20 Yanvar - Milli qürur günü
20.01.2025 [14:07]
Bəzən biz anlayışları qarışdırırıq. Ən cəsarətli günlərimizi ən fəciəvi gün kimi qələmə veririk. Görəsən, 20 Yanvara Qanlı Yanvar demək kimin ağlına gəlib? Mən 20 Yanvarı Qanlı Yanvar hesab etmirəm, əksinə, Şanlı Yanvar hesab edirəm. Xalqımızın həmrəylik, qardaşlıq, bərabərlik nümayiş etdirdiyi ən möhtəşəm tarixi hadisələrdən biridir 20 Yanvar.
1989-cu ildə Cənubi Azərbaycanla Şimali Azərbaycan arasındakı sərhədlər dağıdılanda necə həmrəy idiksə, 20 Yanvar günü də o cür həmrəy idik. Qışın şaxtasına, soyuğuna baxmayaraq insanlar meydanlardan çəkilmir, azadlıq tələb edirdilər. 90-cı ilin yanvar ayında xalqımıza qarşı daha bir soyqırım etdilər, bir daha bizi bölmək, parçalamaq, məhv etmək istədilər. Ancaq məqsədlərinə çata bilmədilər. Bu hadisə xalqımıza qarşı törədilən daha bir cinayətkarlıq hadisəsi idi.
Qəribə məqamlardan biri də budur ki, 20 Yanvar hadisəsinə ən tez reaksiya verən yazıçılardan biri məşhur qazax yazıçısı Oljas Süleymenov olub. Terror hadisəsini kəskin şəkildə pisləyib. Bu prosesdə bizim yanımızda olduğunu ifadə edib. Ancaq Qırğızıstan yazıçısı Çingiz Aytmatov 20 Yanvar hadisəsinə heç bir münasibət bildirmədi. Nə 1990-cı ildə, nə də sonrakı illərdə. Hətta, hadisədən uzun illər keçdikdən sonra azərbaycanlı müxbir məşhur Çingiz Aytmatova sual verdi:
- Siz nəhayət, 20 Yanvar hadisəsi ilə bağlı mövqeyinizi bildirəcəksinizmi?
Çingiz Aytmatov çıxılmaz vəziyyətə düşdüyünü anlayır və cavab verir:
- 20 Yanvarda Bakıda nə olmuşdu ki?
Bilirəm, bu yazımdan sonra da bəzi sənətsevərlər yazacaqlar ki, əsas sənətdir, ədəbiyyatın əsas işi mətn yazmaqdır. Bu sözləri mənə deyən adamlar anlamır ki, ən müasir ölkələr belə ədəbiyyata mətn hadisəsindən əlavə həm də ideya kimi baxırlar. Hər bir bədii mətnin ideyası olur. Məsələn, Hariyyet Biçet Stounun “Tom dayının daxması” romanı zəncilərin hüquqlarını müdafiə edirdi. Hətta, Amerikanın o zamankı prezidenti Avraam Linkoln Hariyyet Biçer Stouya xitabən demişdi:
- Amerikanı bu balaca qızcığaz dəyişdi.
Əldə olunması çətin olan azadlıq əlbəttə ki, qurbanlar tələb edir. Təbii ki, bu qurbanlar bizi bu gün də ağrıdır, əzab çəkirik, üzülürük. Amma İlham və Fərizəyə yazıq demək elə Vətənə, xalqa xəyanət etməkdir. Ülviyə yazıq demək onun azadlıq eşqini təhqir etməkdir. Şəhidlər yazıq deyillər. Şəhidinə dəyər verə bilməyən cəmiyyət yazıqdır. Görəsən, biz 20 Yanvara Qanlı Yanvar, Qara Yanvar deməkdən nə zaman imtina edəcəyik? Xalqın qəhrəmanlıq gününü yas günü kimi təqdim etməklə necə böyük nöqsana yol verdiyimizi dərk edirikmi?
20 Yanvar Azərbaycan tarixinin ən möhtəşəm, ən mübariz, ən qürurlu günlərindən biridir. 20 Yanvar şəhidlərinin azadlıq eşqi, istiqlal mübarizəsi hər birimiz üçün sağlam nümunədir. Şəxsən mən onları yazıq saymıram, onlar qəhrəmanlardır, qəhrəmanlar da yazıq olmurlar. Qəhrəmanlarımızı gözümüzdə yazıqlaşdırmayaq, acizləşdirməyək. Məmləkətimiz Azərbaycan naminə yaşayaq, yaradaq və 20 Yanvarı faciə kimi deyil, milli qürur, milli istiqlal mübarizəsi günü kimi qeyd edək. Mənim üçün 20 Yanvar milli qürur günüdür. Dünyanın ən böyük imperiyalarından biri öz vətəndaşlarına güllə atmaqla əslində “ömrümün son günlərini yaşayıram” mesajını vermişdi. Tanrı Azərbaycanımızı qorusun, amma hər şeyi Tanrıdan gözləməyək, özümüz də çalışaq, mübarizə aparaq, azadlığımızın qədrini bilək. Azadlıq həm də həddini bilməkdir, həddimizi bilək ki, tale bizə bir daha məğlubiyyət, itki yaşatmasın. Milli Qürur Günümüzlə, şəhidlərimizin istiqlal mübarizəsi ilə fəxr edək. Şəxsən mən qanım qara olanda, özümü gücsüz hiss edəndə Şəhidlər Xiyabanına gedirəm, şəhidlərimizin ruhundan güc alıram və düşünürəm: onların cəsarətli mübarizəsinə, şərəfli ölümünə faciə demək olarmı? Bu, faciə deyil, azsaylı xalqın böyük qəhrəmanlığı, sarsılmaz inancıdır.
İnancımızı heç vaxt itirməyək, inanc həyat qüvvəsidir.
Nicat Həşimzadə,
Yazıçı, publisist
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

