İlham Əliyevdən geosiyasi siqnal: Türk Dövlətləri Təşkilatı qlobal gücə çevrilir
04.04.2026 [10:03]
İLHAM ƏLİYEV: “TÜRK DÜNYASI BİZİM AİLƏMİZDİR, BİZİM BAŞQA AİLƏMİZ YOXDUR.”
Ali Baş Komandan İlham Əliyev bu sözləri Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Hökumət başçıları/Vitse-prezidentləri ilə görüşündə demişdir.
2 aprel tarixində TDT-yə üzv və müşahidəçi dövlətlərin Hökumət başçıları/Vitse-prezidentlərinin iclası baş tutmuşdur. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun ev sahibliyi etdiyi iclasda Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Qırğızıstan Nazirlər Kabinetinin sədri Adilbek Kasımalıyev, Özbəkistanın Baş naziri Abdulla Aripov, Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel, Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Nökerquli Ataquliyev və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.
Regionda müharibənin davam etdiyi və bölgəmizin alov halqası ilə əhatə olunduğu bir vaxtda belə bir mühüm yüksək səviyyəli görüşün Bakıda keçirilməsi türk dünyasında böyük məmnuniyyətlə qarşılanmış, region ölkələri tərəfindən diqqətlə izlənilmişdir.
İclasın birgə bəyanatında Türk Dünyası Perspektivi-2040 Sənədinin nəzərə alınması ticarətdə qeyri-tarif maneələrini aradan qaldırmaqla üzv dövlətlər arasında ticarət dövriyyəsinin artırılması prinsipinə sadiqlik; sənaye sektorunda əməkdaşlığın gücləndirilməsi, standartlaşdırma, rəqəmsallaşdırma və yaşıl enerji texnologiyalarının təşviqi, kənd təsərrüfatında əməkdaşlıq, enerji təhlükəsizliyinin gücləndirilməsi və enerji mənbələrinin şaxələndirilməsi, enerji təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyəti, neft, qaz və digər karbohidrogenlərin nəqlində mövcud infrastrukturun səmərəli istifadəsinin və genişləndirilməsinin dəstəklənməsi, yaşıl enerji layihələrinin inkişaf etdirilməsi, enerji təhlükəsizliyi üçün vacib mineralların əhəmiyyəti, enerji səmərəliliyinin artırılması, qabaqcıl təcrübələrin paylaşılması, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üçün əməkdaşlıq imkanlarının araşdırılmasının dəstəklənməsi, innovasiya, rəqəmsal transformasiya və süni intellekt sahələrində əməkdaşlığın iqtisadi inkişaf üçün strateji əhəmiyyəti nəzərə alınmaqla dəstəklənməsi, artan əhəmiyyəti nəzərə alınmaqla kosmik texnologiya sahəsində birgə müəssisələrin təşviqinin dəstəklənməsi, nəqliyyat koordinasiyasının genişləndirilməsi, rəqəmsal koordinasiya və infrastrukturun inteqrasiyası və Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin genişləndirilməsi üzrə əməkdaşlıq ifadə edilmişdir.
TDT-yə üzv dövlətlərin Hökumət başçıları/Vitse-prezidentləri tərəfindən qəbul edilən qərarların əhəmiyyəti təqdir olunmaqla birgə Ali Baş Komandan Prezident İlham Əliyevin rəsmiləri qəbul edərkən söylədiyi sözləri önə çıxmışdır. Cənab Prezidentin 14 fevral 2023-cü il tarixdə Milli Məclisdə andiçmə mərasimində və beynəlxalq tədbirlərdə verdiyi əhəmiyyətli açıqlamalar onun türk dünyasına verdiyi əhəmiyyəti nümayiş etdirir. Cənab Prezidentin “Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi təbii ki, çox önəmlidir” sözləri görüşə möhrünü vurmuşdur.
Cənab Prezident qeyd edilən görüşdə Türk Dövlətləri Təşkilatının dünya miqyasında böyük nüfuz qazandığını, beynəlxalq mövqeyinin möhkəmləndiyini və müştərək səylərimizlə Türk Dövlətləri Təşkilatının mövqeyinin daha da gücləndirilməli olduğunu və Türk Dövlətləri Təşkilatının dünyanın aparıcı beynəlxalq təşkilatları arasında yer almalı olduğunu qeyd etmişdir. O, həmçinin dünyada etnik köklərə əsaslanan çox az təşkilatın olduğunu və bunun Türk Dövlətləri Təşkilatı üçün üstünlük olduğunu qeyd edərək, “etnik köklərimiz bizi birləşdirir” ifadəsini işlətmişdir. Etnik kimlik əsas amildir. Bundan sonra coğrafiyamız və ölkələr arasında çox yaxşı və səmimi münasibətlərin qurulması kimi ortaq məqsədimiz də vacibdir. Cənab Prezident bu amilləri nəzərə alaraq təşkilatı daha yüksək səviyyələrə qaldırmağın vacibliyini vurğulamışdır. Cənab Prezident tərəfindən 14 fevral 2023-cü il tarixdə andiçmə mərasimində söylənilən aşağıdakı sözlər Türk dünyasının strateji əhəmiyyətini, əhatə dairəsini və perspektivini ortaya qoyur:
Cənab Prezident Türk Dövlətləri Təşkilatının əhəmiyyətini belə ifadə edir: “Bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi?
Zati-aliləri cənab Prezidentin bu sözləri Türk dünyasında böyük əks-səda doğurub. Bunlar, xüsusən də gənclərimiz və ümumiyyətlə xalqlarımız arasında maarifləndirmə və onların öz mahiyyətlərini anlamalarına kömək etmək üçün çox vacib bir mesaj olmuşdur. Hər Zirvə Görüşü və mühüm yüksək səviyyəli görüş Türk dünyası ölkələrinin birliyinin inkişafı və möhkəmləndirilməsi üçün əhəmiyyətli bir platforma olmuşdur.
Nə mutlu Türkəm deyənə!
Hulusi KILIÇ,
Sabiq səfir
İMZA İB Türkiyə Nümayəndəsi
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin üzvü
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20

