/ / Sədaqət Vəliyeva: Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizəsi və təşəbbüsləri dünya tərəfindən dəstəklənir
Sədaqət Vəliyeva: Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizəsi və təşəbbüsləri dünya tərəfindən dəstəklənir
20.11.2021 [13:03]
“Noyabrın 18-də BMT Baş Assambleyanın 3-cü komitəsində Prezident İlham Əliyevin COVİD-19 pandemiyası ilə mübarizəyə və peyvənd millətçiliyinə dair təşəbbüsü əsasında qətnamə layihəsi müzakirə olunaraq qəbul edilib. 171 ölkə qətnamənin lehinə səs verib. Ümumiyyətlə, heç bir ölkə qətnamənin əleyhinə səs verməyib. Bu da bir daha onu isbatlayır ki, beynəlxalq ictimaiyyət Azərbaycan Prezidenti cənab İlham Əliyevin COVİD-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizəsini və təşəbbüslərini dəstəkləyir”. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva xatırladıb ki, bu il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində video müraciət vasitəsilə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bir daha dünyada mövcud olan peyvənd millətçiliyini qınayıb və Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər, universal çıxışının təmin edilməsi ilə bağlı BMT Baş Assambleyasında da qətnamənin irəli sürüləcəyini elan etmişdi.
Sədaqət Vəliyeva vurğulayıb ki, qəbul olunan qətnaməyə münasibətdə bitərəf qalmış 7 ölkədən birinin regionda ən az peyvəndləmə səviyyəsinə malik Ermənistandır. Bu da Ermənistanın bütün sahələrdə, hətta humanitar məsələlərdə də Azərbaycanın nailiyyətlərini qısqanclıqla qarşılamasının nümunəsidir.
“Sözügedən qətnamə layihəsinin qəbul olunması bir daha təsdiq edir ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini davam etdirir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, dünya ölkələrinin əksəriyyəti özünə qapandığı dövrdə Azərbaycanın pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən olub: “Sirr deyil ki, varlı və kasıb ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizə davamlı olaraq Qoşulmama Hərəkatının sədri olan Azərbaycan Prezidenti İlham Əliyevin gündəliyində olub. Qlobal mübarizəyə töhfə məqsədilə Azərbaycanın koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları edib, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə ayırıb. Bu yaxınlarda isə dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin təqdim edib. Bütün bunlarla yanaşı Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında Zirvə toplantısı, 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilib, eləcə də Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü “Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi” adlı qətnamənin 2021-ci ilin mart ayında yekdilliklə qəbul olunub. Sadalanan faktlar bir daha isbatlayır ki, Prezident İlham Əliyevin COVİD-19 ilə qlobal mübarizəyə dair təşəbbüsləri və töhfələri dünya tərəfindən qəbul edilir, dəstəklənir”.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35

