Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bu ilin altı ayı ərzində Azərbaycanda 61 böyrək, 54 qaraciyər köçürülüb

Bu ilin altı ayı ərzində Azərbaycanda 61 böyrək, 54 qaraciyər köçürülüb

04.09.2024 [16:35]

Bu ilin altı ayı ərzində Azərbaycanda 61 böyrək, 54 qaraciyər köçürülməsi əməliyyatı icra olunub.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.

Onun sözlərinə görə, 21 nəfərə sümük iliyi, 49 nəfərə gözün buynuz qişası köçürülüb: “Bütün rəqəmlər keçən illə müqayisədə artıb”.

Mərkəz sədri bildirib ki, bu gün ölkədə 600-ə yaxın şəxs orqan köçürülməsi ilə bağlı donor gözləyir:

“Hazırda ölkədə ən çox böyrək köçürülməsi əməliyyatına ehtiyac var. Belə ki, bu gün dializ alan şəxslərin sayı 4 mindir. İkinci sırada sümük iliyi transplantasiyasına ehtiyacı olan qan xəstələri gəlir. Bu köçürülmə üçün mütləq canlı donor lazımdır”.

Paylaş:
Baxılıb: 707 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31