/ / Rusiya vətəndaşları Azərbaycanda müvəqqəti olma müddətini elektron kalkulyatorla yoxlaya biləcəklər
Rusiya vətəndaşları Azərbaycanda müvəqqəti olma müddətini elektron kalkulyatorla yoxlaya biləcəklər
14.02.2025 [13:49]
2025-ci il yanvarın 1-dən viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gün müəyyən edilib.
Bu barədə AZƏRTAC-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Qanunvericiliyin tələblərinə əməl edilməsi, eyni zamanda, Rusiya Federasiyası vətəndaşlarının ölkəyə səfərlərinin planlaşdırılmasında rahatlığın təmin olunması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən bir təqvim ili ərzində ölkədə istifadə edilməmiş müvəqqəti olma müddətinin hesablanması üçün Xidmətin rəsmi internet səhifəsində “Müvəqqəti olma müddətini yoxla” adlı elektron kalkulyator istifadəyə verilib.
Təqdim edilən elektron yenilik vasitəsilə Azərbaycana viza tələb olunmayan qaydada səfər edən Rusiya Federasiyası vətəndaşları cari təqvim ili ərzində ölkə ərazisində istifadə edilməmiş müvəqqəti olma müddətlərini onlayn qaydada yoxlaya biləcəklər.
Bunun üçün Xidmətin rəsmi internet səhifəsində “Müvəqqəti olma müddətini yoxla” bölməsinə keçid edilərək, açılan pəncərədə cari təqvim ili ərzində şəxsin ölkəyə giriş-çıxış tarixlərini (ardıcıl olaraq) əlavə etmək tələb edilir. Sorğu göndərildikdən sonra cari təqvim ili ərzində ölkə ərazisində istifadə edilməmiş müvəqqəti olma müddətinin günlərinin sayı real vaxt rejimində istifadəçilərə təqdim olunur.
Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına (facebook, ınstagram) və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə pr@migration.gov.az e-maili vasitəsilə müraciət edə bilərsiniz.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

