Naqif Həmzəyev: YAP siyasi sabitliyin və davamlı inkişafın təminatçısıdır
18.11.2021 [15:33]
Ulu Öndər Heydər Əliyevin siyasi irsinin institusional təcəssümü olan Yeni Azərbaycan Partiyasının yaranmasının 29 illiyini İkinci Qarabağ müharibəsinin Şanlı qələbəsinin bir ilinin qeyd olunduğu bir tarixi zamanda qeyd edirik.
Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diplomatik və qətiyyətli siyasəti, güclü Ordumuzun əsgər və zabitlərinin rəşadəti ilə 30 illlik torpaq həsrətinə son qoyuldu. Azərbaycan tarixinə 44 günlük haqq savaşı ilə qazanılan haqqın qələbəsi yazıldı.
Ulu Öndər Heydər Əliyevin yaratdığı, siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edən, bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçən Yeni Azərbaycan Partiyasının 29-cu ildönümü məhz belə bir dövrə - xalqımızın 30 illik torpaq həsrətinin bitdiyi bir dövrə təsadüf edir. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi və gələcək nəsillərə ərməğan etdi.
Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası hər qurultayı, qəbul edilən tarixi qərarları ilə ölkəmızın ictimai - siyasi həyatına yeniliklər gətirdi. Ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etdi.
“Torpaqlarımız azad olacaq, ordumuz inkişaf edəcək, respublikamızın iqtisadiyyatı yüksələcək və ən yaxın illərdə Azərbaycan böyük inkişaf yoluna qədəm qoyacaqdır. Buna əmin ola bilərsiniz”. İllər əvvəl dahi şəxsiyyət, partiyanın qurucusu Heydər Əliyevin söylədiyi bu sözlər bu gün reallığa çevrilib. Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev Ulu Öndər vəsiyyətini yerinə yetirdi, son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası nəticəsində işğalda olan torpaqlarımızı azad etdi, xalqın inamını özünə qaytardı. Xalqın birliyində, ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının fəaliyyəti, ideyaları, apardığı siyasət göz önündədir. Sıralarında 760 mindən çox üzvü birləşdirən, ölkəmizin qarşısında yeni inkişaf üfüqlərinin açılmasında müstəsna rol oynayan partiya əldə etdiyi uğurlarla kifayələnmir. Ümumxalq partiyası gələcəkdə də yeniləşmiş formatda daha fəal olacaq, sahib olduğu resurslardan, ictimai-siyasi nüfuzundan istifadə edərək müasir və qüdrətli Azərbaycanın gələcəyi naminə milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə öz layiqli töhfələrini verəcək. Xalqın istəyi ilə yaradılan siyasi partiyanın təşəbbüsləri ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün böyük əhəmiyyətə malikdir.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04

