Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarına riayət etməyə çağırır
23.02.2026 [12:50]
Jurnalist fəaliyyəti cəmiyyətin mənafelərinin qorunmasına yönəlməli, ayrı-ayrı fərdlərin bir-birinə münasibətdəki xoşagəlməz hərəkət və davranışlarının, müxtəlif ədavət formalarının yayılmasında alətə çevrilməməlidir. Jurnalist və media üçün başlıca məqam ictimai motiv olmalıdır. Mətbuat Şurasının bunu təbliğ edən açıqlamalarına baxmayaraq, təəssüf ki, bir çox hallarda, tamamilə əks mənzərə müşahidə edilir.
Bu barədə Mətbuat Şurasının yaydığı məlumatda öz əksini tapıb.
Qeyd olunur ki, jurnalist və media orqanları bir-birinə qarşı duran tərəflərin sosial şəbəkələr vasitəsilə açıqladıqları məqamları işıqlandırarkən, məsələni şəxsi həyatın toxunulmazlığı prizmasından qiymətləndirməlidirlər. Həssas yanaşma və peşəkarlıq bunu tələb edir. Peşəkarlıq həm də onu tələb edir ki, mübahisə tərəflərinin şəxsi həyatlarının nə dərəcədə ictimai məzmun daşıdığı, onların belə bir statusda olub-olmadıqları müəyyənləşdirilsin.
Məlumdur ki, fəaliyyəti ictimai məzmun daşıyan şəxslərin şəxsi həyatlarına baxış fərqlidir. Eləcə də bu kateqoriyadan olanları tənqidetmənin yol verilən hədləri daha genişdir. Tənqid və təqdimatlar isə əsaslandırılmış olmalı, özündə linç elementlərini, təhqir və böhtanı, hüquqi dövlət və sivil cəmiyyət normalarına zidd digər təmayülləri təbliğ etməməlidir.
Əsas məsələ həm də tərəflərin mübahisə motividir. Jurnalist və media orqanı, ilk növbədə, həmin motivin ictimai məzmun daşıyıb-daşımadığını, qərəzə söykənib-söykənmədiyini nəzərə almalıdır. O da nəzərə alınmalıdır ki, media yayımı ictimai əhəmiyyət kriteriyasına yalnız sağlamlıq və təhlükəsizliyin qorunması, cəmiyyətin ağır cinayətlərdən və vəzifədən sui-istifadə hallarından müdafiə olunması, toplumun əhəmiyyətli dərəcədə yanlış istiqamətləndirilməsi təhlükəsinin aradan qaldırılması hallarında uyğun gəlir. Məişət məsələlərinin qabardılmasında, bəsit mübahisələrin, cəmiyyətin dinc və birgəyaşam normalarını təhdid edən eybəcərliklərin təqdimatında isə heç bir ictimai motiv yoxdur və ola bilməz.
İnformasiya yayımçısı olan media orqanının və jurnalistin bilgi bölüşən sosial şəbəkə istifadəçilərindən fərqi cəmiyyətin maraq və mənafelərini üstün tutması, hadisə və proseslərdə ictimai motivi düzgün qiymətləndirməsidir. Əgər jurnalist hansısa sosial şəbəkə istifadəçisinin qərəzə, şəxsi ədavətə hesablanmış paylaşımını olduğu kimi yayırsa, üstəlik həmin paylaşımda adları çəkilən, amma mövzuya aidiyyəti olmayan şəxslərin foto görüntülərini bölüşürsə, deməli, qərəz və ədavətin dərinləşməsində, eyni zamanda, şəxsi həyat prinsiplərinin pozulmasında vasitəyə çevrilir.
Beləliklə, jurnalistin sosial şəbəkə istifadəçisindən fərqi itir. Bu isə medianın cəmiyyətdəki nüfuzuna zərbə vurur. Cəmiyyət media orqanını və ya jurnalisti yalan, yaxud qızışdırıcı mahiyyətli, qərəzli bilgi yayan hansısa sosial şəbəkə profili sahibindən fərqləndirə bilmirsə, deməli, jurnalistikaya etibar yoxdur. Təəssüf ki, hazırda həm də belə bir durumun şahidiyik.
Azərbaycan Mətbuat Şurası jurnalistlərdən, media subyektlərinin təmsilçilərindən qeyd edilən məqamları ciddi şəkildə nəzərə almağa, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na riayət etməyə, peşənin nüfuzunu yüksək tutmağa çağırır.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18

