“Müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans keçirilib
05.09.2025 [21:26]
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın 44 günlük Vətən müharibəsində apardığı mübarizəyə diqqət çəkib, 8 Noyabr Zəfərinin önəmini vurğulayıb: "Xalqımız öz liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək müasir Azərbaycan tarixinin ən böyük uğurunu, gücünü, mətinliyini, mübarizliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu aşkar gördü. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Uzaqgörən lider İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi".
Cəlil Xəlilov bildirib ki, Prezident İlham Əliyev təkcə hərbi Qələbənin deyil, eyni zamanda, sabitliyin, inkişafın və sülhün memarıdır: "Dövlətimizin başçısının müdrik rəhbərliyi ilə Azərbaycan bu gün nəinki regionda, həm də beynəlxalq miqyasda sabitlik adası, əməkdaşlıq mərkəzi və dayanıqlı inkişaf modeli kimi tanınır. Əminik ki, bu model yaxın gələcəkdə bütün dünya üçün nümunəyə çevriləcək və hər kəs Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqının əldə etdiyi yeni, böyük, tarixi uğurlara şahid olacaq”, - deyə o vurğulayıb.
Milli Məclisin deputatı Eldar Quliyev işğal dönəmində ermənilərin törətdiyi vəhşiliyə diqqət çəkib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Ordumuzun əldə etdiyi tarixi Qələbə bütün bu vəhşiliklərə son qoydu, dövlətimizin ərazi bütövlüyünü, suverenliyini təmin etdi. Bu gün Azərbaycanın bütün dünya, xüsusilə də türk dövlətləri ilə geniş əməkdaşlıq əlaqələri qurduğuna diqqət çəkən deputat bütün bu uğurların müəllifinin Müzəffər Ali Baş Komandan olduğunu vurğulayıb.
Milli Məclisin deputatı Ziyad Səmədzadə çıxışında dövlətimizin əldə etdiyi iqtisadi uğurlara diqqət çəkib. Müstəqilliyin ilk illərində Azərbaycanın bir çox problemlərlə yanaşı, həm də ciddi borc problemi ilə üzləşdiyini bildirən deputat hazırda Azərbaycanın borc verən ölkəyə çevrildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli də Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə toxunub. O qeyd edib ki, məhz Prezident İlham Əliyevin dərin zəkası, yüksək siyasi səriştəsi, cəsarət və qətiyyəti Azərbaycanı tarixin ağır sınaqlarından qalib çıxarıb, dövlətimizə və xalqımıza bütün dünyada böyük hörmət və ehtiram qazandırıb.
Konfransda Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Əməkdar kənd təsərrüfatı işçisi, I Qarabağ müharibəsi və əmək veteranı İmran Əbilov da iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50

