Belə cinayətlərin iddia müddəti yoxdur
21.01.2022 [23:49]
32 il keçməsinə baxmayaraq, hadisəyə beynəlxalq siyasi-hüquqi qiymət hələ də verilməyib
Moskvada Qara Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycanın Moskvadakı səfirliyi və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş onlayn konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Milli Məclisin deputatı Nizami Səfərov, İsrail-Azərbaycan “Azİz” beynəlxalq assosiasiyasının prezidenti Lev Spivak, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, Azərbaycan Yazıçılar İttifaqının Moskva bölməsinin sədri Abuzər Bağırov, yazıçı Yuri Pompeyev, politoloq Aleksandr Karavayev, şair, Azərbaycan Yazıçılar İttifaqının Moskva bölməsinin katibi İlham Bədəlbəyli, həmçinin səfirliyin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, ictimaiyyət, Rusiya Azərbaycanlı Gənclər Birliyinin və Rusiyadakı diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.
Səfir Polad Bülbüloğlu bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün vəzifələrdən uzaqlaşdırıldıqdan sonra ermənipərəst qüvvələr bundan istifadə edərək Ermənistan-Azərbaycan münaqişəsinin, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının əsasını qoyublar.
Bu faciə Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub və bu gün həmin hadisələrlə bağlı bütün həqiqətlərin gələcək nəsillərə çatdırılması olduqca vacibdir. Səfir onu da vurğulayıb ki, o illərdə ölkəmizin və onun vətəndaşlarının maraqlarını qorumağa qadir lider yox idi.
Diplomat vurğulayıb ki, Moskvadakı səfirliyin binası Azərbaycan xalqı üçün xüsusilə əzizdir. Məlum olduğu kimi, 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə hazırda Azərbaycan səfirliyinin yerləşdiyi binaya gələrək xalqı ilə bir yerdə olduğunu nümayiş etdirib, o zaman Azərbaycanın düşdüyü informasiya blokadasını yarıb, mətbuat konfransında siyasi bəyanatla çıxış edib, bu vəhşiliyi kəskin şəkildə pisləyib, dinc silahsız insanların qətliamına hüquqi qiymət verərək, günahkarların cəzalandırılmasını tələb edib. Onun cəsarətli çıxışı sayəsində dünya ictimaiyyəti faciə ilə bağlı həqiqətləri öyrənib və SSRİ-nin o vaxtkı rəhbərlərinin törətdikləri cinayətin pislənməsi ilə bağlı prinsipial mövqe sərgiləyib. O vaxt totalitar rejim şəraitində sistemə meydan oxuyan özünü çox ağır fəsadlara məhkum etmiş olurdu, lakin Heydər Əliyev bundan qorxmayıb. Belə bir addım böyük cəsarət və şücaət tələb edirdi.
Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışından sonra Milli Məclisin 1994-cü ilin fevralında keçirilmiş növbədənkənar sessiyasında 1990-cı il 20 Yanvar faciəsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, aparılmış müzakirələr nəticəsində “1990-cı il 20 yanvar Bakı şəhərində baş vermiş faciəli hadisələr haqqında” Qərar qəbul olunub.
Faciədən 32 il keçməsinə baxmayaraq, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın və digər beynəlxalq hüquqi sənədlərin müddəalarını kobud şəkildə pozan, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan bu hadisəyə beynəlxalq siyasi-hüquqi qiymət hələ də verilməyib. Beynəlxalq hüquqa əsasən, bu cür hadisələr insanlığa qarşı cinayət kimi tövsif edilməli, onun təşəbbüskarları və icraçıları məsuliyyətə cəlb olunmalıdır.
Polad Bülbüloğlu xüsusilə vurğulayıb ki, bu gün Azərbaycan xalqı, Azərbaycanın indiki rəhbərliyi Sovet İttifaqının mərkəzi hakimiyyətinin o zamankı əməllərini müasir demokratik Rusiya ilə əlaqələndirmir.
Konfransda çıxış edən deputat Nizami Səfərov iştirakçıların diqqətinə çatdırıb ki, bu faciə hələ 1973-cü ildə keçmiş Sovet İttifaqı tərəfindən ratifikasiya edilmiş Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin kobud şəkildə pozulmasıdır. Onun fikrincə, bu cinayət insanlığa qarşı cinayət kimi tövsif edilməlidir. Çünki belə cinayətlər müasir beynəlxalq hüquqda əsas cinayətlərdən biri sayılır və həm milli səviyyədə, həm də beynəlxalq cinayət hüququ çərçivəsində Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən mühakimə olunur. Nizami Səfərov qeyd edib ki, belə cinayətlərin iddia müddəti yoxdur və bütün günahkarlar gec-tez cəzalarını alacaqlar.
Politoloq Aleksandr Karavayev 1990-cı ilin Yanvar hadisələrinə toxunaraq, belə faciəvi ssenarilərin qarşısının alınması üçün sovet sisteminin keçmiş sovet respublikalarında real vəziyyəti əsaslı şəkildə qiymətləndirmək, mövcud hala operativ və adekvat reaksiya vermək iqtidarında olmadığını vurğulayıb.
Daha sonra çıxış edən Lev Spivak, Abuzər Bağırov, Yuri Pompeyev və İlham Bədəlbəyli qanlı gecə ilə bağlı xatirələrini bölüşüb, dinc əhalinin qətlə yetirilməsinin yolverilməzliyini, bütün günahkarların cəzalandırılmasının və onların mənəvi qınanılmasının vacibliyini vurğulayıblar. Həmçinin qeyd olunub ki, 1990-cı ilin 20 Yanvar hadisələri bütün Azərbaycan xalqını öz müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə birləşdirib.
Natiqlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan xalqını tarixi Qələbə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edib, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işlərinin aparıldığını vurğulayıblar.
Konfransın sonunda İlham Bədəlbəyli 20 Yanvar qurbanlarına həsr etdiyi şeirini oxuyub.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

