İlk görüş Moskvada...
07.01.2022 [10:09]
Yanvarın 14-də Türkiyə və Ermənistanın xüsusi nümayəndələri bir araya gələcək
Nardar BAYRAMLI
Bir müddət öncə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması məqsədilə hər iki tərəfdən xüsusi nümayəndə təyin olunub. Xüsusi nümayəndələr olaraq Türkiyəni Serdar Kılıç, Ermənistanı isə Ruben Rubinyan təmsil edir. Artıq xüsusi nümayəndələrin görüşünün keçirilməsi məsələsi gündəmə gəlib. Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşü yanvarın 14-də baş tutacaq. Görüşün Rusiyanın paytaxtı Moskva şəhərində keçirilməsi nəzərdə tutulur.
Xüsusi nümayəndələrin Moskvada keçiriləcək ilk görüşündə hansı nəticələr əldə oluna bilər? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, Türkiyə Cümhuriyyəti Ermənistanla sərhəddi 1993-cü ildə bu ölkənin Azərbaycana qarşı işğalçı siyasətinə görə bağlayıb: “Məhz Azərbaycan torpaqlarının işğalı səbəbinə görə Ermənistan 30 ilə yaxın regionda tam təcrid vəziyyətində yaşayıb. Artıq işğala son qoyulub və Qarabağ münaqişəsi keçmişdə qalıb. Düşünürəm ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarına birdəfəlik son qoyduğu təqdirdə, bu ölkənin Türkiyə ilə sərhədlərinin açılması üçün heç bir maneə qalmayacaq”.
Politoloq hesab edir ki, iki ölkə arasında münasibətlərin normallaşmağa doğru getməsi, xüsusən tərəflərin qarşılıqlı şəkildə xüsusi nümayəndələr təyin etməsi və həmin nümayəndələrin Moskvada görüşü ilə bağlı razılığın əldə olunması regionun gələcək taleyi baxımından son dərəcə mühüm hadisədir: “Bu, ilk növbədə, Ermənistan hakimiyyətinin 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqları qəbul etmək niyyətində olmasından xəbər verir. Rəsmi İrəvan nəhayət başa düşür ki, qonşulara qarşı ərazi iddiaları ilə çıxış etmək bu ölkəyə ancaq fəlakət vəd edə bilər. Ona görə də Ermənistanın iflasdan yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir. Erməni tərəfi regionun gələcəyi ilə bağlı irəli sürülən təşəbbüslərə qoşulmalıdır”.
R.Aliyev söyləyib ki, Türkiyə dövləti bu prosesi Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirməkdədir: “Hər halda regionda kommunikasiyaların açılması və Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən olunması, ən əsası, yekun sülh müqaviləsinin imzalanması istiqamətində müsbət dinamika yaşanmaqdadır. Soçi və Brüssel görüşləri də onu göstərdi ki, Azərbaycanın yaratmış olduğu yeni vəziyyətin legitimliyi dünya gücləri tərəfindən tanınır. Ermənistan isə başqa bir alternativ seçimin olmadığını başa düşərək hər iki görüşdə öz öhdəliklərini birmənalı şəkildə təsdiq etdi. Son vaxtlar Nikol Paşinyanın verdiyi pozitiv mesajlar da bu reallıqlardan qaynaqlanır. Hadisələrin ümumi inkişaf dinamikası onu deməyə əsas verir ki, bütün müstəvilərdə Azərbaycan şərtləri diktə edən tərəfdir. Bir sözlə, əgər bu gün Türkiyə-Ermənistan sərhədlərinin açılması gündəmdədirsə və bu xüsusda görüşlərin keçirilməsi qərara alınıbsa, istisna deyil ki, Ermənistan ən qısa zamanda Azərbaycanın ərazi bütövlüyünü tanımaq barədə öhdəlik götürüb. Hesab edirəm ki, xüsusi nümayəndələrin Moskva görüşündə bu məsələlər geniş müzakirə olunacaq. Əlbəttə, bir görüşdə bütün problemlərin həll olunması real görünmür. Amma bu görüş ilkin addımların atılması və regionun gələcək mənzərəsinin müəyyənləşdirilməsi baxımından vacibdir”.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

