Sumqayıtlı olimpiada çempionu: Kiçik yaşda böyük nailiyyətlər - MÜSAHİBƏ
27.02.2026 [09:43]
Sumqayıt şəhərində yerləşən Sumqayıt İdrak Liseyinin 5-ci sinif şagirdi Abbaslı Məhəmməd Anar oğlu artıq kiçik yaşlarından beynəlxalq olimpiada və müsabiqələrdə qazandığı uğurlarla diqqət çəkir. O, 1-ci sinifdən etibarən olimpiadalara maraq göstərib, qısa müddətdə həm riyaziyyat, həm məntiq, həm də ingilis dili üzrə müxtəlif beynəlxalq yarışlarda qızıl və gümüş medallara layiq görülüb.
Məhəmməd xüsusilə Global Olympiad Center (GOC) tərəfindən təşkil olunan olimpiadalarda fəal iştirak edir. 2024-cü ildə Vyetnamda keçirilən Fermat International Mathematics Olympiadda qızıl medal qazanması onun beynəlxalq uğurlarının başlanğıcı oldu. Ardınca Turkish International Mathematical Olympiad (TİMO), International Junior Mathematical Olympiad (İJMO) və FISO International Mathematics Competition kimi mötəbər yarışlarda medalçılar sırasında yer aldı. 2025-ci ildə Antalyada keçirilən TİMO-da ölkə birincisi və dünya üçüncüsü adına layiq görülməsi isə onun ən böyük nailiyyətlərindən biridir.
Bundan əlavə, Təhsil Nazirliyinin təşkil etdiyi STEM SAF Olimpiadasında bürünc medal və komandası ilə birlikdə “Best of Award” mükafatı qazanıb. Boş vaxtlarında şahmat və peşəkar atıcılıqla məşğul olan Məhəmmədin ən böyük hədəfi GOC-un 1-ci yer təqaüdünü qazanmaqdır. Gəlin, onun uğur yoluna daha yaxından nəzər salaq.
– Olimpiada və müsabiqələrə hələ 1-ci sinifdən marağın necə başladı? Səni bu sahəyə kim həvəsləndirdi?
Liseyimizdə direktor müavini Məmməd müəllimin təşəbbüsü ilə ilk dəfə STEM olimpiadasının Math və Science kateqoriyaları üzrə yarışına qatıldım. Hər iki istiqamətdə gümüş medal qazandım. Bu ilk uğur məni daha da ruhlandırdı və növbəti olimpiadalara qatılmaq üçün böyük motivasiya verdi.
– İlk qatıldığın olimpiadanı necə xatırlayırsan?
İlk qatıldığım STEM olimpiadası onlayn formatda keçirilirdi. 98 ölkədən şagirdlərin iştirak etdiyi yarışda medal qazanmaq mənə böyük sevinc və qürur hissi yaşatdı. O an başa düşdüm ki, zəhmət çəkərək beynəlxalq səviyyədə də uğur qazanmaq mümkündür.
– Qızıl və gümüş medallar qazanmaq üçün necə hazırlaşırsan? Özünə məxsus üsulun varmı?
Məktəb dərslərindən əlavə riyaziyyat, məntiq və ingilis dili üzrə mütəmadi məşğul oluram. Hər imtahandan əvvəl özümü qələbəyə kökləyir, həyəcanımı idarə etməyə çalışıram və uğur qazanacağıma inanıram. Mənim üçün ən vacibi özümə güvənmək və planlı şəkildə çalışmaqdır.
– Oxuduğun Sumqayıt İdrak Liseyi sənin inkişafına necə dəstək olur?
Olimpiadalara gedən yolum məhz Sumqayıt İdrak Liseyindən başlayıb. Liseyimizin təsisçisi Alışov Mövsüm müəllim, direktorumuz Xuraman Şabani və bütün müəllimlərim mənə daim dəstək olurlar. Onların inamı və qayğısı mənim uğurlarımda böyük rol oynayır.
