Azərbaycan–Belarus tikinti əməkdaşlığında yeni mərhələ
08.04.2026 [18:48]
Pərviz Vəliyev: “Bu səfər tikinti sahəsində əməkdaşlığın genişlənməsi və innovativ texnologiyaların tətbiqi baxımından yeni imkanlar açır”
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) nümayəndə heyəti Belarus Respublikasına işgüzar səfər edərək iki ölkə arasında tikinti və inşaat materialları sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm görüşlər keçirib. ATİA sədri Ramiz İsayevin rəhbərliyi ilə baş tutan səfərdə ölkəmizin aparıcı şirkətləri – Crystal Group of Companies ASC, Fəxrəddin K MMC və Unimetal təmsil olunub.
Nümayəndə heyətinin tərkibində, həmçinin “Crystal Group of Companies” ASC-nin Müşahidə Şurasının sədri Pərviz Vəliyev də yer alıb.
Səfər çərçivəsində nümayəndə heyəti Belarusun paytaxtı Minsk şəhərində Memarlıq və Tikinti naziri Aleksandr Studnev və Ticarət Palatasının sədri Mixail Myatlikov ilə görüşlər keçirib. Səmimi və konstruktiv şəraitdə baş tutan müzakirələrdə tikinti sektorunun inkişaf perspektivləri, inşaat materiallarının qarşılıqlı tədarükü, birgə layihələrin icrası, eləcə də Belarus məhsullarının Azərbaycan bazarında tətbiqi və investorların ölkəmizin tikinti sektoruna cəlb edilməsi imkanları ətraflı müzakirə olunub.
Nümayəndə heyəti Belarus Tikinti İttifaqında keçirilən görüşdə İttifaqın rəhbəri Anatoli Niçkasov ilə B2B formatında danışıqlar aparıb, Azərbaycanın tikinti sektorunda həyata keçirilən layihələri təqdim edib. Görüşün yekununda ATİA ilə Belarus Tikinti İttifaqı arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Səfər çərçivəsində Belqosproekt İnstitutunda keçirilən görüşdə tikinti layihələrinin dövlət ekspertizası və texniki-normativ uyğunluq məsələləri barədə geniş məlumat verilib. Burada Ağdam rayonunun Qızıl Kəngərli kəndinin layihəsi təqdim olunaraq ərazilərin “yaşıl” və “ağıllı” zona kimi inkişaf perspektivləri diqqətə çatdırılıb.
Eyni zamanda, nümayəndə heyəti Belstroytsentr, Belarus Elmi-Tədqiqat və Layihə Şəhərsalma İnstitutu və Baş Dövlət Tikinti Ekspertizasında keçirilən görüşlərdə şəhərsalma, infrastruktur layihələri, texniki nəzarət, sertifikatlaşdırma və peşəkar hazırlıq sahəsində qabaqcıl təcrübə ilə tanış olub.
Belarusun aparıcı tikinti şirkətlərindən olan A-100 Development ilə keçirilən görüşdə şirkətin “Novaya Borovaya” yaşayış kompleksi təqdim edilib, qarşılıqlı əməkdaşlıq imkanları dəyərləndirilib. Şirkət nümayəndələri Azərbaycanın Belarusiyanın tikinti layihələrində iştirakında maraqlı olduqlarını bildiriblər. Nümayəndə heyəti, həmçinin şirkətə məxsus “Müasir Beton Konstruksiyaları” zavodunda müasir texnologiyalara əsaslanan istehsal prosesini yerində izləyib.
“Crystal Group of Companies” ASC-nin Müşahidə Şurasının sədri Pərviz Vəliyev səfərin nəticələri ilə bağlı mətbuata açıqlamasında bildirib ki, dost ölkədə olduqca vacib və əhəmiyyətli görüşlər keçirilib.
İş adamının sözlərinə görə, Belarus müasir tikinti sənayesində qabaqcıl texnologiyaların tətbiqi və yenilikçi yanaşma ilə seçilir. Keçirilən görüşlər, əldə olunan razılaşmalar və imzalanan sənədlər göstərir ki, əməkdaşlıq üçün geniş potensial mövcuddur. Xüsusilə innovativ texnologiyaların transferi, birgə layihələrin icrası və investisiya imkanlarının genişləndirilməsi baxımından bu səfərin nəticələri olduqca perspektivlidir.
Qeyd edək ki, səfər çərçivəsində keçirilən bütün görüşlərdə əsas prioritet kimi tikinti və inşaat materialları sahəsində əlaqələrin möhkəmləndirilməsi, innovasiyaların tətbiqi və Azərbaycan–Belarus əməkdaşlığının daha da genişləndirilməsi istiqamətində qarşılıqlı inam ifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54

