Qərbi Azərbaycan İcmasında yeni nəşrlərin təqdimat mərasimi keçirilib
08.04.2025 [19:34]
08 aprel 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında “Qərbi Azərbaycan: faktlar, sənədlər, reallıqlar” və “Qərbi Azərbaycan: tarixi yaddaşımız” kitablarının, eləcə də “Vətənim Qərbi Azərbaycan” rəsm müsabiqəsi və onun yekun sərgisi əsasında tərtib edilmiş Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Vətənim Qərbi Azərbaycan” albom-kataloqunun təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, təqdim edilən nəşrlər və sərgi Qərbi Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılması, tarixi yaddaşın qorunması və milli kimliyin yaşadılması baxımından böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu təşəbbüslər eyni zamanda gələcək nəsillərə sağlam tarixi yaddaşın ötürülməsi və Ermənistan tərəfindən aparılan saxtalaşdırılmaların ifşası məqsədini daşıyır.
Sonra çıxış edən Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov vurğulayıb ki, bu nəşrlər sadəcə tarixi araşdırma deyil, həm də kollektiv yaddaşın dirçəlməsinə yönəlmiş strateji sənədlərdir. Tarixi faktlara əsaslanan bu tədqiqatlar Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə təqdimatı üçün önəmli rol oynayır.
İcmanın Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, bu təşəbbüslər tarixi reallıqların sənədləşdirilməsi, mədəni yaddaşın qorunması və milli kimliyin gələcəyə daşınması baxımından nümunəvi yanaşmadır. Deputat qeyd edib ki, hər üç nəşr bir-birini tamamlayaraq Qərbi Azərbaycan həqiqətlərini çoxşaxəli şəkildə təqdim edir.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, ADPU-nun prorektoru, Keşişkənd rayon icmasının sədri, professor Mahirə Hüseynova çıxışında qeyd edib ki, nəşrlər tarixi təhriflərin qarşısının alınmasında mühüm rol oynayacaq. O bildirib ki, Qərbi Azərbaycanlıların keçmişi, mədəniyyəti və yaşadığı faciələr bu kimi elmi əsaslı sənədlərlə daha geniş auditoriyalara çatdırılmalıdır.
Milli Məclisin deputatı Fazil Mustafa bu təşəbbüsü milli yaddaşın bərpasına yönəlmiş kompleks və vacib addım kimi dəyərləndirib və vurğulayıb ki, elmi faktlar, icmal məlumatlar və rəsm əsərləri vasitəsilə tarixə yanaşmaq həm rasional, həm də emosional dəyərləndirməyə imkan verir. Onun sözlərinə görə, bu sintez cəmiyyətə güclü təsirpotensialı yaradır.
İcmanın Ziyalılar Şurasının sədr müavini, pedaqoji elmlər doktoru, professor, ADPU-nun kafedra müdiri, əməkdar elm xadimi Fərrux Rüstəmov çıxış edərək, bu təşəbbüsün davamlı xarakter daşımasının zəruriliyini vurğulayıb.
Sonda çıxış edən, təqdim olunan iki kitabın müəllifi, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı Nazim Mustafa, İcma rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirib. O vurğulayıb ki, “Qərbi Azərbaycan: faktlar, sənədlər, reallıqlar”, “Qərbi Azərbaycan: tarixi yaddaşımız” və “Vətənim Qərbi Azərbaycan” adlı bu nəşrlər Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı strateji yanaşmasından və elmə-təhsilə göstərdiyi xüsusi qayğıdan qaynaqlanaraq hazırlanıb. Müəllifin sözlərinə görə, kitablar Qərbi Azərbaycan həqiqətlərinin elmi əsaslarla sistemləşdirilməsi və milli yaddaşın qorunaraq gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10