– Beynəlxalq olimpiadalarda ən böyük uğurların hansılardır?
2024-cü ildə Vyetnamda keçirilən Fermat Riyaziyyat Olimpiadasında qızıl medal qazandım. Həmin il İstanbulda TİMO-da və Dubayda FISO-da qızıl, dekabr ayında isə İJMO-da gümüş medal əldə etdim. 2025-ci ildə Antalyada keçirilən TİMO-da ölkə birincisi və dünya üçüncüsü oldum. Bu nailiyyətlər mənim üçün böyük təcrübə və motivasiya mənbəyidir.
– Olimpiadalara hazırlaşarkən ən çətin məqamlar nə olur?
Bəzi yarışlarda suallar yaş kateqoriyamdan daha yüksək səviyyədə olur. Bu zaman çətinlik yaşasam da, müəllimlərimin öyrətdiyi üsullardan istifadə edirəm. Sualın həllini bir yox, bir neçə fərqli variantda düşünməyə çalışıram. Bu, mənə daha düzgün nəticə əldə etməyə kömək edir.
– Şahmatla məşğul olmağın sənə nə qazandırır?
Sumqayıt Şahmat Məktəbində İlham müəllimlə peşəkar şəkildə şahmatla məşğul oluram. Şahmat məntiqi və strateji düşünmə bacarığımı inkişaf etdirir. Bu da olimpiadalarda çətin və qeyri-standart sualların həllində mənə böyük üstünlük verir.
– Professional atıcılığa marağın necə yaranıb?
2024 Summer Olympics zamanı Türkiyə yığmasının üzvü Yusuf Dikeçin çıxışı və qazandığı gümüş medal məndə atıcılığa maraq oyatdı. Hazırda Novxanı Atıcılıq Mərkəzində məşq edirəm. Bu idman növü mənə diqqətimi cəmləməyi, səbirli və dəqiq olmağı öyrədir.
– Gələcək planların nələrdir?
Yaşım az olduğu üçün hələ tam qərar verməmişəm. Amma gələcəkdə süni intellekt və ya aerokosmik sahədə özümü sınamaq istərdim. Əsas məqsədlərimdən biri də GOC-un 1-ci yer təqaüdünü qazanmaqdır.
– Yaşıdlarına nə tövsiyə edərdin?
Ən vacibi özünə inanmaq və hədəfə doğru yorulmadan çalışmaqdır. Uğur təsadüfi deyil, davamlı zəhmətin nəticəsidir.
– Sənin üçün uğur nə deməkdir?
Mənim üçün uğur qarşıma qoyduğum məqsədə çatmaqdır. Uğura gedən yolda isə ən vacib amillər disiplin, çalışqanlıq, inam və özünə güvəndir.
– Sonda kimlərə təşəkkür etmək istərdin?
İlk növbədə valideynlərimə minnətdaram. Həmçinin beynəlxalq olimpiadaların Azərbaycanda təşkilinə görə Global Olympiad Centerə və rəhbəri Xəyal İbrahimzadəyə təşəkkür edirəm. Riyaziyyatı mənə sevdirən və bir riyaziyyatçı kimi formalaşmağımda böyük əməyi olan müəllimim Rauf Tağıyevə də xüsusi təşəkkürümü bildirirəm.
Xəbər lenti
Hamısına baxHərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Gündəm
01 İyun 11:59
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
Siyasət
01 İyun 10:32
İqtisadiyyat
01 İyun 10:31
Siyasət
01 İyun 10:28
Dünya
01 İyun 10:21
Dünya
01 İyun 09:49
Gündəm
01 İyun 09:39
Gündəm
01 İyun 09:39
Sosial
01 İyun 09:38
Dünya
01 İyun 09:20
Dünya
01 İyun 08:53
Dünya
01 İyun 08:37
Dünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

