdırır. Qiymətlər isə belədir: “Qoyun pendiri 8 manat, nehrə yağı 12 manat, mal pendiri 6 manat, keçi pendiri 7 manat, motal çəçili 5 manat, şor 3 manat 50 qəpikdir. Bununla neçənci dəfədir ki, yarmarkalarda iştirak edirəm. Öz müştərilərim var. Satışdan çox razıyam. Kimin imkanı yoxdursa, güzəşt edirəm. Təki hər kəs alıb evinə apara bilsin”.
Qeyd edək ki, satıcıların, demək olar ki, hər biri pandemiya olmasına baxmayaraq satışlardan razılıq etdilər. Alıcılar isə məhsulların təzəliyi və keyfiyyətini xüsusi vurğuladılar.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53

