/ / Mətbuat Şurası: Şəxsin razılığı olmadan onun özəl məlumatlarının toplanması və yayılması hüquqa ziddir
Mətbuat Şurası: Şəxsin razılığı olmadan onun özəl məlumatlarının toplanması və yayılması hüquqa ziddir
11.02.2026 [14:35]
Ali Məhkəmənin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” yeni Plenum qərarı dövrün və zamanın tələbindən irəli gəlir. Qərar şəxsi həyatın toxunulmazlığı sahəsində beynəlxalq standartların ölkəmizdə tətbiqi zərurətini rəhbər tutmaqla, Konstitusiyanın “Şəxsi həyatın toxunulmazlığı”nı ehtiva edən 32-ci maddəsi baxımından real tətbiq mexanizmi yaradır. Bu mexanizm isə təkcə ayrı-ayrı şəxslər deyil, eyni zamanda, media fəaliyyəti üçün də yeni baxışlar formalaşdırmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Mətbuat Şurasının Ali Məhkəmənin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” yeni Plenum qərarı ilə bağlı şərhində yer alıb.
Şərhdə qeyd edilib ki, 2016-cı il sentyabrın 26-da keçirilmiş Referendumda Konstitusiyanın sözügedən 32-ci maddəsinə VI, VII və VIII hissələr əlavə edilmişdi. Həmin əlavələrdə birincisi, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmağın qadağan edildiyi, ikincisi, məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə ediləbilməzliyi, üçüncüsü isə, fərdi məlumatların dairəsinin, onların emalının, toplanmasının, ötürülməsinin, istifadəsinin və mühafizəsinin şərtlərinin qanunla müəyyənləşdirildiyi vurğulanırdı.
Ümumən, konstitusiyanın 32-ci maddəsindən və sadalanan prinsiplərdən qaynaqlanan Ali Məhkəmə Plenumunun qərarı müəyyənləşdirir ki, bir şəxs haqqında hansısa faktın doğruluğu belə, həmin faktın informasiyaya çevrilməsinə, daha doğrusu, faktın dərhal yayıla bilməsinə zəmin yaratmır. Çünki şəxsin razılığı olmadan onun özəl məlumatlarının, ailə həyatına dair bilgilərin toplanması, saxlanılması və yayılması hüquqa ziddir. Bu baxımdan tibbi məlumatlar, maliyyə, əmlak vəziyyəti, şəxsi yazışmalar, ailədaxili münasibətlər, uşaqların sağlamlığı və digər həssas məlumatlar fərqləndirilir.
Nəzərə çatdırılıb ki, qanun təkcə şəxsi və ailə həyatına dair məlumatları qorumaqla kifayətlənmir, şəxsin mənzili, avtomobili, xidməti otağı, ləvazimatları, habelə şəxsi xüsusiyyətə malik digər əşyaları, ona məxsus heyvanları, bitkiləri və digər obyektləri də qoruyur. Ali Məhkəmə Plenumunun qərarında daha iki mühüm məqam var ki, onlardan birincisi məlumatların yayılmasına şəxsin öz razılığı məsələsi, digəri isə məlumatların ictimaiyyətə açıqlığıdır. Bir şəxs internet resursunda əlaqə məlumatlarını, həyatını, xəstəliyini, gördüyü işləri, iş ortaqlarını və sairi paylaşırsa, bu, şəxsin özünün həmin məlumatları ictimaiyyətə açıqlaması hesab edilir. Deməli, bu bilgilərdən istifadə heç bir məsuliyyət yaratmır. Şəxsin öz razılığı ilə paylaşılan bilgilərin informasiyaya çevrilməsi də həmçinin. Əlbəttə, şəxsin özünün paylaşdığı bilgilərin informasiya çevrilməsindəki məsxərə və aşağılayıcı ton, bu kimi hallara ayrıca hüquqi qiymət verilməsini aktuallaşdırır.
Şərhdə, həmçinin bildirilib ki, Plenum qərarındakı digər vacib məqamlardan biri də yayılmış məlumatların cəmiyyətin maraq dairəsində olması məsələsidir. Qərarda belə məlumatların mülki hüquq pozuntusu hesab edilməməsi vurğulanır. Nəhayət, Ali Məhkəmənin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” yeni Plenum qərarının məğzində dayanan mühüm amillərdən biri də məsuliyyətdir. Söhbət şəxsi məlumatların yayılmasına görə nəzərdə tutulan məsuliyyətdən gedir. Aydındır ki, qərar məsuliyyətin müəyyənləşdirilməsində çətinliyin yaranmasından, indiyədək tətbiq edilən mübahisələndirmə mexanizminin zəifliyindən qaynaqlanır. Ancaq sırf sosial şəbəkə seqmentində yer almış hansısa bilgi paylaşımının mübahisələndirilməsi zamanı, müvafiq olaraq nəzərdə tutulacaq məsuliyyətin dəqiqliyi üçün həmin bilginin yayım arealının özünün hüquqi qiymətləndirilməsi üçün əlavə qanuni mexanimzə ehtiyac yarana, bu kimi durumlarda sosial şəbəkələr baxımından müəyyən texniki parametrlərə diqqət yetirilməsi zəruriləşə bilər.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15

