Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Beynəlxalq müşahidəçilər 23 saylı Nəsimi-Səbail DSK-də görüş keçiriblər

Beynəlxalq müşahidəçilər 23 saylı Nəsimi-Səbail DSK-də görüş keçiriblər

28.08.2024 [12:31]

“23 saylı Nəsimi-Səbail Seçki Dairəsi 38 seçki məntəqəsindən ibarətdir ki, bu seçki məntəqələrindən 34-ü Nəsimi rayonunda, 4-ü isə Səbail rayonunda fəaliyyət göstərir”.

Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 23 saylı Nəsimi-Səbail Dairə Seçki Komissiyasının (DSK) sədri Ağabala Quliyev deyib.

DSK sədri bildirib ki, məntəqə sədrləri və üzvləri üçün keçirilən treninqlər başa çatıb: “Mərkəzi Seçki Komissiyasının təqvim planına uyğun olaraq Məntəqə Seçki Komissiyasının sədr, katib və üzvləri terninqlərdə iştirak ediblər”.

Ağabala Quliyev qeyd edib ki, bu günə kimi DSK-ya müraciət edən 14 nəfərdən 10 nəfərin namizədliyi qeydə alınıb. Həmçinin, beynəlxalq müşahidəçilərlə DSK-da görüş olub.  

“Seçki məntəqələrində seçkilərə hazırlıq işləri qanunvericiliyin tələblərinə uyğun aparılır. Seçki dairəsinin hüdudları daxilində məntəqələr texniki cəhətdən tam hazırlıq vəziyyətinə gətirilib, veb-kameralar quraşdırılıb, elektrik generatorları işlək vəziyyətdədir. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə 49 min 166 seçici qeydə alınıb. İlk dəfə səsvermə hüququndan istifadə edəcək şəxslərin sayı isə 246 nəfərdir”, - deyə DSK sədri əlavə edib.

Paylaş:
Baxılıb: 683 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

“Birliyin Gücü - 2026”

23 Sentyabr 12:19  

Sosial

İqtisadiyyat

Sosial

Elm

Soyuq, sirli nəhəng...

23 Sentyabr 08:59

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30