58-ci Münhen Təhlükəsizlik Konfransı işə başladı
19.02.2022 [00:02]
Əsas prioritet Rusiya - Ukrayna problemidir
Pərviz SADAYOĞLU
Avro-Atlantik təhlükəsizlik məsələləri üzrə ən böyük forum hesab edilən Münhen Təhlükəsizlik Konfransı dünən öz işinə başlayıb. Almaniyanın Münhen şəhərində keçirilən və sayca 58-ci toplantı olan tədbir ənənəvi formatda keçirilir. Ötən il pandemiya səbəbindən konfrans onlayn formatda keçirilib. Bu il “omikron gərginliyi” dalğasına baxmayaraq, təşkilatçılar təhlükəsizlik sahəsində siyasətçilərin şəxsi görüşlərinə “böyük ehtiyac” olduğunu deyərək, adi rejimə qayıtmaq qərarına gəliblər. Konfrans epidemiya əleyhinə sərt tədbirlərə riayət olunmaqla fevralın 18-dən 20-dək keçiriləcək. İştirakçıların adi sayının 2000-dən çox olması əvəzinə, indi 600-dən çox olmasına icazə verilmir. Tədbirdə iştirak etmək üçün qeyd edilən 600 nəfərdən çox siyasətçi, iqtisadçı və elm adamı Almaniyaya gəlib. 2 günlük konfransda 35 ölkənin dövlət və hökumət başçıları da iştirak edəcək. Ukrayna ətrafında yaranmış vəziyyət konfransın əsas müzakirə mövzuları arasında yer alır. Bununla yanaşı, dünyada sülhün və təhlükəsizliyin təminatına təhdid sayılan bir sıra problemlər də konfrans iştirakçıları tərəfindən müzakirə oluna bilər.
Tədbirdə ən önəmli hadisələrdən biri Rusiyanın iştirakdan imtina etməsidir. Kremlin siyasi “rəqibi” statusunda çıxış edən qütb isə budəfəki konfransda daha geniş heyətlə təmsil olunur. Konfransın sədri Volfqanq İşinqer Rusiya prezidenti Putini də videokonfrans vasitəsilə dünya liderləri ilə danışaraq öz mövqeyini bildirməyə dəvət etsə də, onun bu çağırışı cavabsız qalıb.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Qabil Hüseynli bildirib ki, 20 ildən artıqdır ki, keçirilən Münhen Təhlükəsizlik Konfransı bu istiqamətdə keçirilən tədbirlər içində ən məşhurudur. Bu konfrans Avropa, eləcə də qlobal miqyasda təhlükəsizlik tədbirlərini nəzərdən keçirir. Konfransda bir sıra dövlətlərin başçılarının, siyasətçilərin aktual problemlərin həlli ilə bağlı mülahizələri dinlənilir, yekun sənədlər qəbul edilir: “Konfrans bütövlükdə “təhlükəsiz dünya” ideyasının reallaşdırılmasına əhəmiyyətli töhfələr verir. Budəfəki konfransın gedişi olduqca böyük maraq kəsb edir. Çünki konfrans Rusiya-Ukrayna münasibətlərinin çox gərgin bir fazaya qədəm qoyduğu dövrə təsadüf edir. Sözsüz ki, Şərqi Ukraynada baş verənlər, eləcə də Rusiyanın post-sovet məkanındakı davranışları burada geniş müzakirə ediləcək. 2009-cu ildən tədbirlərə qatılan Rusiya dövləti bu dəfə konfransda iştirakdan imtina edib. Səbəb kimi isə ABŞ və Avropanın NATO-ya daxil olan ölkələrinin Rusiyanın təhlükəsizliyi üçün problemlər yaratması göstərilir. Bu mənada, rəsmi Moskva Münhen Təhlükəsizlik Konfransında iştirakı zəruri hesab etmir. Amma əsl səbəb aydındır”.
Q.Hüseynlinin fikrincə, Kreml rəhbərliyi konfransda əsasən Ukrayna - Rusiya münasibətlərinin, regionda baş verənlərin müzakirə ediləcəyini bilir. Konfransın gedişində isə Rusiya Prezidenti Vladimir Putinə bəzi siyasi təzyiqlər də ola bilər. “Fikrimcə, Putin üçün həmin konfransda səsləndiriləcək sualları cavablandırmaq çətin olacaq. Rusiya lideri ən azı Avropa ölkələrinin böyük təpkisi ilə qarşılaşacağını bilir və bu səbəbdən də konfransa qatılmır. Düşünürəm ki, 58-ci konfrans tarixi qərarlarla yadda qalacaq. Konfransın keçirildiyi şərait bunu deməyə əsas verir. Son dövrlərdə açıq şəkildə dünyanın təhlükəsizlik problemlərinin, xüsusilə, siyasi gərginliyin, hətta nüvə silahından istifadə təhlükəsinin artması müşahidə olunur. Müxtəlif qütblü dövlətlər arasındakı münasibətlər hətta hərbi müstəviyə qədər irəliləyib”, - deyən Q.Hüseynli əlavə edib ki, konfransdan bu cür aktual problemlərlə bağlı yekun qərarlar gözlənilir. O, bildirib ki, Ukrayna məsələsi ilə yanaşı, dünyanın “sağalmayan yarası” sayılan Yaxın şərq problemi də konfransda müzakirə oluna bilər.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43

