Siyasi partiyalar Soçi görüşünün nəticələrini necə qiymətləndirir?
01.12.2021 [10:40]
Pərviz Sadayoğlu
Noyabrın 26-da keçirilmiş Soçi görüşü həm Azərbaycan, həm də Ermənistan cəmiyyətində geniş müzakirə predmetinə çevrilib. Ermənistan ictimaiyyəti bu görüşü Azərbaycanın növbəti qələbəsi kimi səciyyələndirir. Bəs Azərbaycanın siyasi mühitinin Soçi görüşü ilə bağlı mövqeyi nədən ibarətdir?
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bildirib ki, Soçi görüşünü Azərbaycan üçün uğurlu saymaq olar. Dövlət rəhbərlərinin görüşündən sonra mətbuat üçün çıxışlar, imzalanan bəyanat bunu deməyə əsas verir. Partiya sədri bildirib ki, mətbuat konfransında prosesin dayanmadığı, irəlilədiyi bir daha bəlli oldu: “Azərbaycan prosesin beynəlxalq hüququn çərçivəsində həllini tələb edir. Fikrimcə, bu, olduqca ədalətlidir. Onsuz da 44 günlük Vətən müharibəsində düşmənə qarşı hərbi zəfər qazanılıb, torpaqlarımız işğaldan azad edilib. Bu gün hüquqi məsələlər, o cümlədən sərhədlərin dəqiqləşdirilməsi kimi məsələlər öz həllini gözləyir. Bu isə beynəlxalq hüquq normaları çərçivəsində olmalıdır. Ermənistan bu məsələdə heç bir hərbi təxribata yol verməməlidir”.
S.Rüstəmxanlı onu da vurğulayıb ki, Soçi görüşü bu prosesin geriyə dönüşünün olmadığını bir daha təsdiqlədi. Artıq Ermənistan hakimiyyəti də Zəngəzur dəhlizinin açılmasının, sərhədlərin delimitasiyasının və demarkasiyasının zərurətini anlayır, tərəflərin arasında dialoqu vacib sayır. S.Rüstəmxanlı bildirib ki, erməni tərəfi saxtakarlıq etməsə, prosesin gedişi məsələnin tezliklə öz həllini tapacağını deməyə əsas verir. O, Soçi görüşünün müsbət nəticəyə inam yaratdığını deyib.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə qeyd edib ki, əsas müzakirə predmetlərindən biri Qarabağdakı silahlı ermənilərin çıxarılmasıdır. “Fikrimcə, bu məsələnin müzakirəyə ehtiyacı var. Ən vacib məsələ Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasıdır. Əks halda, açılacaq hər hansı kommunikasiyanın təhlükəsizliyi təmin edilməyəcək. Bu baxımdan, məsələlər müzakirə edilməlidir. Brüsseldə yenə də görüş olacaq. Amma orada hansısa bir razılıq əldə olunması üçün müzakirə predmeti qalmadı. Düşünmürəm ki, Soçi görüşündən sonra Brüssel görüşündə hansısa bir qəti qərar qəbul edilsin”.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə bildirib ki, bölgədə yaranmış yeni reallıqlar Azərbaycana həm siyasi, həm də iqtisadi dividendlər vəd edir. Onun sözlərinə görə, noyabrın 26-da Soçidə Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanat Zəngəzur dəhlizinin açılmasını tam təmin edir. Soçi Bəyanatını 2020-ci il 10 noyabr Bəyanatının davamı kimi dəyərləndirən A.Əlizadənin fikrincə, imzalanan sənəd beynəlxalq nəqliyyat-kommunikasiya xəttinin bərpası üçün olduqca önəmlidir: “Orada sərhədlərin müəyyənləşməsi ilə bağlı məsələ də öz əksini tapır. Bu, olduqca vacibdir. Düşünürəm ki, İkinci Qarabağ müharibəsində acı məğlubiyyətə uğrayan Ermənistanın siyasi, iqtisadi böhrandan xilası üçün birinci şərt Azərbaycanın tələblərinə əməl etməkdir. Ermənistan revanşist iddialarını kənara qoyaraq hər hansı bir təxribata əl atmamalı, yalanlarla prosesi uzatmamalıdır. Əks təqdirdə, daha ağır nəticələrlə üz-üzə qalmalı olacaq”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39

