Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yeni mədəniyyət strategiyasının istiqamətləri açıqlanıb

Yeni mədəniyyət strategiyasının istiqamətləri açıqlanıb

28.12.2021 [12:36]

2030-cu ilədək dövr üçün Azərbaycan Respublikasının mədəniyyət strategiyası hazırlanır.

Trend-in məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, strategiyada 5 istiqamət müəyyənləşdirilib.

"Bunlar Mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi, insan və cəmiyyətin inkişafı, mədəni və yaradıcı sənayelərin dəstəklənməsi, Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təşviqi, Azərbaycan mədəniyyətinin Qarabağa və Qarabağın mədəniyyətə qayıdışıdır", - nazir qeyd edib.

A.Kərimov bildirib ki, strategiya üzrə bir sıra sənədlər hazırlanır:

"Bunlar 2021-2023-cü illər üzrə Kommunikasiya Strategiyası, 2022-2025-ci illər üzrə İnsan Kapitalı Strategiyası və Siyasəti, Mədəniyyət və yaradıcı sənayelərin inkişafına dair strategiya, Dövlət Xidmətinin 5 regional mərkəzinin yaradılmasıdır. Artıq bu mərkəzlər Gəncə, Qəbələ, Bakı, Şabran və Salyanda yaradılıb" - nazir əlavə edib.

Paylaş:
Baxılıb: 1047 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31