Unudulmayan ağrı, unudulmaz qələbə: Ağdam
23.07.2025 [18:29]
Azərbaycanın dilbər guşələrindən biri olan Ağdam rayonu uzun illər Ermənistanın işğalı altında qalıb. 1993-cü il iyulun 23-də Ağdam şəhəri də daxil olmaqla rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Ermənistanın 1988-ci ilin fevralında Azərbaycanın Qarabağ bölgəsini zəbt etmək məqsədilə başladığı müharibəyə ilk cəlb olunan rayonlardan biri məhz Ağdam oldu.
1993-cü ilin iyulun 23-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hücumu nəticəsində Ağdam şəhəri işğal olundu. Bu hücum nəticəsində rayonun 1094 kvadratkilometr ərazisinin 882 kvadratkilometri işğal edildi. 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb, 65 səhiyyə ocağı, 373 mədəniyyət obyekti, 1 teatr, 3 məscid və 2 muzey tamamilə dağıdılıb yandırıldı. Ermənilər qadın, uşaq və yaşlılara fərq qoymadan dinc insanları vəhşicəsinə qətlə yetirərək insanlığa qarşı cinayətlər törətdilər.
İşğal dövründə ağdamlı məcburi köçkünlərin sosial təminatı və mənzil şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən biri olub. Ulu Öndər Heydər Əliyevin 2001-ci ilin sentyabrında imzaladığı fərmanla Quzanlı, Xındırıstan, Ayaq Qərvənd və Ergi ərazilərində 500 mənzillik yaşayış qəsəbələri salındı. Bu məhəllələrdə bütün lazımi kommunal xidmətlər təşkil olundu, məktəblər, tibb məntəqələri, uşaq bağçaları və digər infrastruktur obyektləri istifadəyə verildi.
2004-cü il fevralın 4-də Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncama əsasən, çadır şəhərciklərində və yük vaqonlarında müvəqqəti məskunlaşmış 3860 ailə üçün Ağdam, Goranboy və Ağcabədi rayonlarında yeni yaşayış məntəqələri salındı. Bu ailələrə maliyyə yardımı göstərildi, torpaq sahələri ayrıldı və məşğulluqlarının təmin olunması üçün zəruri tədbirlər həyata keçirildi.
Məcburi köçkünlük həyatı yaşasalar da, ağdamlılar daim inanırdılar ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qüdrətlənən dövlətimizin üçrəngli bayrağı yenidən Ağdamda və digər işğal olunmuş torpaqlarda dalğalanacaq. Nəhayət, həmin gün gəldi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu əzəli torpaqlarımızın azad olunması uğrunda əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən bu Vətən müharibəsi zamanı kəndbəkənd, qarışbaqarış torpaqlar azad olundu. Hərbi qələbələr düşmən ordusunda və erməni cəmiyyətində ciddi təşviş yaratdı, əsgərlər döyüş meydanını tərk edərək qaçmağa başladılar.
Ağdam rayonu düşmən tərəfindən tamamilə minalandığı, burada güclü müdafiə istehkamları qurulduğu və Ermənistan ordusunun əsas qüvvələri bu istiqamətdə cəmləşdiyi üçün Azərbaycan Ordusu burada genişmiqyaslı döyüş əməliyyatlarına başlamadı. Bu taktiki qərar potensial itkilərin qarşısını almağa hesablanmışdı. Lakin düşmən tərəf ordumuzun ilk zərbəni məhz bu istiqamətdən endirəcəyini düşünürdü. Azərbaycan Ordusu isə digər istiqamətlərdə uğurla irəliləyərək Ağdamdakı erməni qüvvələrini yarımmühasirəyə saldı.
Nəticədə Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusunun gücü qarşısında müqavimət göstərməyin mümkünsüz olduğunu anlayaraq, 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Prezident İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanan üçtərəfli bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarıldı. Beləliklə, 27 il işğal altında olan Ağdam rayonu qan tökülmədən azad edildi və Azərbaycan Ordusu həmin gün rayona daxil oldu.
2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərinə səfər etdilər. Dövlət başçısı şəhərdə Azərbaycanın üçrəngli bayrağını ucaltdı.
Ağdam erməni işğalçıları tərəfindən tamamilə viran qoyulub. Elə buna görə də, azad edildikdən sonra şəhərə gələn xarici jurnalistlərdən biri Ağdamı “Qafqazın Xirosiması” adlandırmışdı.
Hazırda Ağdam şəhərində və rayonun digər yaşayış məntəqələrində genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-si Ağdam Şəhəri Günü kimi təntənəli şəkildə qeyd edilir.
Y. Bayramova
Xəbər lenti
Hamısına bax
Dünya
23 Oktyabr 16:42

