“Ağıllı şəhər, yaşıl gələcək” forumu uğurla başa çatdı
19.11.2025 [17:11]
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin təşkilatçılığı və “Azərbaycan İnnovasiya Mərkəzi”nin tərəfdaşlığı ilə “Ağıllı Şəhər, Yaşıl Gələcək – WUF2026-ya doğru” layihəsi çərçivəsində “Ağıllı şəhər, yaşıl gələcək” forumu keçirilib.
Forum “İnsan mərkəzli ağıllı şəhərlər”, “Ağıllı nəqliyyat və dayanıqlı mobillik” və “Alternativ enerji – yaşıl gələcəyin hərəkətverici qüvvəsi” mövzularını əhatə edən çoxşaxəli panellər formatında təşkil olunub.
Tədbir çərçivəsində Azərbaycanın ağıllı şəhər həllərinə keçid prosesi, yaşıl enerji və mobillik sistemlərinin modernləşdirilməsi, startap ekosisteminin gücləndirilməsi, şəhərsalma planlaşdırılması, rəqəmsal infrastrukturun effektiv idarə olunması və enerji transformasiyasının strateji istiqamətləri üzrə geniş müzakirələr aparılıb.
“Qarabağın Tərəqqisi Naminə” İB-nin sədri Şəbnəm Səfərovanın moderatorluğu ilə keçirilən ilk paneldə “İnsan mərkəzli ağıllı şəhərlər: Texnologiya insan üçün necə işləyir?” mövzusu müzakirə edilib.
Paneldə Türkiyənin “Smart City and Partners” şirkətinin təsisçisi Anıl Sevinç peyk datalarının fövqəladə halların proqnozlaşdırılması, şəhərsalma və resurs idarəetməsində tətbiqi barədə məlumat verib. O, həmçinin Azərbaycanın su hövzələri və kənd təsərrüfatına dair apardığı analitik araşdırmaları təqdim edib.
AR Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Şahnaz Bədəlova şəhərlərin baş planlarının hazırlanması prosesləri, mövcud çətinliklər və onların həlli istiqamətində atılan addımlar haqqında dəyərli fikirlərini bölüşüb.
İRİA-nın Startap ekosisteminə dəstək şöbəsinin rəhbəri Camal Ağayev isə startapların hazırki statusu, bu sahədə olan əngəllər və ekosistemin inkişafı üçün nəzərdə tutulmuş instutsional dəyişikliklər və proqramlar barədə məlumat verib.
Forumun növbəti, “Ağıllı nəqliyyat və dayanıqlı mobillik: Hərəkətdə olan şəhərlər” mövzusunda olan paneli AzTU-nun Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının müəllimi İltifat Məmmədlinin moderatorluğu ilə davam edib.
Paneldə Türkiyənin “Büyütech” şirkətinin system mühəndisliyi üzrə rəhbəri Emir Mehdi Sade böyük verilənlərin nəqliyyat idarəetməsində və mobillikdə tətbiqi, dataya əsaslanan qərarvermə modelləri barədə iştirakçıları məlumatlaşdırıb.
ETSN-in Rəqəmsal Ekologiya İnformasiya Sistemi İdarəetmə qrupunun rəhbəri Hüseyn Həsənov isə nəqliyyatın ekoloji təsirləri, ekoloji monitorinq və şəhər mobilliyinin ekosistemlə əlaqəsi barədə geniş təqdimatla çıxış edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Nəqliyyat şöbəsinin rəhbəri Mürşüd Mehdiyev yol infrastrukturu, ağıllı yol idarəetmə mexanizmləri, təhlükəsizlik və nəqliyyat axınının optimallaşdırılması istiqamətində görülən işlərdən danışıb.
“Ağıllı Şəhər və Yaşıl Gələcək – WUF2026-ya doğru” layihəsinin rəhbəri Günel Qurbanovanın moderatorluğu ilə baş tutan “Alternativ enerji: Yaşıl gələcəyin hərəkətverici qüvvəsi” mövzulu sonuncu paneldə Bakı Dövlət Universiteti rektorunun Keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov, alternativ enerji təminatı üzrə ölkənin aparıcı şirkətlərindən biri olan “Helind Enerji” MMC-nin təsisçisi Tamerlan Quliyev, ADNSU rektorunun müşaviri və ADA universitetinin elektrik və elektronika üzrə baş müəllimi Orxan Kərimzadə çıxış ediblər.
Asiman İlyasov Davamlı İnkişaf Məqsədlərinə xidmət edən sahələrin ali təhsil proqramlarına inteqrasiyası, ölkələrin yaşıl transformasiyası üzrə beynəlxalq reytinq və keyfiyyət monitorinqi mexanizmlərindən danışıb.
Tamerlan Quliyev iştirakçıları hazırda ölkədə alternativ enerji sahəsində tətbiq edilən yanaşmalar, mövcud layihələr və yerli həllər barədə məlumatlandırıb.
Orxan Kərimzadə alternativ enerji texnologiyalarının elmi əsasları, mikroenerji sistemləri və Azərbaycanın alternativ enerji potensialı barədə geniş məruzə ilə çıxış edib.
Beləliklə, dövlət qurumlarının nümayəndələri, texnologiya mütəxəssisləri, startap ekosisteminin liderləri, şəhərsalma ekspertləri, özəl sektor təmsilçiləri, tələbələr və akademik sahə nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin sonunda iştirakçılar ağıllı şəhər və yaşıl enerji sahəsində dövlət–özəl–ictimai tərəfdaşlığın gücləndirilməsinin vacibliyini, innovasiya və texnologiya əsaslı yanaşmaların genişləndirilməsinin isə Azərbaycanın 2030 və 2040 hədəfləri üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
“Ağıllı Şəhər, Yaşıl Gələcək – WUF2026-ya doğru” layihəsi çərçivəsində əldə edilən tövsiyələr və nəticələr yaxın günlərdə yekun sənəd şəklində ictimaiyyətə təqdim olunacaq.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

