Yaşanmış ömür” – Qərbi Azərbaycan ziyalısının həyat salnaməsi
31.01.2025 [20:51]
Bu günlərdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Qərbi Azərbaycan İcması Nəzarət-Təftiş Komissiyasının sədri, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun atası, görkəmli maarifçi və ziyalı, Qərbi Azərbaycanın müdrik ağsaqqalı Tapdıq Novruzovun xatirəsinə həsr olunmuş “Yaşanmış ömür” adlı dəyərli bir kitab nəşr edilib. Təkcə bir insanın ömür yolunu deyil, həm də bütöv bir dövrün mənzərəsini canlandıran kitabda Tapdıq Novruzovun həyat və yaradıcılığı, onun ictimai-siyasi mühitdə oynadığı rol, maarifçilik fəaliyyəti və jurnalistika sahəsindəki xidmətləri geniş işıqlandırılıb. Bu kitab sadəcə ziyalı bir şəxsiyyətin bioqrafiyası deyil, Qərbi Azərbaycanın maarifçilik, publisistika və ictimai-siyasi mühitinə dair mühüm məlumatları özündə cəmləşdirən qiymətli mənbədir. Əsərdə Tapdıq Novruzovun həyat yolu, onun cəmiyyətə verdiyi töhfələr, elm və təhsilə həsr etdiyi dəyərli fəaliyyəti, mətbuatda qoyduğu izlər və eləcə də doğmalarının, dostlarının, həmkarlarının onun haqqında xatirələri geniş şəkildə təqdim olunur. Kitabda toplanmış məqalələr Qərbi azərbaycanlı maarif fədaisinin düşüncə tərzini, jurnalistikadakı prinsipial mövqeyini və cəmiyyət üçün əhəmiyyətli fikirlərini əks etdirir. Bundan əlavə, Tapdıq Novruzovun yaxınlarının və həmkarlarının xatirələri, onun insani keyfiyyətlərini və elmə olan sevgisini daha aydın şəkildə oxucuya çatdırır.
Tarixi Azərbaycan torpaqlarında, Qərbi Azərbaycanın Loru mahalında doğularaq, uşaqlıq və gənclik illərini orada keçirən Tapdıq Novruzov yalnız fərdi uğurları ilə deyil, həm də insanların maariflənməsinə, onların elm və təhsilə yiyələnməsinə göstərdiyi xidmətləri ilə də tanınıb. Bu işıqlı insana həsr olunan kitabda təqdim edilən materiallar həmin dövrdə bölgədə baş verən ictimai-siyasi hadisələri, elmi-intellektual mühiti və ziyalıların rolunu anlamaq üçün zəngin faktlarla doludur. Bu baxımdan kitab maarifçi bir insanın mənalı və fədakar ömrünü gələcək nəsillərə çatdıran dəyərli bir mənbə olmaqla yanaşı, həm də Qərbi Azərbaycanın maarifçilik, mətbuat və ictimai-siyasi mühiti ilə maraqlananlar üçün qiymətli bir hədiyyədir.
Ümumilikdə, “Yaşanmış ömür” yalnız bir ailənin deyil, bütöv bir xalqın yaddaşını yaşadan, vətənpərvər insanları gələcək nəsillərə tanıdan kitab, bir epoxanın ideallarını, dəyərlərini və ictimai rolunu təcəssüm etdirən nümunəvi bir əsərdir. Kitab maarifçilik dəyərlərinə hörmət bəsləyən hər bir oxucu üçün maraqlı və faydalı olacaqdır.
30 yanvar tarixində Qərbi Azərbaycan İcmasında (QAİ) bu qiymətli əsərin – “Yaşanmış ömür” kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli görkəmli ziyalı Tapdıq Novruzov haqqında ətraflı məlumat verərək kitabda bir nəslin həyatı fonunda bir mahalın tarixinin canlandığını qeyd edib.
Sonra Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov görkəmli ziyalı Tapdıq Novruzovla və kitabla bağlı fikirlərini bölüşüb.
QAİ İH-nin üzvü, ADPU-nun prorektoru, Qərbi Azərbaycan İcmasının Dərələyəz mahalı Keşkənd rayonu üzrə icma rəhbəri, professor, kitabın elmi redaktoru Mahirə Hüseynova,İcmanın Nəzarət-Təftiş Komissiyasının üzvü, kitabın tərtibçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev, professor Niftalı Qocayev, QAİ İH-nin üzvü, Milli Məclisin deputatı Elşad Musayev, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Azərbaycan Tibb Universitetinin Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri, əczaçılıq elmləri doktoru, professor, əməkdar müəllim Məhbubə Vəliyeva, “Respublika” qəzetinin baş redaktoru Hümmət Musayev, BDU-nin dosenti Hümbət Vəliyev, İcmanın Ağsaqqallar Şurasının üzvü, Çəmbərək rayon İcmasının sədri, əməkdar müəllim, professor Əvəz Ələkbərov və filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir çıxış edərək kitabda Tapdıq Novruzovun zəngin, təqdirəlayiq pedaqoji və jurnalist fəaliyyətindən, insanlıq keyfiyyətlərindən bəhs ediblər.
Çıxışçılar, həmçinin görkəmli ziyalının oğlu, kitabın ərsəyə gəlməsində böyük əməyi olan Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Qərbi Azərbaycan İcması Nəzarət-Təftiş Komissiyasının sədri, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun rolunu xüsusi qeyd ediblər.
Sonda Vahid Novruzov söz alaraq tədbir iştirakçılarına öz minnətdarlığını çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30