Sosial
23 Oktyabr 16:42

Elm
23 Oktyabr 16:41

YAP xəbərləri
23 Oktyabr 16:41

YAP xəbərləri
23 Oktyabr 16:40

YAP xəbərləri
23 Oktyabr 16:40

Maraqlı
23 Oktyabr 16:30

YAP xəbərləri
23 Oktyabr 16:14

Dünya
23 Oktyabr 15:48

YAP xəbərləri
23 Oktyabr 15:46

Siyasət
23 Oktyabr 15:40

Dünya
23 Oktyabr 15:22

YAP xəbərləri
23 Oktyabr 15:09

YAP xəbərləri
23 Oktyabr 15:03

YAP xəbərləri
23 Oktyabr 15:02

YAP xəbərləri
23 Oktyabr 14:55
YAP xəbərləri
23 Oktyabr 14:50

YAP xəbərləri
23 Oktyabr 14:50

Dünya
23 Oktyabr 14:42

YAP xəbərləri
23 Oktyabr 14:18

Dünya
23 Oktyabr 14:18

Dünya
23 Oktyabr 13:51

YAP xəbərləri
23 Oktyabr 13:40

Dünya
23 Oktyabr 13:26

Sosial
23 Oktyabr 12:46

Dünya
23 Oktyabr 12:44

Hadisə
23 Oktyabr 12:35

Dünya
23 Oktyabr 12:19

YAP xəbərləri
23 Oktyabr 12:13

Elm
23 Oktyabr 12:01

Gündəm
23 Oktyabr 11:46

Gündəm
23 Oktyabr 11:26

Siyasət
23 Oktyabr 11:20

İqtisadiyyat
23 Oktyabr 11:02

Siyasət
23 Oktyabr 10:56

Hərbi
23 Oktyabr 10:38

İqtisadiyyat
23 Oktyabr 10:25

İqtisadiyyat
23 Oktyabr 10:23

Siyasət
23 Oktyabr 10:15

Xəbər lenti
23 Oktyabr 10:14

Sosial
23 Oktyabr 10:11

Hadisə
23 Oktyabr 10:10

Yeni texnologiyalar
23 Oktyabr 09:57

İqtisadiyyat
23 Oktyabr 09:31

Analitik
23 Oktyabr 09:14
.jpg&width=120)
MEDİA
23 Oktyabr 08:52

Sosial
23 Oktyabr 08:30

Siyasət
23 Oktyabr 08:13

İdman
23 Oktyabr 08:01

YAP xəbərləri
22 Oktyabr 23:30

İdman
22 Oktyabr 22:46

YAP xəbərləri
22 Oktyabr 22:37

Dünya
22 Oktyabr 22:13

YAP xəbərləri
22 Oktyabr 21:52

Dünya
22 Oktyabr 21:35

YAP xəbərləri
22 Oktyabr 21:17

Analitik
22 Oktyabr 21:01

YAP xəbərləri
22 Oktyabr 20:42

YAP xəbərləri
22 Oktyabr 20:26

Dünya
22 Oktyabr 20:12

YAP xəbərləri
22 Oktyabr 19:51

Dünya
22 Oktyabr 19:31

YAP xəbərləri
22 Oktyabr 19:14

YAP xəbərləri
22 Oktyabr 18:33

YAP xəbərləri
22 Oktyabr 18:09

YAP xəbərləri
22 Oktyabr 17:50

YAP xəbərləri
22 Oktyabr 17:49

YAP xəbərləri
22 Oktyabr 17:11

YAP xəbərləri
22 Oktyabr 17:10

YAP xəbərləri
22 Oktyabr 16:19
