“Holokost soyqırımı müasirlərin gözü ilə” adlı tədbir keçirilib
27.01.2026 [14:56]
Yanvarın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, İsrail Dövlətinin Azərbaycandakı səfirliyi və Tolerantlıq Evinin birgə təşkilatçılığı ilə Holokost Qurbanlarının Beynəlxalq Anım Gününə həsr olunan “Holokost soyqırımı müasirlərin gözü ilə” mövzusunda tədbir keçirilib. Tədbirdə xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, Milli Məclisin deputatları, etnik və dini icmaların rəhbərləri, ictimai xadimlər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Holokost qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən BBMM-in müşaviri professor Aytən Qəhrəman bildirib ki, tədbirin keçirilməsində məqsəd Holokost faciəsinin tarixi mahiyyətini xatırlatmaq, bu bəşəri cinayətə müasir baxışları müzakirə etmək, soyqırımı, islamofobiya, antisemitizm, nifrət nitqi və ksenofobiya kimi təhlükəli tendensiyalara diqqət yönəltmək, həmçinin tolerantlıq, multikulturalizm və birgəyaşayış dəyərlərinin qorunmasının vacibliyini vurğulamaqdır.
BBMM-in Analitika şöbəsinin müdiri Rəşad İlyasovun moderatorluğu ilə davam edən tədbirdə İsrail Dövlətinin Fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz qeyd edib ki, Holokost XX əsrin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, bütün bəşəriyyət üçün ağır bir dərsdir. Onun sözlərinə görə, altı milyon yəhudinin sistemli şəkildə məhv edilməsi yalnız bir xalqın deyil, ümumbəşəri dəyərlərin hədəf alınması idi. Səfir vurğulayıb ki, Holokostun xatırlanması yalnız keçmişə ehtiram deyil, eyni zamanda gələcək üçün məsuliyyətdir.
BMT-nin Rezident Əlaqələndiricisi vəzifəsini müvəqqəti icra edən İqor Qarafuliç bildirib ki, BMT antisemitizmə, islamofobiyaya, irqçilik və ksenofobiyaya qarşı qlobal səviyyədə ardıcıl mübarizə aparır. Bu baxımdan maarifləndirmə, tarixi yaddaşın qorunması və gənc nəslin dözümlülük ruhunda tərbiyəsi xüsusi əhəmiyyət kəsb edir. Çünki bu faciənin unudulması nifrət ideologiyalarının yenidən baş qaldırmasına şərait yarada bilər.
Azərbaycan Respublikası Milli Məclisinin deputatları Fazil Mustafa, Anatoliy Rafailov qeyd ediblər ki, müasir dövrdə nifrət zəminində törədilən cinayətlərin və ayrı-seçkiliyin qarşısının alınması yalnız mənəvi çağırışlarla məhdudlaşmamalı, ardıcıl və məqsədyönlü dövlət siyasəti ilə müşayiət olunmalıdır. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasında etnik və dini müxtəlifliyin qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Bu istiqamətdə həyata keçirilən tədbirlər cəmiyyətdə ictimai sabitliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edir.
Digər çıxış edənlər, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski vurğulayıblar ki, faciə dini, etnik və irqi nifrətin hansı fəlakətli nəticələrə gətirib çıxardığını açıq şəkildə nümayiş etdirir. Bütün dinlər insan həyatının müqəddəsliyini, mərhəmət, ədalət və qarşılıqlı hörmət dəyərlərini təbliğ edir və bu prinsiplər zorakılıq, ayrı-seçkilik və nifrət ideologiyaları ilə qəti şəkildə ziddiyyət təşkil edir. Bu baxımdan dini liderlərin cəmiyyətdə dialoqun, qarşılıqlı anlayışın və sülhün təşviqində xüsusi rolu olduğu qeyd olunub.
Natiqlər Azərbaycanın multikultural və tolerant cəmiyyət modelini yüksək qiymətləndirərək, müxtəlif din və millətlərin nümayəndələrinin ölkəmizdə əsrlər boyu sülh və əmin-anmanlıq şəraitində yaşadığını bildiriblər.
Qeyd edək ki, BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş müvafiq qətnaməyə əsasən, hər il yanvarın 27-si Holokost Qurbanlarının Beynəlxalq Anım Günü kimi qeyd edilir.
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25

