Azərbaycan Ağsaqqallar Şurasında 2025-ci ilin ilk iclası keçirilib
07.01.2025 [10:02]
Yanvar ayının 6-da, 2025-ci ilin ilk iş günündə Azərbaycan Ağsaqqallar Şurasının iclası keçirilib.
İclasda Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri, professor Eldar Quliyev, sədrin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, sədr müavinləri – millət vəkili Ağalar Vəliyev, Bayram Yusifov, akademik Abel Məhərrəmov, professor Vahid Novruzov, eləcə də İdarə Heyətinin üzvləri – akademik Ziyad Səmədzadə, professor Misir Mərdanov, professor Vaqif Şadlinski, akademik Arif Həşimov, Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, məsləhətçi Zahid Abbasov və başqaları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Eldar Quliyev tədbir iştirakçılarını salamlayaraq bir daha onları Yeni il münasibətilə təbrik edib, hər kəsə 2025-ci ildə möhkəm cansağlığı və uğurlar arzulayıb. Vurğulayıb ki, əlamətdar hadisələrlə zəngin olan 2024-cü il Azərbaycanın tarixinə növbəti bir tərəqqi ili olaraq yazılmışdır. Ölkəmiz möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində iqtisadi gücünü, hərbi qüdrətini, beynəlxalq nüfuzunu daha da artırmışdır. Eldar Quliyev öz çıxışında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda böyük uğurla keçirilməsini də xüsusi qeyd edib. Bildirib ki, 196 ölkədən gəlmiş və sıralarında 80 prezident, vitse-prezident və baş nazirin olduğu 72 min nümayəndənin, eləcə də bir çox nüfuzlu şəxslərin iştirak etdiyi möhtəşəm beynəlxalq tədbir dünyanı Bakıya toplayıb. Natiq, həmçinin, ötən ilin son günlərində hamımızı dərindən sarsıdan təyyarə qəzasından da söhbət açıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qəza ilə bağlı bütün zəruri tədbirlərin görülməsi üçün lazımi göstərişlər verdiyini, çox həssas və qətiyyətli mövqe nümayiş etdirdiyini bir daha tədbir iştirakçılarına xatırladıb. Eldar Quliyev bir daha həmin qəzada həlak olanlara Allahdan rəhmət diləyərək, yaralılara şəfa arzulayıb. Azərbaycan Ağsaqqallar Şurasının üzvlərinin qəzada həyatını itirənlərin dəfn və yas mərasimlərində iştirak etdiklərini və sədrin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovun yaralılarla görüşərək səhhətləri ilə yaxından maraqlandığını diqqətə çatdırıb. Natiq öz çıxışında Azərbaycan Ağsaqqallar Şurasının 2024-cü ildəki fəaliyyəti və cari il üçün nəzərdə tutulan işlər barədə də məlumat verib və vurğulayıb ki, bununla bağlı Şuranın geniş hesabat iclası keçiriləcəkdir. Daha sonra Eldar Quliyev bu günlərdə 75 yaşı tamam olan Azərbaycan Ağsaqqallar Şurasının sədr müavinləri – akademik Abel Məhərrəmovun və professor Vahid Novruzovun xalqımız qarşısındakı böyük xidmətlərindən və Şuradakı dəyərli fəaliyyətlərindən ətraflı bəhs edib. Hər iki görkəmli ziyalını və tanınmış alimi 75 illik yubileyləri münasibətilə ürəkdən təbrik edərək onlara uzun ömür, möhkəm cansağlığı və uğurlar arzulayıb.
İclasda çıxış edən digər natiqlər də akademik Abel Məhərrəmovun və professor Vahid Novruzovun zəngin həyat yolundan, uzunmüddətli səmərəli fəaliyyətlərindən ətraflı söz açaraq onları əlamətdar yubileyləri münasibətilə təbrik ediblər, uzun və sağlam ömür, yeni-yeni nailiyyətlər diləyiblər.
Çıxışların ardınca Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının sədr müavinləri – akademik Abel Məhərrəmovun və professor Vahid Novruzovun ölkəmizin elmi və ictimai-siyasi həyatında, Azərbaycan Ağsaqqallar Şurasının işində səmərəli fəaliyyətləri ilə xalqımıza, Vətənimizə göstərdiyi dəyərli xidmətlərə görə və 75 illik yubileyləri münasibətilə “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edildiklərini bildirib. Sonra “Fəxri Ağsaqqal” döş nişanını və hədiyyələri yubilyarlara təqdim edərək bir daha öz təbriklərini çatdırıb.
Yubilyarlar təbriklərə və “Fəxri Ağsaqqal” döş nişanına layiq görüldüklərinə görə başda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev olmaqla bütün tədbir iştirakçılarına öz dərin minnətdarlıqlarını bildiriblər. Bundan sonra da fəaliyyətlərini böyük əzmkarlıqla və yüksək səviyyədə davam etdirəcəklərini vurğulayıblar.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

