103 illik tarix...
30.08.2025 [10:37]
Zəfərin mübarək, Türkiyə!
Hər bir xalqın tarixində silinməz izlər qoyan əlamətdar günlər olur. 30 avqust tarixi də qardaş Türkiyə üçün unudulmaz gündür. 103 il öncə - 1922-ci ildə Mustafa Kamal Atatürkün başçılığı ilə Türkiyə yadelli işğalçılardan azad edilmişdi. Tarixin bu səhifələrini vərəqlədikcə qəhrəman türk millətinin yurd, torpaq sevgisi ilə alışıb-yandığına, vətənpərvərliyinə, döyüşkənliyinə bir daha şahidlik edirik...
Bir xalqın özünü ən qorxulu, ölümcül məqamda belə ayaqda saxlaması, ümidsizləşməməsi, təhlükəyə qarşı durmaq gücü, yenilməzliyi onun qeyri-adiliyindən xəbər verir. Daim fitri imkanlarına inanan, imkansızlıqdan üstün olan, yenilməyi ölüm sayan türklər mahiyyətcə hər zaman qələbə haqqında düşünüb və çox hallarda buna nail olub. Türkün böyüklüyünü, xarakterini, bəşəri siqlətini, insansevərliyini müasir dünya gözəl tanıyır.
Zəfərə gedən yol...
Birinci Dünya müharibəsində Osmanlı Türkiyəsi də bütün qüvvələrini səfərbər edərək müharibəyə qoşuldu. Bu qanlı müharibə Türkiyəni zəif salmışdı. Antanta dövlətləri Osmanlını bu savaşda tam məğlubiyyətə uğratmışdı. 1918-ci il oktyabrın 30-da qalib dövlətlərlə Türkiyə arasında “Mudros” adlı təslimçi barışıq sazişi imzalandı. Bu anlaşmaya əsasən, Türkiyə parçalanırdı. Bununla da işğalçı ölkələr istədiyi şəkildə böyük türk torpaqlarında hegemonluq edə bilərdi. Ölkənin şərqində Ermənistan dövləti yaratmaq da bu plana daxil idi. Bu planları həyata keçirmək üçün Yunanıstan istilasından bəhrələnirdilər. 1919-cu il mayın 15-də yunan qoşunları imperialist ölkələrin hərbi gəmilərinin köməyi ilə İzmiri işğal etdi. İngilis qoşunları isə İstanbulun içərilərinə doğru irəliləyirdi.
İzmirin işğalından sonra işğalçı dövlətlərin Türkiyəni parçalamaq siyasətinə qarşı ölkədə milli azadlıq hərəkatı başladı. Artıq müharibədən yorulmuş Osmanlı türkləri yenidən özlərində güc taparaq düşmənə müqavimət göstərirdi. Beləliklə, Mustafa Kamal Paşanın rəhbərliyi ilə 1919-cu il mayın 19-da Türkiyənin milli qurtuluş savaşı başladı.
Mustafa Kamal Paşa Osmanlı ordusunun ən istedadlı generallarından biri idi. Onun rəhbərliyi altında birləşən müqavimət qüvvələri 1920-ci il aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisinə toplanırlar. Mustafa Kamal Paşa məclisin sədri seçilir. Bundan sonra parlament Milli Qurtuluş Savaşının başlandığını elan edir. Bu ağır və çətin günlərdə ümumi səfərbərlik elan olunur. Qadın, gənc, uşaq, yaşlı demədən hər kəs könüllü olaraq ordu sıralarına yazılır, vətəninin, torpağının xilasına tələsirdi. Amma içəridən bu hərəkata mane olan düşmənlərin də sayı az deyildi. Belələri xəyanətdən və yunan tərəfə keçməkdən çəkinmirdilər ki, bu da Atatürkün planlarına mane olurdu. Buna baxmayaraq, həmin günlərdə Mustafa Kamal Paşa üzünü xalqına tutaraq bildirdi: “Efendiler! Dahilde ve hariçteki düşmanlarımız ister çok, ister az olsun, faaliyetlerinin genişliği ne olursa-olsun, kesin başarı, son başarı meşru bir amaç izleyenler olacaktır”.
