Qərbi Azərbaycan İcması ilə İrəvan Qazılığı arasında görüş keçirildi
10.12.2025 [22:44]
Qərbi Azərbaycan irsinin sistemli şəkildə araşdırılması, dini-mənəvi abidələrin qorunması və bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması son dövrlərdə prioritet istiqamətlərdən birinə çevrilib. Bu çərçivədə müvafiq qurumlar arasında əməkdaşlığın gücləndirilməsi Qərbi Azərbaycanla bağlı faktların dəqiq və peşəkar formada ortaya qoyulmasına mühüm töhfə verir
Qərbi Azərbaycan İcması bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyətini uğurla davam etdirməkdədir. Qərbi Azərbaycan İcmasında İrəvan Qazısı Bəxtiyar Nəcəfovla keçirilən görüş bu istiqamətdə atılan növbəti addımlardandır.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli qonağı salamlayaraq bildirdi ki, Qərbi Azərbaycanda tarixi boyu çoxsaylı məscidlər, dini ocaqlar, pir və ziyarətgahlar mövcud olub və onların böyük bir qismi hazırda erməni vandalları tərəfindən dağıdılmış və təhrif edilmiş vəziyyətdədir. O, İcmanın bu irsi faktoloji əsaslarla yenidən araşdırmaq, mövcud məlumatları dəqiqləşdirmək və beynəlxalq ictimaiyyətə çatdırmaq üçün ardıcıl iş apardığını vurğulayıb.
Tədbirdə iştirak edən Qərbi Azərbaycan İcması Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov və İdarə Heyətinin üzvü Mirfaiq Mirheydərli dini-mənəvi irsin araşdırılması, institusional əməkdaşlığın gücləndirilməsi və Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq platformalarda təqdimatı istiqamətində qonaqla fikir mübadiləsi aparıblar.
İrəvan qazısı Hacı Bəxtiyar Nəcəfov səmimi görüşə görə təşəkkürünü bildirib, dini dəyərlərin cəmiyyətdə oynadığı rol və mənəvi irsin gələcək nəsillərə ötürülməsinin vacibliyini xüsusi qeyd edib. O, Qərbi Azərbaycan məsələsinin yalnız siyasi deyil, həm də dini-mənəvi və mədəni məsələ olduğunu vurğulayaraq, qazılığın bu istiqamətdə İcma və onun strukturları ilə sıx əməkdaşlığının vacib olduğunu bildirib. Onun fikrincə, İcmada Qərbi Azərbaycanın bütün bölgələrinin insanları kənd və rayon icmaları şəklində birləşdiyindən onun imkanlarını heç bir qurumla müqayisə etmək olmaz. Qazı həmçinin sülhün, mənəvi birliyin və dini həmrəyliyin bölgədə sabitlik üçün mühüm şərt olduğunu diqqətə çatdırıb.
Görüş zamanı tərəflər dini irsin araşdırılması, tarixi faktların toplanması və ictimai maarifləndirmə işlərinin koordinasiyalı şəkildə aparılması barədə razılığa gəliblər. Tədbir simvolik hədiyyələrin təqdim olunması ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58