26 avqust 1922-ci il tarixində sabah saat 05.30-da topçuların atəşiylə Kocatəpədə Meydan Savaşı başlayır. Savaşı Baş Komandan Mustafa Kamal Paşa idarə etdiyi üçün bu savaş “Meydan Savaşı” adını alır. Minlərlə türk əsgəri, gənci, qadını, qocası şəhid olur bu savaşda. Amma bir qarış torpaq düşmənə güzəştə gedilmir.
Türkiyənin böyük qurbanlar və dağıntılar bahasına siyasi müstəqilliyini əldə etməsi onun çoxəsrlik tarixində dönüş nöqtəsi oldu. Türk xalqının milli müstəqillik uğrunda apardığı azadlıq mübarizəsi və imperialist dövlətlər üzərindəki tarixi qələbəsi ilə milli-dünyəvi, müstəqil türk dövləti təşəkkül tapdı. Bu hadisə Şərq xalqlarının milli-azadlıq hərəkatına da güclü təkan oldu. 1922-ci ilin yayında Atatürk demişdi: “Türkiyənin bugünkü mübarizəsi yalnız özünün azadlığı naminə olsaydı, bəlkə daha qısa və daha az qanlı olar və tez də qurtarardı. Türkiyə qəti və ciddi səylər sərf edir. Çünki apardığı mübarizə məzlum millətlərin, bütün Şərqin mübarizəsidir”.
Böyük Zəfərə qardaş dəstəyi
Azərbaycan o ağır illərdə də maddi və mənəvi yardımını qardaş Türkiyədən əsirgəmədi. Bu dönəmin tədqiqatçıları yazırlar ki, Mustafa Kamal Paşa 1921-ci il martın 17-də, yəni 2-ci İnönü savaşından öncə Nəriman Nərimanova məktub ünvanlayaraq, maliyyə dəstəyinə böyük ehtiyac duyulduğunu bildirmişdi. N.Nərimanov dərhal büdcədə olan 500 kiloqram qızılı Ankaraya, xeyli miqdarda silah-sursatı da Anadoluya göndərir.
Bütün bunlar qardaşın qardaşa köməyi, vəfa borcu idi. Görkəmli dövlət xadimi Nəriman Nərimanovun bu barədə 1921-ci il martın 23-də Mustafa Kamal Atatürkə yazdığı məktubunda izahı daha gözəl verilir. N.Nərimanov yazırdı: “Paşam, türk millətinin bir ənənəsi vardır: qardaş qardaşa borc verməz. Qardaş qardaşın əlindən tutar, biz qardaş xalqlarıq. Hər zaman və hər şəraitdə bir-birimizin əlindən tutacağıq. 1918-ci ildə siz bizim əlimizdən tutdunuz. Bizi ölümdən qurtardınız. Bu gün biz sizin qardaşınız olaraq əlinizdən tutmağa çalışırıq. İmkanımız çatdığı qədər pul göndərəcəyik. Bu gün sizin üçün etmək istədiyimiz bir qardaşın, başqa bir qardaşı üçün etmək istədiyindən başqa bir şey deyil”.
Bir əsr əvvəl Türkiyənin Böyük Zəfərinə göstərilən yardım Azərbaycanın əlindən vəfa borcu olaraq tutdu. Dar gündə qardaşın qardaşa vəfa borcunu yerinə yetirən Türkiyə 44 günlük Vətən savaşında Azərbaycanın yanında oldu, xalqımıza böyük dəstəyini əsirgəmədi. Türk millətinin Meydan Savaşında əbədi azadlığına qovuşması hər il 30 avqust Zəfər bayramı kimi respublikamızda da qeyd olunur. Artıq 5 ilə yaxındır ki, türk dünyası İlham Əliyevin sərkərdəliyi ilə qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən savaşında qazandığı Böyük Zəfəri də bayram edir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

